CƏMİYYƏT
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollektivi Anım Gününü qeyd edib





Bakı, 27 sentyabr, AZƏRTAC
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollektivi 27 Sentyabr – Anım Günü ilə əlaqədar Zəfər parkını ziyarət edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, ərazi bütövlüyümüzün təmin olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzülüb, onların xatirəsi dərin ehtiramla yad olunub.
Xatırladaq ki, 2020-ci ilin sentyabrın 27-də Azərbaycan Ordusu Ermənistanın ölkəmizə növbəti təcavüzünün qarşısını almaq məqsədilə bütün cəbhə boyu əks-hücuma başlayıb. 44 gün davam edən və Vətən müharibəsi adlandırılan bu savaş Azərbaycan Silahlı Qüvvələrinin gücünü həm düşmənə, həm də bütün dünyaya göstərib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ermənistan ordusu məhv edilərək ölkənin ərazi bütövlüyü, tarixi ədalət və beynəlxalq hüquq bərpa olunub.