RUS KİLSƏSİNİN BÜTÖVLÜYÜ BƏRPA EDİLMİŞDİR
Moskvanın və bütün Rusiyanın patriarxı II Aleksinin məktubunda deyilir: “Bir çox dindarlar bu hadisəni gözləyirdilər. Bu möhtəşəm ittihad mərasimində iştirak etmək üçün dünyanın müxtəlif qitələrindən gəlmiş insanların çöhrəsində bir sevinc, gözlərində mərhəmət yaşları görduk. Ötən vaxt ərzində Rus kilsəsinin bərpa olunmuş bütövlüyünün təsdiq edilməsi üçün çox iş görülmüşdür. Əvəllər tərəddüd edənlərin əksəriyyəti indi əmindir ki, birlik Allahın iradəsinin yerinə yetirilməsinin ifadəsidir”.
Xatırladaq ki, xaricdəki Rus kilsəsinin başçısı mayın 12-də Arxiyerey qurultayı tərəfindən seçilmişdir. Tarixdə ilk dəfə xaricdəki Rus kilsəsinin birinci iyerarxı patriarxın xeyir-duasını almış və Müqəddəs sinod tərəfindən təsdiq edilmişdir.