Rusiyada bir sıra ölkələrə pul köçürülməsinə məhdudiyyət qoyulub
Moskva, 29 aprel, AZƏRTAC
Rusiya Mərkəzi Bankı pul köçürmələri sistemlərinin Vyetnam, Çin, Qırğızıstan və Qazaxıstana pul köçürülməsinə limit qoymasına nail olub.
AZƏRTAC xəbər verir ki, Rusiya KİV-lərinin yazdığına görə, indi Qazaxıstana ayda 150 min rubladək, digər üç ölkəyə isə 100 min rubladək məbləğində vəsait köçürmək mümkün olacaq. Məhdudiyyət ölkədə qara bazarda aparılan əməliyyatlarla mübarizə məqsədi ilə qoyulur. Belə ki, Rusiya Mərkəzi Bankı hesab açılmadan və hüquqi şəxs kimi qeydiyyatdan keçmədən məhz bu ölkələrə böyük məbləğlərdə pul köçürüldüyünü aşkar edib. Pullar ticarət mərkəzlərinin yaxınlığındakı bank şöbələrindən göndərilir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:22]
Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib
- 09.06.2026 [16:33]
Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb
- 09.06.2026 [16:21]
Macyar və Orbanın gəlir bəyannamələri: yeni Baş nazir daha varlıdır
- 09.06.2026 [15:45]
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir
- 09.06.2026 [15:44]
Yaponiyada H3 raketinin növbəti buraxılışı təxirə salınıb
- 09.06.2026 [15:30]
Filippindəki zəlzələ 145 mindən çox insana təsir göstərib
- 09.06.2026 [15:20]