Rüfət Əzizov: “Təhsildə yeni çağırışlar” forumunun ölkəmizdə keçirilməsi əlamətdar hadisədir

Bakı, 5 noyabr, AZƏRTAC
Bakıda ilk dəfə olaraq İqtisadi Beynəlxalq Əməkdaşlıq və İqtisadi İnkişaf Təşkilatının şagird fəaliyyətlərinin qiymətləndirilməsi proqramının ölkələr üzrə nümayəndələrinin iclası keçirilib. Bu iclasda 50-dən çox ölkədən 70-dək ekspert iştirak edib. İclasda həmin proqramın perspektivləri, keçənilki nəticələri və ölkələrdə təhsilin inkişafı ilə bağlı müxtəlif amillərin təsiri ilə bağlı məsələlər müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, bunu “Təhsildə yeni çağırışlar” adlı III beynəlxalq forum çərçivəsində jurnalistlərə açıqlamasında təhsil institutunun direktoru Rüfət Əzizov deyib. O bildirib ki, forumun ölkəmizdə keçirilməsi əlamətdar hadisədir: “Müxtəlif ölkələrdən ekspertlərin Bakıda toplanması, yerli ekspertlərlə müzakirələrin aparılması, beynəlxalq aləmdə təhsil trendlərinin müqayisə edilməsi təhsilin inkişafına töhfə verəcək. Tədbir sayəsində təhsilin inkişafı ilə bağlı müxtəlif hesabatların necə təhlil olunması haqqında təəssürat yaranacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.05.2025 [21:02]
Azərbaycan məktəbliləri ABŞ-da keçirilən müsabiqədə bürünc medal qazanıb
- 16.05.2025 [19:15]
bp-nin sponsorluğu ilə BDU-da geologiya muzeyi istifadəyə verilib
- 16.05.2025 [18:28]
Nəvai Dövlət Universitetinin müəllimləri ADPU-da təcrübə keçiblər
- 16.05.2025 [17:53]