RESPUBLİKA SARAYINDA... SATİRA GECƏSİ
Saraydan AZƏRTAC-ın müxbirinə demişlər ki, xalq artisti Hacı İsmayılovun aparıcılıq edəcəyi gecədə X.Qocanın satirik-yumoristik əsərləri səsləndiriləcəkdir. Gecədə yazıçının ötən mövsümdə Milli Akademik Dram Teatrında hazırlanmış “Hərənin öz payı...” tamaşasından səhnələr oynanılacaq, eyni zamanda müəllif tamaşaçılara həyatda qarşılaşdığı qəribə əhvalatlardan, məzəli hadisələrdən danışacaqdır.
Gecədə xalq artistləri Mələkxanım Əyyubova, Aftandil İsrafilov, əməkdar artistlər Könül Xasıyeva, Möhlət Müslümov, Nazpəri Dostəliyeva, Bilal Əliyev, Ağasəlim Abdullayev, Fəxrəddin Dadaşov və başqaları musiqi nömrələri ilə çıxış edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:54]
Dilimiz milli-mədəni kimliyimizin təməlidir - yeni layihə
- 08.06.2026 [20:53]
İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi
- 08.06.2026 [17:52]
Niyazinin mənzil-muzeyində “Melodiyaların palitrası” adlı konsert olub
- 08.06.2026 [16:58]
Azərbaycan parfümeriya xammalı Fransada: “Lecheq” “SIMPPAR 2026”da
- 08.06.2026 [15:11]