“RABİTƏBANK” BEYNƏLXALQ MALİYYƏ KORPORASİYASININ 2-Cİ KREDİT XƏTTİNİN YERLƏŞDİRMƏSİNİ BAŞA ÇATDIRMIŞDIR
AZƏRTAC zəbər verir ki, “Rabitəbank” Beynəlxalq Maliyyə Korporasiyası (IFC) tərəfindən 2-ci tranşı almaqla məbləği 2 milyon ABŞ dolları olan kredit xəttinin yerləşdirməsini başa çatdırmışdır. Bu kredit xəttinin ayrılmasına dair mügavilə bank və korporasiya arasında 2007-ci ildə imzalanmış və kreditdən əldə olunan vəsait Azərbaycanda kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi layihələrinə yönəldilmişdir. Sazişə əsasən, İFC kreditin bir hissəsini və tam olaraq bankın səhmlərinə çevirmək imkanı əldə etmişdir.
Birinci rübdə “Rabitəbank”ın aktivlərinin məbləği 95 milyon manat, kapitalı isə 14 milyon manat təşkil etmişdir. Respublika ərazisində bankın 18 filialı fəaliyyət göstərir. Beynəlxalq maliyyələşmənin cəlb edilməsi sahəsində “Rabitəbank” IFC ilə yanaşı, İslam İnkişaf Bankı (İİB), Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Avropa və ABŞ-ın özəl maliyyə fondları ilə əməkdaşlıq edir. Bu günədək banka ayrılan kredit xətlərinin məbləği 14 milyon ABŞ dollarından çoxdur.