Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Ramin Məmmədov: Bəzi dairələrin və qüvvələrin dindən siyasi məqsədləri üçün istifadə cəhdlərinə qarşı birlikdə mübarizə aparmalıyıq

Xaçmaz, 5 dekabr, Elxan Yusifli, AZƏRTAC

Son illərdə, hətta ən yüksəksəviyyəli beynəlxalq tədbirlərdə belə din ifadəsi terrorçuluq, separatizm, radikalizm kimi terminlərlə yanaşı istifadə olunur. Halbuki ictimai şüurda təhdid kimi qəbul edilən bu anlayışların heç birinin dinlərə aidiyyəti yoxdur. Heç bir din insan həyatına, sağlamlığına qəsdi təqdir etmir. Heç bir dini kitabda müharibələrin, insan faciəsi ilə nəticələnən qanlı toqquşmaların təşviqi ilə bağlı fikirlər yoxdur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Xaçmaz şəhərində keçirilən “Dini müstəvidə ideoloji təhlükəsizlik: çağırışlar və perspektivlər” mövzusunda konfransda bildirilib.

Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Tədbirdə dövlət-din münasibətlərinin tənzimlənməsi, vətəndaşların dini etiqad azadlığının təmin olunması, dini fanatizm, radikalizm və ekstremizmə qarşı ideoloji müstəvidə effektiv mübarizə, zərərli dini ideologiyaların ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində müzakirələr aparılıb.

Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi, ali və orta ixtisas təhsili müəssisələri, hüquq- mühafizə orqanlarının əməkdaşları, həmçinin din xadimləri, dini icma sədrləri iştirak ediblər.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev çıxışında dinə dövlət qayğısından danışaraq, Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsindən sonra respublikamızda dinə münasibətin tamamilə dəyişdiyini, milli-mənəvi dəyərlərimizə, dinimizə hər zaman hörmət və qayğı ilə yanaşıldığını xatırladıb. Bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi qeyd olunub. İcra başçısı Azərbaycanda hökm sürən etnik və dini tolerantlıq mühitinin dünyaya nümunə olduğunu, ölkəmizdə istər dini, istərsə də milli və irqi ayrı-seçkiliyin olmadığını, Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri, o cümlədən müxtəlif dinlərin təmsilçiləri arasında bir-birinə tolerant yanaşma olduğunu söyləyib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov çıxışında bildirib ki, din və ideoloji təhlükəsizlik bir-birinə sıx bağlı mövzulardır: "Azərbaycanda Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu və Prezidenti İlham Əliyevin ardıcıl siyasəti nəticəsində möhkəmləndirilmiş ideoloji təhlükəsizlik modeli daxili və xarici amillərin unikal harmoniyasına əsaslanır. Biz indi elə bir mürəkkəb tarixi mərhələdə yaşayırıq ki, təhlükəsizlik məsələsi bütün cəmiyyətlərin, ümumilikdə qlobal dünyanın ən aktual probleminə çevrilib. Etnik və dini fərqliliklər ayrı-ayrı ölkələrdə ictimai münasibətlərin xarakterini müəyyənləşdirir. Bəzilərində bu, qütbləşməni, az-az hallarda isə mədəniyyətlərarası dialoqu təşviq edən faktor kimi qəbul edilir. Bu mənada, tolerantlıq, multikulturalizm, inanclara, milli-mənəvi dəyərlərə, mədəni irsə hörmət kimi ali bəşəri dəyərlər üzərində qurulmuş münasibətlər sistemi Azərbaycanda milli həmrəyliyin əsas komponentini təşkil edir. Bizi münaqişə və ziddiyyətlərin adi həyat normasına çevrildiyi ölkələrdən fərqləndirən başlıca amil də elə bundan ibarətdir."

Ramin Məmmədov qeyd edib ki, konfransın mövzusu dinin ideoloji təhlükəsizlikdə roluna dair geniş və əhatəli müzakirələr aparmaq imkanı verir. "Bəzi dairələrin və qüvvələrin dindən öz siyasi məqsədləri üçün istifadə cəhdlərinə qarşı birlikdə mübarizə aparmalıyıq. İnancından, dini əqidəsindən asılı olmayaraq insanlara daha aydın izah etməliyik ki, hər kəsin dini etiqad azadlığının ən etibarlı təminatını verə biləcək yeganə qüvvə dövlətdir. Dövlətin varlığı yalnız vətəndaşların sosial-iqtisadi rifahı üçün deyil, həm də mənəvi ehtiyaclarını daha rahat şəkildə qarşılaması üçün vacibdir", - deyə komitə sədri söyləyib.

Milli Məclisin deputatı Fazil Mustafa dini radikalizmə qarşı mübarizədə hər kəsin yaxından iştirak etməsinin, bu sahədə maarifləndirmə işinin ardıcıl və məqsədyönlü şəkildə aparılmasının zəruriliyindən danışıb.

