Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Rusiyalı ekspert: Çarəsiz qalan Makron Ermənistanın timsalında nəfəsi kəsilmiş ata mərc qoşmağa məcbur olub - ŞƏRH

Rusiyalı ekspert: Çarəsiz qalan Makron Ermənistanın timsalında nəfəsi kəsilmiş ata mərc qoşmağa məcbur olub -  ŞƏRH

Bakı, 29 fevral, N.Məmmədova, AZƏRTAC

Fransa prezidenti Emmanuel Makron üçün həm daxili, həm də ardıcıl uğursuzluqların onu təqib etdiyi dünya arenasında öz nüfuzunu bərpa etmək vacibdir. O, Rusiyanı düşmən və xarici siyasətdə uğursuzluqlarının başlıca təqsirkarı kimi görür və Fransa liderinin Ermənistanı da Parisin təsiri altına salmaq cəhdləri buradan qaynaqlanır. Makronun Rusiya ordusuna qarşı Ukrayna Silahlı Qüvvələrinə dəstək məqsədilə Ukraynaya Fransa hərbi kontingentini göndərməyə hazır olması barədə bəyanatının səbəbləri də bu amillərlə bağlıdır. Sonra onun üçün tamamilə gözlənilmədən Azərbaycanın Fransa kəşfiyyatçıları şəbəkəsinin ifşası ilə bağlı casus qalmaqalı baş verdi ki, bu da Makronun imicinə heç də müsbət təsir göstərmədi. Hələ rəsmi Bakının Yelisey sarayı ilə hər hansı siyasi əlaqələri dayandırması faktını demirəm, bu, həm də şəxsən Makronun sifətinə vurulan möhkəm sillə oldu və onun səsini “Köhnə dünyada” olmasa da, bütün İslam aləmində eşitdilər. Bu cür çağırışlara cavab vermək lazımdır və Makron Ermənistanın timsalında nəfəsi kəsilmiş ata mərc qoşaraq bunu etməyə çalışır, çünki onun başqa çarəsi yoxdur. O, hər yerdən qovulub.

Bu fikirləri AZƏRTAC-la rusiyalı tarixçi-qafqazşünas, tarix elmləri namizədi Oleq Kuznetsov bölüşüb.

Agentliyin müsahibi deyib: “İrəvan ilə Parisin hazırkı oyunbazlığı mənə daha çox yüngül, heç bir öhdəliyi olmayan laqqırtı kimi görünür. Hərbi və hərbi-texniki əməkdaşlıq, ordunun yenidən silahlanması barədə söhbətlər hələ ki, ilkin danışıqlar səviyyəsindən o tərəfə keçmir, hətta niyyət protokolları da imzalanmır. Hələ hər hansı real sazişlərin bağlanmasını demirəm. Ermənistana onlarla fransız zirehli kəşfiyyat-müşahidə maşınlarının tədarükü hələ erməni ordusunun yenidən silahlanması demək deyil, belə ki, onlardan asanlıqla polis tapşırıqlarının yerinə yetirilməsində də istifadə etmək mümkündür. HHM sistemlərinin tədarükünün isə, mətbuatdakı xəbərlərdən də bildiyim qədər, Fransadan Ermənistana göndərilməsi təxirə salınır, çünki Paris analoji silahların Ukraynaya verilməsi üzrə NATO-nun qarşısında götürdüyü öhdəlikləri yerinə yetirə bilmir. Görünür ki, Makron fransız silahlarını almağa hazır olduğunu bəyan edən Ermənistanın hesabına Ukraynanı silahlandırmaq istəyir. Belə olan şəraitdə kimin kimi axmaq yerinə qoyduğu tamamilə anlaşılmazdır”.

