RABİTƏÇİLƏR DÖVLƏT BÜDCƏSİNƏ ÖDƏMƏLƏRİ ARTIQLAMASI İLƏ YERİNƏ YETİRMİŞLƏR
Rabitə Nazirliyinin həyata keçirdiyi məqsədyönlü iqtisadi-texniki siyasət nəticəsində dövlət büdcəsinə ödəmələr vaxtında və artıqlaması ilə yerinə yetirilir. Nazirliyin mətbuat xidmətindən verilən məlumata ğörə, cari ilin altı ayı ərzində dövlət büdcəsinə proqnozlaşdırılmış 41 milyard manat əvəzinə 49,8 milyard manat ödənilmişdir ki, bu da nəzərdə tutulduğundan 8,8 milyard manat çoxdur. Dövlət Sosial Müdafiə Fonduna da ödəmələr vaxtında icra olunmuşdur. Fonda 10,7 milyard manat vəsait ödənilmişdir. Bu isə nəzərdə tutulan rəqəmdən 2,5 milyard manat artıqdır.