Respublika Müalicəvi Diaqnostika Mərkəzində yanğın təhlükəsizliyi təlimi keçirilib
Bakı, 3 may, AZƏRTAC
Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) yanğın hadisəsi zamanı pasiyentlərin, o cümlədən işçi heyətin xilas olunması və yanğının söndürülməsi üzrə təlim keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, təlimdə baş verə biləcək yanğın zamanı işçi heyətin Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin çağırılma, onların ilkin yanğınsöndürmə vasitələrindən istifadə bacarıqları, stasionar müalicə təyin olunmuş ağır xəstələrin və digər vasitələrin təxliyə olunma və ümumilikdə ekstremal vəziyyətdə işçi heyətin hərəkət qaydaları izah edilib, əyani olaraq yanğınsöndürmə vasitələrinin istifadə qaydaları nümayiş olunub.
Qeyd edək ki, RMDM-də analoji təlimlər mütəmadi olaraq keçirilir.