Karbohidrogen ehtiyatları ilə zəngin olan Azərbaycanın Qarabağ uğrunda döyüşmək üçün öz ordusunu sıfırdan yaratmaq prosesinə əsrin dörddəbirini sərf etdiyini xatırladan O.Kuznetsov vurğulayıb ki, təbii sərvətlərə görə daha kasıb olan Ermənistana öz silahlı qüvvələrini sıfırdan dirçəltməyə heç də bundan az vaxt lazım olmayacaq. Bu, hətta beynəlxalq dəstək və diasporun maliyyə yardımı ilə olsa belə. “Bu məsələdə əsas məqam müvafiq ideoloji aşılama ilə yeni müharibənin əsgərinə çevriləcək yeni nəsil gənclərin yetişdirilməsi prosesidir və bu, ən azı 10-15 il çəkəcək. İndi Ermənistan hərbi, mənəvi və ideoloji cəhətdən əzikdir və ona görə də Azərbaycanla istənilən silahlı münaqişə onu daha da böyük dövləti-siyasi deqradasiyaya sürükləyəcək. Ermənistanın rəhbərliyində sağlam düşüncəli, ayıq başlı adamlar olsa, bu vəziyyətin ciddiliyini dərk etməyə bilməzlər. Buna görə də, mənim fikrimcə, Paşinyanın Parisə qarşı bütün tələsik demarşları və saltoları, Makronla qucaqlaşması, həm onun, həm də Fransa lideri üçün xarici siyasət hədəflərindən daha çox daxili siyasi məqsədlər daşıyır”, - deyə ekspert bildirib.

Onun sözlərinə görə, Robert Koçaryanın oğlunun Ermənistan Milli Assambleyasına deputat seçilməsi ilə parlamentdə əsl anti-Paşinyan müxalifətinin formalaşmasına başlanılıb və Ermənistanın parlament respublikası olduğunu nəzərə alsaq, o zaman bu fakt ciddi problem yaradır. Burada baş nazir Nikol Paşinyanın ölkədə hakimiyyətini qoruyub saxlamaq üçün Qərbə doğru, şəxsən Makronun qarşısında reveranslar etməsi də mühüm rol oynayır.

Rusiyalı tarixçi qeyd edib: “Yeri gəlmişkən, mənim fikrimcə, eyni səbəb Ermənistan hökumətinin başçısının Azərbaycanın tələbi ilə konstitusiya islahatının aparılmasına belə asan razılıq verməsini şərtləndirib, mən hələ təxminən dörd il əvvəl Ermənistanın qonşusuna ərazi iddialarına istinadla bunu deyirdim. Əgər Paşinyan yalan danışmırsa, onda martın 1-də İrəvanda ölkə Konstitusiyasının yeni variantını hazırlayacaq konstitusiya məclisi toplanmalı idi. İndi Ermənistanda çox yaxın gələcəkdə respublikanın hansı formada olacağı tamamilə məlum deyil - istər parlament, istər prezident, istərsə də parlament-prezident olsun. Düzünü deməliyik: Paşinyan hiyləgər və çevikdir, o, Azərbaycanın təhdidlərini yerinə yetirmək adı altında islahatlar nəticəsində hakimiyyətini daha da gücləndirmək üçün ölkənin siyasi strukturunu tamamilə yenidən formalaşdıra bilər. Bütün kartlar onun əlindədir”.

Ekspert, eyni zamanda, kimin indi kimə daha çox - Paşinyanın Makrona və ya Makronun Paşinyana lazım olduğunu söyləməkdə çətinlik çəkib.

O.Kuznetsov sonda deyib: “Görünür, onların hər ikisi indi öz oyunlarını oynayır, düşdükləri məğlub vəziyyətdən layiqli çıxış yolu tapmaq üçün az qala “pasodobl” rəqsi edirlər. İlin sonuna kimi onlardan hansının digərinə olan marağını daha tez itirəcəyini görmək maraqlı olacaq. Çünki onları artıq şəxsi maraqdan başqa heç nə birləşdirmir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Elektron Təhlükəsizlik Xidməti məktəbliləri kibertəhlükəsizliyə dair məlumatlandırıb

Mer: Xarkov ikinci Hələbə çevrilmək təhlükəsi ilə üz-üzədir

Laçın hava limanı “Phoenix” hava hərəkətinə nəzarət sistemi ilə təchiz ediləcək

“Ana dilimiz və təhsil” layihəsi çərçivəsində 36 nömrəli tam orta məktəbdə tədbir

Tatarıstanla iqtisadi əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

ADNSU-nun tələbəsi karate üzrə dünya çempionu olub

Avropa çempionu olan Azərbaycan bilyardçısı Vətənə qayıdıb

“Qızıl Şah” çempionatında peşə məktəblərini təmsil edəcək komanda üzvlərinin seçim mərhələsi başa çatıb

