Roma Papası Fransiskin vəziyyəti sabitləşib

Bakı, 17 fevral, AZƏRTAC
Bronxit səbəbi ilə Romanın “Agostino Gemelli” xəstəxanasına yerləşdirilən Papa Fransiskin vəziyyəti sabitdir.
AZƏRTAC ANSA agentliyinə istinadla xəbər verir ki, bununla bağlı Vatikanın Mətbuat idarəsi məlumat yayıb. Bildirilib ki, Roma Katolik Kilsəsinin rəhbəri tibb işçiləri tərəfindən təyin olunan terapevtik diaqnostika prosesini davam etdirir.
Xatırladaq ki, bir müddətdir Roma Papasının səhhətində problem yaranıb. Bir neçə gün öncə keçirilən görüşlərdə onun iştirakçılara müraciətini Vatikanın əməkdaşı oxuyub.
88 yaşlı Fransisk ötən illərdə bir neçə dəfə xəstəxanaya yerləşdirilib.