Azərbaycan Dövlət İnformasiya Agentliyi

Respublika Günü və Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi İsveçrənin paytaxtı Berndə də qeyd edilib

Bern, 29 may, AZƏRTAC

Azərbaycan Respublikasının İsveçrədəki səfirliyi bu ölkənin paytaxtı Bern şəhərinin “Schweizerhof” mehmanxanasında Respublika Günü və Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə rəsmi qəbul keçirib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın və İsveçrənin dövlət himnləri səsləndirilib. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfiri Xanım İbrahimova builki Respublika Günü bayramının Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi ilə üst-üstə düşdüyünü qeyd edərək 1919-cu il iyulun 9-da Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyinin katibliyinə dair müvəqqəti təlimatının bu bayramın əsasını təşkil etdiyini söyləyib.

Azərbaycan Xalq Cümhuriyyəti barədə qonaqları məlumatlandıran səfir 1918-ci ildə xalqımızın parlaq simalarının müsəlman Şərqində ilk demokratik və dünyəvi respublika qurduqlarını bildirib. İyirmi üç ay ömür sürməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin iqtisadi, siyasi və demokratik islahatlar sahəsində bir sıra uğurlar əldə etdiyi, həmin dövr üçün kifayət qədər əlamətdar olan, müsəlman dövlətləri arasında ilk dəfə qadınlara seçki hüququnu verdiyi vurğulanıb. Ümumiyyətlə, Xalq Cümhuriyyətinin Azərbaycanın dövlətçilik ənənələrini bərpa etdiyi və müasir Azərbaycanın formalaşması üçün yol açdığı qeyd edilib.

Səfir 1991-ci ildə Azərbaycanın yenidən müstəqilliyini bərpa etdiyini, lakin müstəqilliyinin ilk illərinin Azərbaycan üçün çox çətin olduğunu, Sovet İttifaqının tənəzzülü nəticəsində ölkədə iqtisadiyyatın çökdüyünü və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün vəziyyəti daha da ağırlaşdırdığını bildirib. Diqqətə çatdırılıb ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin beşdəbir hissəsi işğal edilib və ölkəmizdə 1 milyondan çox insan qaçqın və məcburi köçkünə çevrilib. Qeyd edilib ki, bu təlatümlü dövr 1993-cü ildə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başa çatdı, Ulu Öndər gənc dövlətin siyasi və iqtisadi inkişafının əsaslarını müəyyənləşdirdi. Bu gün Azərbaycan ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında müasir, güclü və təhlükəsiz bir dövlətə çevrilib. Bu günə qədər Azərbaycan iqtisadiyyatına 260 milyard dollardan artıq investisiya qoyulub, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 25-ci yerdə qərarlaşıb və bu, ölkədə həyata keçirilən iqtisadi islahatların uğuruna dəlalət edir.

Bakının mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsinin artıq bir ənənəyə çevrildiyini qeyd edən səfir X.İbrahimova qonaqları mayın 29-da baş tutacaq UEFA Avropa Liqasının finalını izləməyə və Bakı haqqında öyrənməyə dəvət edib.

Azərbaycan-İsveçrə əlaqələrinə toxunan səfir bu əlaqələrin ötən il ərzində daha da inkişaf etdiyini və bir sıra mühüm səfərlərlə yadda qaldığını söyləyib. Bu kontekstdə xüsusilə iki ölkənin prezidentlərinin Dünya İqtisadi Forumunun Davos İllik Görüşü çərçivəsindəki görüşü qeyd edilib, iki ölkə arasında yüksəksəviyyəli siyasi dialoqun qarşılıqlı əməkdaşlığın müxtəlif sahələrində inkişaf və nailiyyətlər üçün bünövrə rolu oynadığı vurğulanıb. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin builki Davos səfərinin daha bir əlamətdar hadisə, Azərbaycan Hökuməti və Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında ilk dəfə olaraq əməkdaşlığın təməlinin qoyulması ilə yadda qaldığı da bildirilib. Bundan əlavə, ötən il ərzində İsveçrənin İqtisadiyyat nazirinin başçılıq etdiyi geniş nümayəndə heyətinin Azərbaycana səfər etdiyi və səfər çərçivəsində Sumqayıt şəhərində İsveçrə sərmayəsi hesabına tikilmiş zavodun açılışının baş tutduğu qeyd edilib. Eyni zamanda, ötən il İsveçrə Təhsil nazirinin ilk dəfə Bakıya səfərinin təşkil edildiyi və bu səfər çərçivəsində iki ölkənin Təhsil nazirlikləri arasında birgə bəyanatın imzalandığı diqqətə çatdırılıb. Həmçinin Bakı və Cenevrə şəhərləri arasında birbaşa hava əlaqəsinin yaradılması və iki ölkənin turizm agentlikləri arasında əməkdaşlıq sazişinin imzalanmasından sonra qarşılıqlı olaraq turist səfərlərində artımın müşahidə olunduğu bildirilib. İki ölkənin Xarici İşlər nazirlikləri arasında yüksək səviyyəli siyasi məsləhətləşmələrin aparılması, Azərbaycandan İsveçrəyə ixrac missiyasının təşkil olunması, İsveçrə şirkətlərinin ölkəmizə investisiya qoymasının təşviq edilməsi məqsədilə il ərzində İsveçrədə artıq üç biznes forum və bir neçə dəyirmi masanın keçirilməsi, İsveçrə kantonları ilə kanton prezidentləri səviyyəsində sıx əlaqələrin qurulması barədə məlumat verilib.

İsveçrə Xarici İşlər Nazirliyinin ATƏT, Avropa Şurası, Avropa və Mərkəzi Asiya üzrə rəhbəri, səfir Nikola Brül İsveçrənin Azərbaycanla çoxtərəfli əməkdaşlıqdan məmnun olduğunu, ölkəmizi İsveçrənin regiondakı tərəfdaşı kimi dəyərləndirdiyini bildirib. Vurğulanıb ki, İsveçrə iki ölkənin dövlət başçıları arasında Davos Dünya İqtisadi Forumu çərçivəsində 2007-ci ildən bəri davam edən görüşləri alqışlayır. İsveçrənin rəsmi nümayəndəsi iki dövlət arasında sıx iqtisadi əlaqələrin ortaq maraqlara söykəndiyini deyərək, İsveçrənin Azərbaycanın xarici investisiyaları baxımından üçüncü mühüm dövlət olduğunu, eyni zamanda, İsveçrənin Azərbaycana sərmayə qoyan ölkələr arasında ilk onluqda yer aldığını bildirib.

Çıxışlardan sonra Bern şəhərində fəaliyyət göstərən “Qarabağ” Azərbaycan məktəbinin şagirdləri və İtaliyada fəaliyyət göstərən “Orizondanza” rəqs qrupunun ifasında tamaşaçılara Azərbaycanın milli rəqsləri nümayiş etdirilib.

Rəsmi qəbul zamanı, həmçinin Bakı şəhərinin UEFA Avropa Liqasının finalına ev sahibliyini, eləcə də ölkəmizin turizm potensialını təbliğ edən videoçarxlar nümayiş etdirilib.

Sonda qonaqlara milli və Avropa mətbəxinin təamlarından ibarət ziyafət verilib.

Qəbulda İsveçrənin Federal Xarici İşlər Nazirliyi və İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin rəhbərliyi, Parlament üzvləri, merlər, İsveçrədə akkreditə olunmuş səfirlər, o cümlədən Avropa İttifaqı, Böyük Britaniya, Kanada, Fransa, Belçika, Niderland, ABŞ, Lixtenşteyn, İrlandiya, Polşa, İsrail, Çili, Vatikan və digər ölkələrin səfirləri, Dünya İqtisadi Forumunun üzvləri, İsveçrənin digər hökumət qurumları və ictimaiyyətinin təmsilçiləri, həmçinin Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

 

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Bern

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan ilə Ümumdünya Poçt İttifaqı arasında əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

