RUS DRAM TEATRININ 82-Cİ MÖVSÜMÜ
İkihissəli pyes tamaşaçını əsrin əvvəllərinə, Bakıda neft sənayesinin sürətlə inkişaf etdiyi dövrlərə aparır. Tamaşaçının gözü qarşısında “bəşər tarixində ilk neft bumu yaranır və yavaş-yavaş əriyir”. Bu səhnə əsərinin müəllifi, quruluşçu rejissor, Azərbaycanın xalq artisti Aleksandr Şarovski o tanış, lakin zaman etibarilə uzaq illərin ruhunu tamaşaçıya çatdırmağa müvəffəq olmuşdur.
Maqsud İbrahimbəyovun bu pyesi Azərbaycan Mədəniyyət Nazirliyinin dövlət sifarişi ilə səhnəyə qoyulmuşdur. Tamaşanın quruluşçu rəssamı Aleksandr Fyodorov, geyim üzrə rəssamı Olqa Abbasova, musiqi tərtibatçısı Vladimir Neverovdur. Əsas rollarda Aleksandr Şarovski, Fərid Tağıyev, Mələk Abbaszadə, Səfa Mirzəhəsənov, Məbud Məhərrəmov, Eldar Bağırbəyov və başqaları çıxış etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:43]
Rejissor Leonid Klyots: Cırtdan çox maraqlı personajdır
- 09.06.2026 [17:10]
Məti Osmanoğlu: Səməd Vurğun “böyük zaman” yolçusudur
- 09.06.2026 [15:53]
Fidan Hacıyeva: Rəşid Behbudovun repertuarı gənc ifaçılar üçün əsas mənbədir
- 09.06.2026 [15:52]
Uşaq Filarmoniyasında “Nağıl aləminə səyahət” adlı konsert təşkil edilib
- 09.06.2026 [11:54]