Rusiyada ən az boşanma halı Şimali Qafqaz regionunda qeydə alınıb
Bakı, 6 iyul, AZƏRTAC
Rusiya dövlət federal statistika xidməti (Rosstat) ölkənin regionlarında boşanmaların sayı barədə məlumat yayıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu ilin yanvar-aprel aylarına olan statistikaya əsasən, Rusiya Federasiyasında ən az boşanma halı Şimali Qafqaz respublikalarında qeydə alınıb. Bu göstərici üzrə birinci yerdə Çeçenistan respublikası dayanır. Orada hər min nəfərə 0,6 boşanma düşür. Siyahıda ikinci yerdə İnquş respublikası (0,8), üçüncü yerdə Dağıstan respublikasıdır (1,1). İlk beşliyə, həmçinin Şimali Qafqaz federal dairəsinin daha iki regionu daxil olub: Kabardin-Balkar (1,8) və Şimali Osetiya (1,9).
Nikahın pozulması halları isə ən çox Saxalin vilayətində baş verib. Orada hər min nəfərə 5,1 boşanma qeydə alınıb.
2019-cu ilin yanvar-aprel aylarında Rusiyada ümumilikdə 145 minə yaxın nikah pozulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [14:40]
Almaniyada hərbi çağırış yaşında olan ukraynalıların sayı kəskin artıb
- 09.06.2026 [14:31]
Pentaqonun qara siyahısındakı Çin şirkətlərinin sayı 100-ü ötüb
- 09.06.2026 [14:29]
Nüvə silahlarına çəkilən xərclər rekord həddə - 119 milyard dollara çatıb
- 09.06.2026 [14:15]
Macarıstan parlamentində miqrasiya mövzusu digər məsələləri kölgədə qoyur
- 09.06.2026 [14:12]
Türkiyədəki “Akkuyu” AES-də nüvə yanacağının yüklənməsi həyata keçirilib
- 09.06.2026 [13:12]
Belçika plastik qablaşdırma tullantılarının təkrar emalında artım əldə edib
- 09.06.2026 [13:05]
Nəsli kəsildiyi düşünülən albatroslar Yaponiyada yenidən çoxalır
- 09.06.2026 [12:52]