İstanbulda keçirilən “Azərbaycan Kinosu Günləri” başa çatıb

Azərbaycan “Dubai FinTech Summit 2025” tədbirində təmsil olunub

Pakistanın Baş naziri həmrəylik və dəstəyə görə Azərbaycana minnətdarlıq edib VİDEO

Pakistanın Baş naziri həmrəylik və dəstəyə görə Azərbaycana minnətdarlıq edib VİDEO

Parlamentdə Qlobal Cənubun yüksəlişi ilə bağlı müzakirələr aparılıb - YENİLƏNİB

“Grow Group Azerbaijan”: Bu ildən yeni layihələrimizi Qarabağda davam etdirməyi planlaşdırırıq

AAK sədri: 15-dən çox ölkənin universitetlərində doktorantura təhsili almış mütəxəssislərin dərəcələri rəsmi şəkildə tanınıb

Dəqiqlik, qənaət və dayanıqlılıq – süni intellektin uğurlu nəticələri VİDEO

Dəqiqlik, qənaət və dayanıqlılıq – süni intellektin uğurlu nəticələri VİDEO

Kənd təsərrüfatında süni intellektin tətbiqi düzgün proqnozlar verir

“InterFood Azerbaijan” və “Caspian Agro” sərgilərinin ikinci günündə fermerlərin turu təşkil olunub

Londonda Azərbaycanın yaşıl enerji və əlaqəlilik sahəsində potensialı müzakirə olunub

Yermolay Soljenitsın: COP29 Azərbaycanı investisiya və əməkdaşlıq üçün cəlbedici məkana çevirdi

Hüseyn Cavid prospektində mikromobillik vasitələri istifadəçiləri üçün maarifləndirici tədbir keçirilib

II Beynəlxalq Aqrar İnnovasiya Forumu çərçivəsində panel müzakirələr keçirilib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Respublika Prokurorluğunun sorğusu əsasında qərar qəbul edilib

bp Azərbaycanın qədim tarixinin araşdırılmasına dəstək verib

Dövlət Vergi Xidmətinin nümayəndə heyəti Litvada işgüzar səfərdə olub

® “Azercell”in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ilin birinci rübündə 940 müraciət daxil olub

ƏƏSMN-in fəaliyyətində ictimai nəzarətin həyata keçirilməsində İctimai şuranın rolundan bəhs olunub

İqtisadiyyat naziri Londonda bir sıra görüşlər keçirib

İtaliyalı tennisçi Yannik Sinner Papa XIV Leoya raketka hədiyyə edib

Antonio Koşta: Monteneqro Aİ-də müsbət impulsun ən yaxşı nümunələrindəndir

Avropa Ədalət Məhkəməsi Ursula Fon der Lyayenin “Pfizer” şirkətinin rəhbəri ilə yazışmalarının açıqlanmasına hökm çıxarıb

Rektor BMU-nun ictimai və sosial həyatında fərqlənən tələbələrlə görüşüb

NDU-da tanınmış macar yazarın “Yaşam üçün nəfəs” tamaşası nümayiş olunub

Bu ilin 4 ayında qoruq və muzeylərin 280 minə yaxın ziyarətçisi olub

Fransa-Əlcəzair münasibətləri yenidən gərginləşib

AQTA sədri ilə Latviyanın kənd təsərrüfatı naziri əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər VİDEO

AQTA sədri ilə Latviyanın kənd təsərrüfatı naziri əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər VİDEO

“Milli Proqram” çərçivəsində növbəti 7500 nəfər təlimlərə başlayıb

® “AccessBank” “Cisco IronPort” üzrə tender elanının müddətini uzadıb

Azərbaycan - Ukrayna oyununun yeri və başlama vaxtı müəyyənləşib

İkinci Azərbaycan Bankçılıq Missiyasının ABŞ-a işgüzar səfəri başlayır

Xocəsəndə Ulu Öndərin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş ağacəkmə aksiyası keçirilib

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkına 35 milyon manatdan çox investisiya yatırılıb

