Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Respublika Perinatal Mərkəzində yanğınla bağlı başlanan cinayət işinin istintaqı tamamlanıb VİDEO

Respublika Perinatal Mərkəzində yanğınla bağlı başlanan cinayət işinin istintaqı tamamlanıb VİDEO

Bakı, 10 sentyabr, AZƏRTAC

Yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” Publik Hüquqi Şəxsin inzibati binasında baş vermiş yanğınla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulduğu istintaqla müəyyən olunub.

Bundan başqa, Mehriban Abasquliyevanın 2022-ci il dekabrın 27-də mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su krantlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayevin və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.

Sentyabrın 9-da iş üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Respublika Perinatal Mərkəzində yanğınla bağlı başlanan cinayət işinin istintaqı tamamlanıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Spiegel”: Kiyevdə ilk dəfə Rusiyaya güzəştlərlə bağlı ssenari müzakirə edilib

Milli Strategiyanın icrası ilə su ehtiyatlarından daha səmərəli istifadə olunacaq - RƏYLƏR

Yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var

Şahin Diniyev: Estoniya ilə matçda futbolçularımızda keyfiyyət çatışmadı

İsveçin 600 vətəndaşı İnterpol tərəfindən axtarışa verilib

NASA Yupiterin peykinə kosmik gəmi göndərir

Şuşa şəhərində “Şuşa şəhərinin islam memarlıq irsi” adlı simpozium keçirilir

Slovakiya millisinin baş məşqçisi: Azərbaycanla oyun üçün fərqli planlar qurmalıyıq

Azərbaycan Daşkənddə turizmin inkişafına həsr edilən konfransda təmsil olunub

Nazir: Hərbi gücümüzün və döyüş imkanımızın artırılması, peşəkar kadr hazırlığı başlıca məqsədimizdir

Estoniyalı futbolçular Azərbaycan millisi ilə oyundakı qələbəni şərh ediblər

Vətən müharibəsinin xronikası: 12 oktyabr

Millətlər Liqası: Bundesliqada çıxış edən futbolçu Azərbaycan yığmasına qarşı oynamayacaq

Sensasiyalı eksperiment: Yuxuda olan insanlar arasında əlaqə qurulub

Donald Tramp ABŞ vətəndaşlarını öldürən mühacirlərə ölüm cəzası verilməsini istəyir

ASCO daha bir quru yük gəmisi alır

Bu ilin doqquz ayında 36,4 min şəxsə əlillik təyin olunub

Everest zirvəsinin ətəyində 100 il əvvəl itkin düşmüş alpinistin geyim əşyaları tapılıb

Gürcüstanı qardaş qırğınına təşviq edənlər əslində regiondakı mövcudluqlarının mahiyyətini göstərirlər ŞƏRH

FHN: Ötən sutka 27 yanğına çıxış olub

Yeni tədqiqat: Şəkər beyin neyronları üçün yağlardan daha təhlükəlidir

İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə

Vinçentso Montella Türkiyə millisinin tarixinə düşüb

BMT Ümumdünya Köçəri Quşlar Günündə həyəcan təbili çalır

Sədr: Hazırda 15 xarici şirkət “Cypho”nu tətbiq edir VİDEO

AHİK və Mediasiya Şurası əməkdaşlığa başlayır

Millətlər Liqası: Xorvatiya Şotlandiya ilə, Portuqaliya Polşa ilə qarşılaşacaq

Azərbaycan neftinin bahalaşması davam edir

DİN: Ötən gün 48 cinayətin üstü açılıb

Bu gün görkəmli şair Əhməd Cavadın anım günüdür

Bu gün Azərbaycan Kubokuna iki oyunla start veriləcək

Tovuzda avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb

“Böyük Dəbilqə”: Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə qoşulur

Dünya birjalarında neft ucuzlaşıb

Azərbaycanın U-21 millisi bu gün Şimali İrlandiya ilə qarşılaşacaq

Bakının 3 küçəsində hərəkət qismən məhdudlaşdırılıb

Çində yanacağın qiyməti yenidən bahalaşıb

Xəzər İbrahim: COP29 çərçivəsində ABŞ-la Azərbaycan arasında çox yaxşı əməkdaşlıq mövcuddur VİDEO

Vaşinqtonda COP29 çərçivəsində yaşıl maliyyəyə həsr olunmuş konfrans keçirilib VİDEO

“Boeing” şirkəti 17 000 iş yerini ixtisar edir

Masallıda yol-nəqliyyat hadisəsi nəticəsində piyada həyatını itirib

Bakıda rus bəstəkarın 180 illiyi qeyd ediləcək

İsveç və Danimarka qəzetlərində Azərbaycan səfirinin COP29-dakı təşəbbüslər haqqında məqalələri dərc olunub

İtaliyanın Albaniyada tikdiyi düşərgələr miqrant qəbuluna hazırdır

Baltik dənizində yanğının baş verdiyi neft tankeri Rostok limanına gətirilib

Gözlənilən ömür artımı yavaşlayır - TƏDQİQAT

Katarakta Avropada ən çox edilən əməliyyat olub

Xalq şairi Vahid Əziz sumqayıtlıların qonağı olub

Millətlər Liqası: Türkiyə və Almaniya qalib gəlib

Xəzər dənizində zəlzələ baş verib

Avroliqa: Azərbaycan millisinin basketbolçusunun oynadığı komanda qalib gəlib

Bakıda “INMerge İnnovasiya Sammiti” başa çatıb

XİN: Niderland Parlamentinin Nümayəndələr Palatasının iki qətnaməsini qətiyyətlə rədd edirik VİDEO

