“Reseptordan refleksə doğru” monoqrafiyası çapdan çıxıb
Bakı, 29 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik A.Qarayev adına Fiziologiya İnstitutunun hüceyrələrin morfofunksional plastikliyi laboratoriyasının rəhbəri, biologiya elmləri doktoru, professor Fəxrəddin Əsgərovun “Reseptordan refleksə doğru” monoqrafiyası çapdan çıxıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, monoqrafiya bioloji tibbin ən aktual məsələlərindən biri olan qidalanmanın biotik faktoru kimi, interoreseptiv mübadilə reflekslərinin periferik və mərkəzi mexanizmlərinin formalaşmasında bilavasitə iştirak edən, həmçinin canlı orqanizm sistemlərində məqsədyönlü motivasiya-emosional və şərti-refleks reaksiyaların həyata keçirilməsində roluna həsr edilib.
Altı fəsildən ibarət nəşrin ilk iki fəslində reseptorlar, onların funksiyaları və refleksləri haqqında ümumi anlayışlar verilib. Növbəti fəsillərdə heyvanların şərti-refleks aktivliyinin formalaşmasında dominant, motivasiya və emosiya əlaqələrinin, eləcə də qidanın biotik dövriyyədə və beynin inteqrativ fəaliyyətinin formalaşmasında təkamül rolunun tədqiqatlarının nəticələri təqdim olunur.
Bundan əlavə, interoreseptiv mübadilə reflekslərinin mexanizminin periferik və mərkəzi əlaqələri barədə məlumat verilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:45]
Etnik yaddaşın izi: Qərbi Azərbaycan folkloru və coğrafi adlar
- 09.06.2026 [17:20]
Qəbələ və Şamaxı rayonlarında geoloji monitorinq aparılır
- 09.06.2026 [17:13]
MEK-də kitabxana sisteminin gələcək inkişaf istiqamətləri açıqlanıb
- 09.06.2026 [17:12]
Landşaft-ekoloji dəyişmələr üzrə elmi tədqiqatlar aparılır
- 09.06.2026 [17:10]