AKİA: Biz subsidiya sahəsində kooperativlər üçün özəl yanaşma tətbiq edirik

Gürcüstan Parlamenti: ABŞ Nümayəndələr Palatasının qəbul etdiyi qanun Gürcüstana düşmənçilik ruhunda tərtib olunub

Xaçmazda avtomobil vuran məktəbli hadisə yerində ölüb

DİM II və III ixtisas qrupları üzrə qəbul imtahanı verəcək abituriyentlərə müraciət edib

Latviyanın nümayəndə heyəti ilə gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Türkiyədə peşə reabilitasiyası və sosial müdafiə sahəsində təcrübə mübadiləsinə dair müzakirələr aparılıb

Famil Mustafayev: Elmlər doktoru dərəcəsinin ləğvi təkcə normativ sənədlə həll edilə bilməz

Aqrar Tədqiqatlar Mərkəzinin direktoru: Qarabağda bir neçə şirkətin artıq aqroparklarla bağlı konsepsiyası var

Fərhad Quliyev: Arxeologiyada yeni tədqiqat üsullarını tətbiq etməyə çalışırıq

PKK-nın özünü buraxması: terrorçulara etibar etmək olarmı? – ANALİTİKA

Azərbaycanın sərbəst güləşçiləri İrandakı turnirdə iştirak edəcəklər

Çin ABŞ malları üçün idxal rüsumlarını azaldıb

Azərbaycan ombudsmanı İƏT iclasında insan hüquqlarının müdafiəsi və əməkdaşlıq çağırışları ilə çıxış edib

ANAMA işə qəbul elan edir

AAK sədri: Son 5 ildə 365 nəfərə elmlər doktoru dərəcəsi verilib

İkiqat Olimpiya çempionu xəstəxanaya yerləşdirilib

BDU əməkdaşları “Springer Nature”nin nəşr imkanları barədə məlumatlandırılıb

Ravvin Mark Şnayer: Azərbaycan dinlərarası əməkdaşlıq və birgəyaşayış baxımından dünya miqyasında nümunədir VİDEO

Ravvin Mark Şnayer: Azərbaycan dinlərarası əməkdaşlıq və birgəyaşayış baxımından dünya miqyasında nümunədir VİDEO

“Muğam aləmi” 7-ci Beynəlxalq Muğam Festivalı çərçivəsində muğam müsabiqəsi elan edilib

Avropa Şurasının sessiyasında Azərbaycanın sülh təşəbbüslərindən danışılıb

Tovuzda dolu təsərrüfatlara zərər vurub - kənd sakinlərinə dəymiş ziyan hesablanır VİDEO

Tovuzda dolu təsərrüfatlara zərər vurub - kənd sakinlərinə dəymiş ziyan hesablanır VİDEO

® “Kapital Bank”da tələbələr üçün maliyyə və müştəri təcrübəsi təlimləri keçirilib

Azərbaycan və Latviya arasında aqrar sahədə əməkdaşlıq məsələləri müzakirə olunub

“Bilim Maarif” atelyesinin açılış mərasimi olub VİDEO

“Bilim Maarif” atelyesinin açılış mərasimi olub VİDEO

“Milli Proqram” çərçivəsində daha 7500 nəfər təlimlərə başlayıb

Azərbaycanda arxeologiya və antropologiya üzrə fundamental elmi araşdırmaların aparılması mühüm hədəflərdən biridir

Çinli ekspert: Orta Dəhliz Çin və Avropanı birləşdirən ən qısa yoldur

2-ci Beynəlxalq Aqrar İnnovasiya Forumunda “Süni intellektin aqrar sahədə tətbiqi" mövzusunda konfrans keçirilib VİDEO

2-ci Beynəlxalq Aqrar İnnovasiya Forumunda “Süni intellektin aqrar sahədə tətbiqi" mövzusunda konfrans keçirilib VİDEO

Elvan Kuzucu: “TEKNOFEST”in uğurlu modeli Azərbaycanın digər bölgələrində də tətbiq ediləcək