Çıxışlardan sonra regional konfrans “Şimal bölgəsində dini durum: mövcud vəziyyət və qarşıda duran vəzifələr” və “Ənənəvi İslam: tarixi təcrübə və müasir reallıqlar” mövzularında panel müzakirələrlə davam etdirilib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bahar Muradova Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

Hesablama Palatası “Bakı Metropoliteni”ndə audit aparıb

Parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin ilk iclası olub

Fransa xəstəxanalarında acınacaqlı vəziyyət: insanlar növbədə ölürlər

Almaniyada miqrantlar tərəfindən daha bir cinayət hadisəsi törədilib

Qaxda insan alverinə qarşı mübarizəyə həsr olunan dəyirmi masa keçirilib

Tbilisidə ictimai nəqliyyat sərnişinlərə ödənişsiz xidmət göstərəcək

Nizami Kino Mərkəzində “Tağıyev” sənədli filminin təqdimatı olub

Çin Təkla-Məkan səhrasının yaşıllaşdırılması üzrə geniş layihəni başa çatdırıb

Baş nazir Əli Əsədov Belarusun Azərbaycandakı səfiri ilə görüşüb

Dünya İqtisadi Forumunun 4Sİ Mərkəzləri Şəbəkəsinin “Təsir Hesabatı” dərc olunub

Pakistan Prezidenti: Dost və qardaş ölkələrimiz bir çox sahələrdə uğurla əməkdaşlıq edir

Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında hərbi təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Hakan Fidan: Aİ-yə üzvlük Türkiyə üçün strateji hədəf olaraq qalır

Səfir: İnanıram ki, Azərbaycan-Belarus münasibətləri bundan sonra da inkişaf edəcək

Kreml Putinin Trampla danışıqlara hazır olduğunu bəyan edib

Fırıldaqçılar “Telegram”a maskalanmış “Mamont” virusu göndərirlər

ADAU ilə "Agro Dairy" arasında əməkdaşlıq əlaqələri genişlənir

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası ilk dəfə konsept trenajorda yarış keçirəcək

“İnsan kapitalı və təhsil” üzrə işçi qrup ötən ilin yekunlarını müzakirə edib

İtaliya saytı Azərbaycandakı Alban-Udi xristian icmasından yazıb

® Sadhquru, Qari Duqlas, Aleksey Sitnikovdan dərs aldı, 3000-dən çox tələbə yetişdirdi

Azərbaycanın və Türkiyənin parlamentləri arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb

“Gənc psixometrik” təcrübə proqramına qeydiyyat elan edilib

Azərbaycanda ilk dəfə qar voleybolu üzrə ölkə çempionatı keçiriləcək

“İRS” jurnalının ingilis dilində yeni nömrəsi işıq üzü görüb

DİN: 2024-cü ildə qanunsuz dövriyyədən 4714 kiloqram narkotik vasitə çıxarılıb

Hindistanda hərbi sursat zavodunda partlayış baş verib, azı səkkiz nəfər ölüb

Milli Məclisin Gənclər və idman komitəsinin yaz sessiyası üçün iş planı təsdiqlənib

Ding Tao: Çin Azərbaycanla əməkdaşlığı daha da dərinləşdirmək niyyətindədir

® “Bakcell” “İnnovasiyalarla Müxtəlifliyə Doğru” tədbirinə dəstək oldu

Nazir: Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılmasında nəzərəçarpan irəliləyiş əldə edilib

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində 14 məsələyə baxılıb

Misli Premyer Liqası: “Zirə” səfərdə “Şamaxı”nı məğlub edib

Media: Trampın ilk təşəbbüsləri ABŞ hökumətinin fəaliyyətində xaos yaradıb

Prokurorluq Cənubi Koreya Prezidentinin həbs müddətinin uzadılmasını istəyir

Dalğıclar dənizdə batma təhlükəsi ilə üzləşən vətəndaşı xilas ediblər VİDEO

“ASAN xidmət”in “Gələcək üçün bacarıqlar” layihəsinin əhatə dairəsi genişlənir

Ötən il qrup halında baş verən cinayətlərin sayında azalma qeydə alınıb

KOBİA nümayəndələri Almaniyada keçirilmiş tədbirlərə qatılıb

Tennis üzrə Avstraliya Açıq çempionatında finalçılar bəlli olub

ADPU-da “Cəfər Cabbarlı. Seçmə dram əsərləri” kitabı təqdim edilib

Türkiyənin sabiq səfiri İrəvanı Azərbaycanla dialoqda Tbilisidən nümunə götürməyə çağırıb

Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib

“Sərhədsiz ginekologiya” mövzusunda beynəlxalq konfrans keçirilir

Braziliyada keçiriləcək COP30 inkişaf etməkdə olan ölkələrin iqlim maliyyəsi ehtiyaclarına həsr ediləcək

“Barselona” gənc müdafiəçisi ilə müqaviləni yeniləyib

Azərbaycan Bəstəkarlar İttifaqının XI qurultayı keçirilib

Braziliyalı hücumçu “Turan Tovuz”a keçib

Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Göyçayda təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb

Səudiyyə Ərəbistanının milli himninin yeni versiyasını alman bəstəkar yazacaq

İtaliyanın tanınmış klubu bir gündə iki transfer həyata keçirib

Ötən il Fransada 67 mindən çox uğursuz biznes qeydə alınıb

Banqkokda hava çirkliliyi səbəbindən məktəblər bağlanıb

Böyük Britaniyada üç uşağı öldürən yeniyetmə 52 il həbs cəzası alıb

® İnvestisiyalar, xarici bazarlar və rekrutinq problemləri: “Move Real Estate Forum” beynəlxalq daşınmaz əmlak sammitində danışılacaq mövzular

Almaniya Futbol İttifaqı milli komandanın baş məşqçisi ilə yeni müqavilə imzalayıb

Amerika alimlərinin dərs vəsaiti BMU kitabxanasında

bp “Qarabağ" neft yatağının işlənilməsi üçün SOCAR ilə müzakirə aparır

Energetika naziri Qobustanda vətəndaşlarla görüşüb

AMEA-nın müxbir üzvünün biblioqrafik göstəricisi çapdan çıxıb

Britaniya hökuməti “Rolls-Royce” ilə 11 milyard dollarlıq müqavilə imzalayıb

Azərbaycan Universiteti və Probasiya Xidmətinin işçi qruplarının görüşü keçirilib

Futbol mütəxəssisi: “Qarabağ”ın buraxdığı qollar qapıçının zəif çıxışının nəticəsi idi

BDU-nun İctimai Nəzarət Şurasının üzvləri və jurnalistlər imtahan sessiyasının gedişini izləyiblər

Vaşinqtonda 625 nəfərlik elit bunker tikiləcək

“Eovin” qasırğası Britaniya və İrlandiyada nəqliyyatın işini pozub

Orban: Rusiyaya qarşı sanksiyalar Macarıstana 19 milyard avro zərər vurub

Ötən il Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsi 29 faiz artıb

FKSB klubunun rəsmisi: “Qarabağ”la oyunda layiqli qələbə qazandığımızı desəm, yalan olar

® “Yaşıl” istiqrazlara abunə yazılışı davam edir

İrakli Kobaxidze: Gürcüstanda “Kanvas” inqilabı olmayacaq

Əlcəzair Ərəb Dövlətləri Liqası ilə BMT arasında strateji tərəfdaşlıq əlaqələri qurmağı təklif edib

Mərmərə Qrupunun sədri “Heydər Əliyevin 100 illiyi” medalına layiq görülüb

Bu il Cəbrayılda “Şəfəq” Günəş Elektrik Stansiyasının inşasına başlanılacaq

İrakli Kobaxidze: Sanksiyalardan ölkəmizə qarşı şantaj vasitəsi kimi istifadə olunurdu

Azərbaycan ilə Pakistanın Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb

Güclü qasırğa Britaniyada uçuşların ləğvinə səbəb olub

Saatlıdakı aqroparkda nar bağının ərazisi daha 100 hektar artırılacaq – mövsüm hazırlığı VİDEO

Rumıniyalı futbolçu: “Qarabağ”la oyunda bəxtimiz gətirdi

Kanat Bozumbayev: “Qara qutu”ların məlumatları əvvəllər internetdə dərc olunmuş informasiyadan fərqlidir

Coğrafiyanın müasir problemlərinə dair beynəlxalq konfransın materialları çapdan çıxıb

Yanvar çağırışının gedişatı müzakirə olunub

“Qazaxın dörd kəndinin azadlığına aparan yol gənclərin gözü ilə” mövzusunda tədbir keçirilib

Sabah hava əsasən yağmursuz olacaq

Ötən il məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərdə artım olub

Şirvanda 5 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Aktauda baş verən təyyarə qəzasında xəsarət alan 4 pasiyentin stasionar müalicəsi hazırda davam etdirilir

UNEC ilə Daşkənd Beynəlxalq Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Aktau yaxınlığında təyyarə qəzası ilə bağlı istintaqın ilkin nəticələri gələn həftə açıqlana bilər

Yaponiya Rusiya ilə sülh müqaviləsi bağlamaq istəyir

bp növbəti təhsil layihəsinin sonuncu mərhələsini uğurla başa çatdırıb

99 saylı Bərdə seçki dairəsində keçirilən maarifləndirici treninqlər başa çatıb

Bakıda BMT Turizmin Avropa üzrə Regional Komissiyasının iclası keçiriləcək

“Alfa” platformasında qaz hasilatı və ixrac üzrə bütün əməliyyatlar bərpa olunub

Rəis müavini: Süni maneələrin aradan qaldırılması yanğının söndürülməsi üçün zəruri tədbirdir

“Şahdəniz" qaz-kondensat yatağında yeni platforma tikiləcək

NBA-da növbəti oyunlar keçirilib

Azərbaycanda Mükəmməllik Mərkəzi təsis olunacaq

Belçika millisinin yeni baş məşqçisi məlum olub