RƏSMİ SƏNƏDLƏR
R.K.Teymurovun Azərbaycan Respublikasının Koreya Respublikasında və eyni zamanda Monqolustanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Rəmzi Kazım oğlu Teymurov Azərbaycan Respublikasının Koreya Respublikasında və eyni zamanda Monqolustanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 avqust 2022-ci il