Fernandu Santuş: Çatışmazlıqların üzərində işləməliyik

Türkiyədə prospektlərdən birinə Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynovun adı verilib

Millətlər Liqası: Azərbaycan yığması Estoniyaya məğlub olub YENİLƏNİB-4

İrakli Kobaxidze: Almaniya Bundestaqının Gürcüstana dair qətnaməsinin demokratiya ilə heç bir əlaqəsi yoxdur

“Kosmik səyahət: ulduzlara doğru” - tədbir

Sahibə Qafarova Qazaxıstan Parlamenti Senatının sədri ilə görüşüb

Fransanın tanınmış aşpazı kitabında Azərbaycan mətbəxindən reseptlər təqdim edib

Azərbaycan ilə İspaniya arasında siyasi məsləhətləşmələr keçirilib

Üçüncü “Uğur yolu” müsabiqəsinin qalibləri ilə görüş keçirilib

Olaf Şolts: Almaniya qətiyyətlə Ukraynanın yanındadır

AZƏRTAC-ın əməkdaşı “Dünya Conşana gəlir” layihəsində iştirak edib

® “AzInTelecom” “INMerge İnnovasiya Sammiti 2024”də iştirak edib

“Vətənim Qərbi Azərbaycan” rəsm müsabiqəsinin yekun sərgisi keçirilib

Paytaxt məktəblərinin fəaliyyəti müzakirə olunub

® “Kapital Bank”ın dollar istiqrazlarının 2-ci tranşı filiallarda satışa çıxarılıb

Bakıda keçirilən Pre-COP29 konfransına yekun vurulub

Bakıda mövcud avtobus zolağının uzunluğu açıqlanıb

Türkiyənin İzmir və İstanbul şəhərlərində “Azərbaycan mədəniyyət və sənət günləri” keçiriləcək

Azərbaycanda vergiödəyicilərinin sayı 6 faizə yaxın artıb

Raket və artilleriya bölmələrində atəş tapşırıqları icra olunub

Bakı metrosunda qatarların hərəkəti 2 dəqiqə yubanıb

IDEA İctimai Birliyi “PASHA Qrupu”nun dəstəyi ilə növbəti təmizlik aksiyası təşkil edib

Regionlarda ali təhsil: reallıqlar və perspektivlər

Tunis Respublikasının Prezidenti Zati-aliləri cənab Kays Sayidə

Tbilisidəki “Axali Taoba” məktəbində Azərbaycan, Türkiyə və Gürcüstan dostluğuna həsr olunmuş tədbir keçirilib

Sahib Paşazadə: Pakistanda festivalda iştirakımız kifayət qədər məhsuldar oldu

BDU kitabxanalar üçün beynəlxalq konsorsiumun Baş Assambleyasında təmsil olunub

Azərbaycan bir neçə ərazidən heyvandarlıq və quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyub

“Muğam hər bir ifaçının səsi ilə yenilənir, inkişaf edir” - Mənsum İbrahimovla söhbət

ICESCO-nun nümayəndə heyəti Ağdam şəhərinə səfər edib

İsrail mətbuatı Niderland parlamentini Azərbaycana qarşı qərəzli mövqeyinə görə qınayıb

Millətlər Liqası: Estoniya – Azərbaycan oyunu üçün start heyətləri açıqlanıb

Göygöldə keçirilən forumda innovativ texnologiyaların kənd təsərrüfatında üstünlüklərindən danışılıb

Bakıda Pre-COP29 çərçivəsində iqlim fəaliyyətində insan inkişafının rolu üzrə mühüm tədbir keçirilib

ABŞ mətbuatı: Ermənilərin səslərini qazanmaq istəyən Adam Şiff Azərbaycanın ABŞ-a etdiyi yaxşılıqları qiymətləndirmir

COP29-un keçiriləcəyi Bakı Olimpiya Stadionunda ərazi bölgüsünün necə aparıldığı açıqlanıb

“Azərbaycanda müasir ekologiya problemləri və onların həlli yolları” - seminar

AZAL karbon emissiyalarının kompensasiyası proqramına start verir

Elxan Əzizov: Süni intellektin inkişafı texnoloji asanlıq gətirməklə yanaşı, bir sıra narahatlıqlar da doğurur

Milli Məclisin sədri Düşənbədə Özbəkistan Ali Məclisi Senatının sədri ilə görüşüb

Alim: Azərbaycanın COP29-a uğurla ev sahibliyi edəcəyinə əminəm

Almaniya millisinin sabiq üzvü: Azərbaycanlı uşaqlara futbolun sirlərini öyrətmək istəyirəm

Ağcabədidə şəhid Məhəmməd Məmmədovun ailəsi ziyarət edilib

İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə olan müraciətlərin sayı açıqlanıb

Gömrük orqanına bəyan edilməyən qızılın ölkəyə gətirilməsinin qarşısı alınıb

Bakı Apellyasiya Məhkəməsinin inzibati binasının yeni korpusu istifadəyə verilib

Yeni Suraxanı qəsəbəsində qanunsuz tikilinin qarşısı alınıb