DÜNYA
RUSİYA VƏ MƏRKƏZİ ASİYA DÖVLƏTLƏRİ ARASINDA STRATEJİ ƏMƏKDAŞLIĞIN GENİŞLƏNDİRİLMƏSİ İLƏ BAĞLI KONFRANS BAŞA ÇATMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, konfransın iştirakçıları Rusiya və Mərkəzi Asiya dövlətləri arasında ikitərəfli münasibətlərin təhlili və 2001-ci ilin 11 sentyabrın hadisələrindən sonra Mərkəzi Asiyada Rusiyanın strategiyası mövzuları ətrafında fikir mübadiləsi aparmışlar.
Rusiya Siyasi Tədqiqatlar İnstitunun direktoru, tarix elmləri namizədi Sergey Markov, Rusiya Strateji və Beynəlxalq Tədqiqatlar İnstitutunun vitse-prezidenti İrina Zvyagelskaya, institutun böyük elmi işçisi Əjdər Kurtov çıxış edərək Rusiyanın Mərkəzi Asiyada təhlükəsizliyin təmin olunmasındakı rolunu xüsusi qeyd etmiş, bu dövlətlər arasında hərtərəfli əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulamışdır.