RAGB Moskvada “Dostluq marafonu” keçirəcək
Moskva, 29 aprel, AZƏRTAC
Rusiya Azərbaycanlı Gənclər Birliyi (RAGB) Ümumrusiya Millətlərarası Gənclər İttifaqı ilə birlikdə mayın 4-də Moskvada “Dostluq marafonu” keçirəcək.
AZƏRTAC xəbər verir ki, RAGB hər kəsi müxtəlif millətlərə və dinlərə mənsub olan insanları birləşdirəcək, idman vasitəsilə sağlam həyat tərzini təbliğ edəcək “Dostluq marafonunda” iştirak etməyə dəvət edir.
Marafon Heydər Əliyev Fondunun təşəbbüsü ilə artıq dördüncü dəfə keçiriləcək “Bakı marafonu - 2019” ərəfəsində təşkil olunacaq. Bu marafon mayın 5-də “Küləyə qalib gəl!” devizi altında keçiriləcək.
Moskva “Dostluq marafonu”nun məsafəsi 8 kilometrə yaxındır. İştirakçılar “Universitet” metrosunun yaxınlığında start götürəcək, şəhərin müxtəlif yerlərindən keçərək Qorki parkında finişə çatacaqlar.
Marşrutboyu RAGB könüllüləri iştirakçılara su almaqda, lazım gəldikdə isə tibbi yardım göstərilməsində kömək edəcəklər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [21:14]
Sabunçuda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB
- 09.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 09.06.2026 [18:50]