Roma yaxınlığındakı “CARA” miqrant qəbulu mərkəzindən xeyli sayda mühacir köçürülüb
Roma, 26 yanvar, AZƏRTAC
İtaliya mənbələrinin verdiyi məlumata görə, çərşənbə axşamı təxminən 30-dək miqrantın başqa sığınacaq mərkəzlərinə köçürülməsindən sonra Roma yaxınlığındakı Kastelnuovo-di-Porto şəhərciyində yerləşən “CARA” (Il Cara di Castelnuovo) miqrant qəbulu mərkəzindən sığınacaq axtaranların köçürülməsi davam edib.
AZƏRTAC ANSA agentliyinə istinadla xəbər verir ki, ölkənin ikinci ən böyük miqrant qəbulu mərkəzinin bu ayın sonunda bağlanma təhlükəsi səbəbindən daha 75 nəfər şəhərətrafı sığınacaq mərkəzlərınə köçürülüb.
İtaliyanın “Azad və bərabər” (Leu) sol qrupunun deputatı Rossella Muroninin “CARA” mərkəzində miqrant aparan avtobusun qarşısında duraraq onun hərəkətini müvəqqəti dayandırması, sığınacaq ətrafında toplaşan kütlə tərəfindən rəğbətlə qarşılanıb.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [21:01]
Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]