Rumıniyalı professor: Qlobal Bakı Forumu hər il daha yaradıcı və effektiv həllər tapmağa yönəlir

Bakı, 14 mart, AZƏRTAC
Qlobal Bakı Forumu hər il daha yaradıcı, daha effektiv həllər tapmağa yönəlir. Forumda insanlar öz fikirlərini bildirir, ifadə edir, misallar gətirir və bu cür debatlarda qabaqcıl təcrübələrin ötürülməsi üçün əllərindən gələni edirlər.
Bu barədə AZƏRTAC-a müsahibəsində Rumıniyanın Konstanta Ovidius Universitetinin professoru, Qara dəniz universitetləri şəbəkələrinin baş katibi Eden Mamut deyib.
“Mən uzun illərdir ki, Bakı Qlobal Forumuna gəlirəm. Bu foruma göstərilən dəstəyə görə təşkilatçılara, rəsmilərə, şəxsən Azərbaycanın Prezidentinə minnətdarlığımı bildirirəm. Bakı Forumu ildən-ilə inkişaf edir. Bir çox fərqli coğrafiyadan, müxtəlif insanları bir araya gətirmək, onların biliklərini, təcrübələrini, istəklərini bölüşmək olduqca əhəmiyyətlidir. Düşünürəm ki, bu yolla biz regionumuzun çox vacib problemlərinin həlli yollarını tapa bilərik. bölgədə uzunmüddətli, davamlı sülhə necə nail olduğunuzu görmək və eşitmək çox vacibdir. Sizin bu əzminiz başqa coğrafiyada yaşayanlar üçün nümunə ola bilər”, - deyə Eden Mamut əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.05.2025 [18:20]
YAP nümayəndə heyətinin Şimali Kipr Türk Cümhuriyyətinə səfəri başa çatıb
- 22.05.2025 [17:48]