Rusiyalı şahmatçı: Naxçıvanda festival iştirakçıları üçün ideal şərait yaradılıb
Naxçıvan, 3 may, AZƏRTAC
Biz şahmatçılar üçün sakitlik və rahatlığın təmin olunması əsas məsələlərdən biridir. Bu baxımdan Naxçıvanda ideal şərait yaradılıb.
Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində “Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalının iştirakçısı rusiyalı qrossmeyster Aleksandr Yevdakimov deyib.
“Bu festivalda ilk dəfədir ki, iştirak edirəm. Bizimlə demək olar ki, hər dəqiqə maraqlanırlar. Bu şəraiti yaradan, bu işdə əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm. Təşkilatçılığa gəlincə, festival hər cəhətdən çox yüksək səviyyədə təşkil olunub. Görüşlərdən sonra Naxçıvan şəhərini gəzməyə çalışdım. Şəhəriniz çox təmiz, abad, səliqə-sahmanlıdır. İnsanları isə qonaqpərvər və gülərüzdürlər”, - deyə Aleksandr Yevdakimov bildirib.
Qeyd edək ki, 1985-ci ildə anadan olan Aleksandr Yevdakimov 2005-ci ildən qrossmeysterdir. 2502 reytinq xalına malik rusiyalı qrossmeyster beynəlxalq şahmat festivalında A qrupunda mübarizə aparır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:40]
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb VİDEO
- 09.06.2026 [15:32]
Naxçıvanın təhsil müəssisələrində yeni laboratoriyalar yaradılıb
- 09.06.2026 [12:58]
Şəkidə taxıl biçininə start verilib
- 09.06.2026 [12:32]
“Tərtər” bazarında yoxlama aparılıb
- 09.06.2026 [12:32]