Rusiya və Türkiyə prezidentlərinin G20 ölkələrinin sammiti çərçivəsində görüşü olub
Moskva, 29 iyun, AZƏRTAC
Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Yaponiyada G20 ölkələrinin sammiti çərçivəsində görüş keçiriblər.
AZƏRTAC xəbər verir ki, Rusiya Prezidenti iki ölkə arasında əmtəə dövriyyəsinin 2018-ci ildə 16 faiz artdığını, 10 milyard dollar məbləğində qarşılıqlı investisiyalar yatırıldığını deyib. O, yaxın gələcəkdə 900 milyon avro məbləğində investisiya platforması yaradılmasının planlaşdırıldığını bildirib. Rusiya lideri Türkiyənin Yekaterinburqda keçiriləcək “İnnoprom” sərgisinin tərəfdaş ölkəsi olmasını mühüm hadisə adlandırıb.
Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, ikitərəfli münasibətlər hazırda sürətlə inkişaf edir. O, birgə layihələrin, o cümlədən “Akkuyu” AES-in tikintisinin reallaşdırılmasının əhəmiyyətini vurğulayıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [22:22]
Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib
- 09.06.2026 [22:13]
Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib
- 09.06.2026 [21:01]
Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]