RUS DRAM TEATRI 83-CÜ TEATR MÖVSÜMÜNÜN AÇILIŞINA DƏVƏT EDİR
Mövsüm teatrın baş rejissoru, xalq artisti Aleksandr Şarovskinin quruluşunda M.İbrahimbəyovun “Neft bumu hamıya gülür” pyesinin ilk tamaşası ilə açılır.
Bu mövsümün repertuarı rəngarəngdir. Sentyabrda təqdim olunacaq 9 tamaşadan 4-ü premyeradır. Bunlar V.Neverovun “Şəhərimizin zarafatları” istehzalı etüdləri, N.Xəzrinin “Burla xatun” poetik əfsanəsi və A.Qalinin “Rus şousu Sinqapurda” komediyasıdır.
Mövsüm rəsmən sentyabrın 7-də açılsa da, teatrın kollektivi Bilik günü münasibətilə sentyabrın 1-də uşaqlara “Bremen musiqiçiləri” tamaşasını pulsuz göstərəcəkdir.
Bundan əlavə, sentyabrda uşaqlar Y.Kimin “İlanlı bataqlıqda möcüzə”, M.Varfolomeyevin “Donuz balası Knok” və V.Reznikovanın “Şelkunçik” tamaşalarına baxa biləcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:54]
Dilimiz milli-mədəni kimliyimizin təməlidir - yeni layihə
- 08.06.2026 [20:53]
İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi
- 08.06.2026 [17:52]
Niyazinin mənzil-muzeyində “Melodiyaların palitrası” adlı konsert olub
- 08.06.2026 [16:58]
Azərbaycan parfümeriya xammalı Fransada: “Lecheq” “SIMPPAR 2026”da
- 08.06.2026 [15:11]