Müəlliflərin əmlak hüquqlarının kollektiv əsasda idarəçiliyinə dair tədbir keçirilib

“Güclü cəmiyyətin zərif simaları” adlı layihə çərçivəsində görüşlərə başlanılır

Kişi voleybolçular arasında Azərbaycan çempionatının ilk finalçısı bəlli olub

Bakıda Rusiya kinosu günləri keçiriləcək

Türkiyədən Qəzzaya daha bir “yaxşılıq gəmisi” yola düşüb

Mingəçevir Dövlət Universitetində Beynəlxalq elmi konfrans keçirilir

Fransanın özünün timsalında “küskün” obrazı yaratmaq cəhdi gülüncdür - ŞƏRH

IRENA Assambleyasının 14-cü sessiyası panel iclasları ilə davam edir

UNEC-in rektoru buraxılış imtahanında 300 bal toplayan abituriyentlə görüşüb

Hematoloq: Qandurulaşdırıcılardan nəzarətsiz istifadə qanaxmalara səbəb ola bilər

Fransa Mayotda uğursuz əməliyyatdan sonra yenisini başlayır

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edəcək

Beynəlxalq Sosial Təminat Assosiasiyasının rəhbər şəxsləri ilə əməkdaşlıq məsələləri müzakirə olunub

BMT: 1994-cü ildən bəri dünyada ana ölümləri 34 faiz azalıb

Daha dörd qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

“Cümhuriyyət məfkurəsi” kitabı çapdan çıxıb

Banqladeşdə yol-nəqliyyat qəzasında 11 nəfər ölüb

Mikroplastik orqanizmdə fizioloji dəyişikliklərin yaranmasına səbəb olur

Avropa İttifaqı ilə Orta Dəhlizin inkişafına dair görüş keçirilib

Fransa Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə uyğun fəaliyyətlərinə dözümsüzlük göstərir - RƏY

® “Rabitəbank” 2024-cü ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb

Aİ ölkələrinin hərbi büdcələri son iki ildə 20 faiz artıb

Osman Mert: Türk dünyasında ümumı orfoqrafiya anlayışı formalaşmalıdır

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Azərbaycan Dillər Universitetində olub

Şuşa şəhərinin “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı fəaliyyət planı hazırlanacaq - SƏRƏNCAM

Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Abituriyentlər ixtisas seçərkən diqqətli olmalı, keçənilki ballara etibar etməməlidirlər – RƏY

İran vətəndaşının narkokuryerliyə cəlb etdiyi şəxs saxlanılıb VİDEO

Azərbaycan Avropa çempionatında 18 boksçu ilə təmsil olunacaq

Əlahiddə Ümumqoşun Ordunun Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib VİDEO

Nigeriya COP29-da aktiv iştirak etmək üçün hazırlıqlara başlayır

UNICEF: Sudanda məktəbyaşlı uşaqların 90 faizi təhsil ala bilmir

Bəstəkarlar İttifaqında Xalq artisti Süleyman Ələsgərovun 100 illiyi qeyd olunub

BMT-nin İnkişaf Proqramının nümayəndəsi Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı görülən işlər barədə məlumatlandırılıb

Peskov: Rusiya və Türkiyə prezidentləri arasında təmaslarda fasilə yoxdur

Beyləqanın Xocavənd qəsəbəsində 900 ağac əkilib

Fransa polisi Olimpiya Oyunları ərəfəsində insanları Parisdən təxliyə etməyə başlayıb

BMU ilə Varşava Texnologiya Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub

Ukraynada ağır cinayətlər törədən erməni əsilli hərbçi 12 il həbs cəzasına məhkum edilib

Ermənistanın sərhəd təxribatları İrəvanın sülhdən uzaq olduğunu göstərir - RƏY

Nizami rayonundakı şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb

AMEA-da özbək ədəbiyyatı tarixinə dair monoqrafiya hazırlanır

AzMİU tələbəsi ABŞ-ın Kolumbiya Universitetində təhsil alacaq

Ankarada yeni “Azərbaycan dilinin orfoqrafiya lüğətinin” təqdimatı keçirilib

Hemofiliya xəstəliyi zamanı Aptz dəyərinin yüksək olması müşahidə edilir

Yeni kaledoniyalı parlamentarilər Qoşulmama Hərəkatı Gənclər Təşkilatının mənzil-qərargahında olublar

Çin “İpək yolu mükafatları” media müsabiqəsinin 2-ci mərhələsini elan edib

Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır

Hemofiliya xəstəliyinin yaranma səbəbləri və dərəcələri hansılardır?

