RUSİYA NEFT ÜÇÜN İXRAC RÜSUMUNU ARTIRIR
AZƏRTAC Rusiyanın informasiya agentliklərinə istinadla xəbər verir ki, iyunun 1-dən etibarən Rusiya xam neftin ixracı üçün gömrük rüsumu dərəcəsini artırır. İndi bir ton xam neftin ixrac rüsumu əvvəlkindən 58 dollar çox, yəni 398,1 dollar olacaqdır. Bu barədə müvafiq qərarı RF hökumətinin sədri Vladimir Putin imzalamışdır.
RF hökumətinin “Rusiya Federasiyası ərazisindən Gömrük İttifaqı haqqında sazişin iştirakçısı olan dövlətlərin hüdudlarından kənara ixrac edilən xam neft və neft məhsullarının ayrı-ayrı kateqoriyaları üçün ixrac gömrük rüsumları dərəcələrinin təsdiq edilməsi haqqında” 22 may 2008-ci il tarixli qərarına əsasən, yüngül neft məhsullarının ixrac rüsumu bir ton üçün 280,5 dollar, ağır neft məhsulları üçün 151,1 dollar olacaqdır.
Xatırladaq ki, aprelin 1-dən etibarən Rusiyada neftin ixrac rüsumu bir ton üçün 340,1 dollar, yüngül neft məhsullarının ixrac rüsumu bir ton üçün 241,4 dollar, ağır neft məhsulları üçün 130,1 dollar müəyyən edilmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [21:01]
Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]