RUMİNİN 800 İLLİK YUBİLEYİ TÜRK XALQLARINI DAHA DA YAXINLAŞDIRIR
AZƏRTAC xəbər verir ki, oktyabrın 23-də “Azərbaycanda Mövlana Cəlaləddin Rumi günləri”ndə iştirak etmək üçün Bakıya gəlmiş qonaqlardan bir qrupu Milli Məclisin mədəniyyət məsələləri daimi komissiyasının və Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşmüşdür.
Komissiyanın sədri, professor Nizami Cəfərov Şərqin böyük dühalarından olan Ruminin həyat və yaradıcılığından danışmış, Azərbaycanda Rumi irsinin öyrənilməyə başlandığını diqqətə çatdırmışdır. Bildirmişdir ki, Rumi fəlsəfəsi təkcə elm adamlarını deyil, xalqlarımızı da yaxınlaşdırır.
Görüşdə tədbirin təşkilatçıları, professor Tofiq İsmayılov, iş adamı Nadir Eromi, Türkiyənin Konya Böyükşəhər bələdiyyəsinin təmsilçisi Ərcan Uslu, İran parlamenti sədrinin müşaviri, şair-publisist Ağayi Şeirdust Bakıda keçirilən yubiley tədbirləri barədə xoş təəssüratlarını bölüşdülər. Ölkəmizin elm ocaqlarının, yaradıcı təşkilatlarının və dövlət qurumlarının ünvanına minnətdarlıq ifadə olundu. Bir fikir xüsusi vurğulanmışdır ki, Rumi günləri müxtəlif ölkələrdə qeyd olunmuşdur, amma Azərbaycanda keçirilən yubiley tədbirləri həm təşkilati, həm elmi, həm də mənəvi təsir baxımından xüsusilə təqdirəlayiqdir. Bu tədbirlərdə Azərbaycan, Türkiyə və İran alimlərinin toplandığı elmi simpoziumda Mövlana Cəlaləddin Ruminin şəxsiyyəti və yaradıcılığı ətraflı təhlil edilmişdir.
Görüşdə bu cür tədbirlərin ölkələrimiz arasında mədəni, elmi və yaradıcılıq əlaqələrinin möhkəmlənməsinə müsbət təsir göstərdiyi xüsusi qeyd edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.05.2025 [20:09]
Türküstanda “Yəsəvi İrsi”nə həsr olunmuş beynəlxalq simpozium təşkil edilib
- 16.05.2025 [15:33]
“Türk dünyasının Bəxtiyarı” – qiraət müsabiqəsinin seçim mərhələsi başlanıb
- 16.05.2025 [15:17]
Maqsud İbrahimbəyovun 90 illik yubileyi qeyd edilib
- 16.05.2025 [12:44]
Tanınmış bəstəkar Azər Rzayevin anadan olmasının 95 illiyi qeyd edilib
- 16.05.2025 [11:43]
AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərovun növbəti uğuru
- 16.05.2025 [11:23]