Saatlıda şəhid Ülvi Nəsirovun ailəsi ziyarət olunub

Bakı, 15 oktyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları şəhid Nəsirov Ülvi Əsədulla oğlunun Saatlı rayonunun Qaranuru kəndində yaşayan ailəsini ziyarət ediblər.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, ailə ilə görüşdə onun şərəfli döyüş yolundan bəhs olunub, xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Şəhid ailələri ilə bağlı genişmiqyaslı sosial dəstək tədbirlərinin həyata keçirildiyi, şəhid Ülvi Nəsirovun ailəsinin də daim sosial dəstək tədbirləri ilə əhatə olunacağı qeyd olunub.
Şəhid ailəsi onlara dövlət tərəfindən göstərilən diqqət və qayğıdan razılığını bildirib.
Qeyd edək ki, Ülvi Nəsirov Ermənistan silahlı qüvvələrinin sentyabrın 12-14-də törətdiyi təxribatların qarşısını alan zaman şəhidlik zirvəsinə ucalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]