“Bilim Maarif” atelyesi: Türkiyə-Azərbaycan elmi əməkdaşlığında yeni addım

Gələcəyin səmasında Azərbaycan imzası VİDEO

Gələcəyin səmasında Azərbaycan imzası VİDEO

İƏT-in sammitinin Bakıda keçirilməsi təşkilatın Azərbaycanla əməkdaşlığını daha da dərinləşdirəcək - Ekspert rəyi

Sergey Vlasenko: Müharibənin Ukraynanın ətraf mühitinə vurduğu ziyan təxminən 91,6 milyard dollardır

Azərbaycan millisinin futbolçusuna xarici klublardan təkliflər var

Türk dövlətlərinin ali seçki qurumları arasında əməkdaşlıq genişlənir

Arxeologiya və Antropologiya İnstitutu beynəlxalq standartlara uyğun elmi jurnallar nəşr edəcək

Özünüməşğulluq proqramı üzrə son bir həftədə 176 şəxs üçün kiçik təsərrüfatlar yaradılıb

ADPU-nun Quba filialında “Xatirələr işığında Heydər Əliyev” kitabı təqdim edilib

Kürdəmirdə qadının əməliyyatdan sonra vəfat etməsi faktı üzrə araşdırma aparılır

Rəcəb Tayyib Ərdoğan: Türkiyə tarixində terrorizm və zorakılıq dövrü arxada qalıb

Qastronomiya üzrə beşinci “Qızıl şah” Azərbaycan Milli Kulinariya Çempionatı başlayıb

Şəhriyar Əsgərov: “Sabah” bu gün seriyanın uzanmağına imkan verməyəcək

Fərhad Quliyev: Qarabağda beynəlxalq arxeoloji ekspedisiyaların fəaliyyət göstərməsi qarşıda duran vəzifələrdən biridir

Azərbaycanda aqrar sahədə üç startap ötən il ərzində 100 min manat investisiya əldə edib

BDU-da özbəkistanlı alimlərlə birgə dərsliklərin hazırlanması ilə bağlı müzakirələr aparılıb

Qlazqo və Aberdində soydaşlarımız üçün ilk dəfə səyyar konsulluq xidmətləri göstəriləcək

Tanınmış dilçi-alim AMEA Naxçıvan Bölməsinin qonağı olub

BEA: Bu il dünyada satılan hər dördüncü avtomobil elektrik mühərrikli olacaq

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verilib

Yeni Hərbi prokuror kollektivə təqdim edilib

“Real Madrid”in qapıçısı zədələndiyi üçün heyətdən çıxarılıb

Polşa XİN Ukraynaya qoşun göndərməyəcəklərini bəyan edib

Qazaxıstan ən çox nadir torpaq elementləri ehtiyatına malik 10 ölkədən biri ola bilər

XİN rəsmisi: Azərbaycanın ədalətli yanaşması və antikolonial mövqeyi Afrikanın maraqlarına uyğundur

FHN-in Sumqayıt Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqləri keçirib

Türk xalqlarının mifoloji düşüncəsi yeni tədqiqat işığında

İdman Akademiyasının rəsmisi: Karyera sərgisinin tələbələr üçün faydalı olacağına inanırıq

Naxçıvanda səfərdə olan dünyaşöhrətli macarıstanlı yazıçı Şandor Lejak ilə görüş keçirilib

Kreml danışıqlarda iştirakını təsdiqləyir, amma nümayəndə heyətinin tərkibini açıqlamır

“Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” - beynəlxalq konfrans

Media subyektlərinin nümayəndələri üçün kibertəhlükəsizlik mövzusunda təlim keçirilib YENİLƏNİB  VİDEO

Media subyektlərinin nümayəndələri üçün kibertəhlükəsizlik mövzusunda təlim keçirilib YENİLƏNİB VİDEO

Yunanıstan hökuməti sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edib

“Microsoft” minlərlə iş yerini ixtisar edəcək

Avropa İttifaqı Ukraynadan bəzi məhsulların idxal rüsumlarını artırır

Konqo küçələrində səfalətə məhkum edilmiş uşaqlar

Almaniyada Rusiyanın xeyrinə casusluq etməkdə şübhəli bilinən üç nəfər saxlanılıb