Bu il Qaxda 455 hektar sahədə tütün əkini proqnozlaşdırılır

YAP ilə Kuba Kommunist Partiyası arasında əlaqələrin perspektivləri müzakirə olunub

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Paşinyan Tavuş bölgəsinin sakinlərini qismən razı sala bilib

“Şəkəri azalt, ömrünü uzat” kampaniyası çərçivəsində iri ticarət mərkəzlərində və supermarketlərdə stendlər qurulub

Qazaxda Aqrar Biznes Festivalı keçirilib

Qərbi Afrikada hər il təxminən 40 yeni epidemiya qeydə alınır

Azərbaycan Rəqəmsal İnnovasiyalar Sammiti və Kiberdiplomatiya üzrə Beynəlxalq konfransda təmsil olunur

Tarix Muzeyinin Vətən müharibəsi fondunda 3 min 328 inventar qeydə alınıb

Yeni kaledoniyalı parlamentari: Xalqımız Azərbaycanın dəstəyini yüksək qiymətləndirir

Gürcüstan parlamenti mübahisəli qanun layihəsini birinci oxunuşda qəbul edib

Paris yenidən siçovul axınına məruz qalıb

Bakıda “Disney”in məşhur animasiyalarının musiqi nömrələri səsləndiriləcək

“Paris-2024” Yay Olimpiya Oyunlarının startına 100 gün qalıb

Azərbaycan Dövlət Reklam Agentliyinin İdarə Heyətinin yeni sədri kollektivə təqdim edilib

Yer Günü münasibətilə Siyəzəndə 100-dən çox ağac əkilib

Naxçıvanda istehlakçılara 1,2 milyon manat ƏDV məbləği qaytarılıb

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin açılış mərasimi keçirilib YENİLƏNİB

Böyük Britaniyada tütünlə mübarizədə mühüm addım atılıb

Hikmət Hacıyev: Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib

Xəzər rayonunda silahlı şəxs saxlanılıb

Paytaxtda 26, bəzi yerlərdə isə 28 dərəcə isti olacaq

Azərbaycan-İraq elmi-ədəbi əlaqələri müzakirə olunub

Azərbaycan ilə Pakistan arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq inkişaf edir

Ramil Şeydayev Türkiyə çempionatında cəzalı duruma düşə bilər

DTA sədri Şəkidə vətəndaşlarla görüşüb, bərpa olunan abidələrə baxış keçirib

Azərbaycanda nəqliyyat sektoru üzrə gəlirlər 15 faiz artıb

Pakistanda şiddətli yağış nəticəsində ölənlərin sayı 71 nəfərə çatıb

® “STP Şirkətlər Qrupu”nda 60 ton yükdaşıma gücünə malik qoşqular hazırlanır

Budapeşt bir daha Brüsseli tənqid atəşinə tutub

Kreml Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxmasını təsdiq edib

® “Her action in Art” festivalı: İncəsənətdə qadın toxunuşlarının vurğulandığı bir ay

NBA-da çıxış edən basketbolçu 35 yaşında karyerasını bitirib

Devid Kemeron: Britaniya İrana qarşı razılaşdırılmış sanksiyalar görmək istəyir

Olimpiya məşəlinin tarixi

“Fotolarda canlanan tarix” adlı fotosərginin bağlanış mərasimi keçirilib

Mehmandarovun dəvəti ilə Lənkərana gəlib məktəb açan elm fədaisi - Mirzə İsmayıl Qasir VİDEO

Gürcüstanda buğda istehsalı 6,5 faiz azalıb

Bakıdan Dubaya uçan təyyarə əlverişsiz hava şəraiti səbəbindən geri qayıdıb

Barat Yusubov: Yay aylarında Yeni Klinikaya Avropadan 150-dək tələbə istehsalat təcrübəsinə gələcək

BƏƏ Azərbaycana COP29-a sədrliyi zamanı dəstək verməyə hazırdır

Dövlət Komitəsinin sədri Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək