MƏDƏNİYYƏT
Rauf Hacıyev adına musiqi məktəbinin şagirdləri beynəlxalq müsabiqədə uğur qazanıblar



Bakı, 11 may, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Rauf Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbinin şagirdləri Azərbaycan Gənclər İttifaqı, Azərbaycan Rəqs Assosiasiyası, Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət Gimnaziyasının təşkilatçılığı ilə keçirilən "Art Olimpia" beynəlxalq müsabiqəsində uğurla çıxış ediblər.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, məktəbin fortepiano şöbəsinin şagirdləri Rüstəm Cəfərzadə və Həbib Babayev birinci, Zəhra Hüseynli ikinci, Üzeyir Cəfərzadə üçüncü yerə layiq görülüblər.
Məktəbin digər şagirdi Fatimə Mütəllimzadə isə “laureat” adını qazanıb.
Bundan başqa, məktəbin Simli və nəfəsli alətlər şöbəsinin fleyta ixtisası üzrə şagirdi Cavid Babayev, Mixail Çernyavko, ansambl ifasına görə Həbib Babayev, Cavid Babayev və Ayan Şirzad birinci yerə layiq görülüblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.12.2023 [21:53]
Roza Rımbayeva: Azərbaycan xalq musiqisini çox sevirəm
- 04.12.2023 [18:44]
Qəhvənin türk mədəniyyətində rolu – qonaqpərvərliyin əvəzsiz elementi
- 04.12.2023 [18:37]
“Gəl, Yarat!” yaradıcılıq üzrə marafonun qalibləri müəyyənləşib
- 04.12.2023 [17:25]
Buxarestdəki Klassik Avtomobillər Muzeyi onilliyini qeyd edir
- 04.12.2023 [16:53]
Flamand rəssamının tablosu auksionda 883 min dollara satıla bilər
- 04.12.2023 [16:51]
Orxan Fikrətoğlunun hekayəsi İspaniya portalında dərc olunub
- 04.12.2023 [15:34]