Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Saatlıda ümumi məhsul istehsalının həcmi 57,8 faiz artmışdır

Saatlı, 4 noyabr (AZƏRTAC). Saatlı Rayon İcra Hakimiyəti başçısı yanında keçirilən geniş şura iclasında 2011-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə edilmişdir.

AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov hesabat məruzəsi ilə çıxış etmişdir.

Oktyabrın 24-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlətimizin başçısının nitqindən irəli gələn vəzifələri diqqətə çatdıran S.Cabbarov bildirmişdir ki, bu ilin doqquz ayında regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası istiqamətində rayonda görülmüş işlərin təhlili və statistik hesabatlar onu göstərir ki, nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi istiqamətində uğurlu nəticələr əldə olunmuşdur.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2011-ci ilin doqquz ayında rayonda ümumi məhsul istehsalının həcmi 57,8 faiz artaraq 150 milyon 219 min manat olmuşdur.

Bu artım tikinti üzrə 3,4 dəfə, kənd təsərrüfatı üzrə 43,6 faiz, ticarət üzrə 30,2 faiz, nəqliyyat üzrə 10,3 faiz, sənaye üzrə isə 7,2 faiz olmuşdur.

Bu dövrdə pərakəndə əmtəə dövriyyəsinin həcmi 20,8 faiz artaraq 81 milyon 651 min manat, əhaliyə göstərilən pulu xidmətlərin həcmi isə 19,7 faiz artaraq 12 milyon 477,2 min manat təşkil etmişdir. Bir işçinin orta aylıq əmək haqqı 8,8 faiz artaraq 212,8 manat olmuşdur.

Doqquz ayda rayonda 581 yeni iş yeri açılmış, mövsümi işlərə 55 nəfər cəlb olunmuşdur.

Bildirilmişdir ki, hesabat dövründə rayonun iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatında dinamik inkişaf təmin olunmuşdur.

Bu il bitkiçilik sahəsində məhsuldarlıq yüksək olmaqla ərzaq təhlükəsizliyinin təminatında əsas məhsul olan taxılın biçini optimal müddətdə və mütəşəkkil qaydada başa çatdırılmışdır. 19 min 530 hektar buğda, 24 min 71 hektar arpa sahələrindən cəmi 738 min 54 ton taxıl istehsal edilmişdir. Bunun 671 min 85 tonu buğda, 6 min 669 tonu arpadır.

2011-ci ildə rayon ərazisində fəaliyyət göstərən pambıq zavodları tərəfindən, əhali və fiziki şəxslər daxil olmaqla, 5 min 975 hektarda pambıq toxumu əkilməsi barədə müqavilə bağlanmışdır.

Rayonda fəaliyyət göstərən pambıq zavodları tərəfindən əhaliyə avans olaraq 208,6 ton çiyid, 414 min manat nəqd pul verilmişdir.

2011-ci il oktyabrın 29-dək pambıq emalı müəssisələri 8.590 ton xam pambıq qəbul etmişdir.

2011-ci ilin doqquz ayında heyvandarlıq məhsulları istehsalında da artım müşahidə edilmişdir. Rayonda 5 min 884 ton ət, 27 min 332 ton süd və 5 milyon 210 min ədəd yumurta istehsal edilmişdir.

Bu dövrdə mal-qaranın sayı 65 min 769 baş, davarların sayı 93 min 959 baş olmuşdur.

Saatlı şəhərində tikilən "Aqrolizinq" ASC-nin Saatlı Aqroservis filialının baza kompleksi, Gomuşçu kəndi ərazisində tutumu 2 min ton olan soyuducu-anbar kompleksi istifadəyə verilmişdir. Qıraqlı kəndində pambığın tədarükü və emalı üzrə «Şamo» MMC fəaliyyətə başlamışdır.

Əvvəllər Qıraqlı kəndində fəaliyyət göstərən «ÇTS-Aqro» MMC-nin pambıq emalı zavodunun avadanlığı hazırda Əlisoltanlı kəndində yerləşən sapəyirici fabrikinin ərazisinə köçürülür. Fabrikin ərazisindəki binalar və qurğularda pambıq emalı üzrə maşın və mexanizmlər yerləşdirilərək pambığın qəbuluna və emalına başlanılmışdır.

Bildirilmişdir ki, hesabat dövründə rayonda sosial məsələlərin həllinə də diqqət artırılmış, bir sıra yeni obyektlər tikilib istifadəyə verilmişdir.

Rayonun sosial-iqtisadi həyatında ən mühüm tədbirlərdən biri dövlət başıçısının Sərəncamına əsasən Saatlı-Musalı-Məzrəli avtomobil yolunun yenidən tikilməsi olmuşdur. Bu yol ölkə başçısının iştirakı ilə cari il mayın 5-də istifadəyə verilmişdir.

Hazırda «Şəhidlər» abidə kompleksinin yeni tərtibatda qurulması, şahmat məktəbi üçün yeni binanın tikintisi işləri davam etdirilir.

Gənclər Mərkəzinin, Tarix-Diyarşünaslıq Muzeyi və Rəsm Qalereyası üçün yeni binanın tikintisi işlərinə başlanılmışdır.

Rayonda Olimpiya İdman Kompleksinin inşası üçün torpaq sahəsi ayrılmış, tikinti obyektinin layihə-smeta sənədləri hazırlanmışdır. Yaxın vaxtlarda inşaat işlərinə başlanılacaqdır.

Hesabat dövründə Yaponiya səfirliyinin vəsaiti hesabına rayonun Varxankənd kəndində 8 otaqdan ibarət yeni həkim məntəqəsi, ABŞ-ın "Kainterpart" QHT tərəfindən isə Dədə Qorqud kəndində həkim məntəqəsi tikilərək istifadəyə verilmişdir.

Hazırda rayonun Sarıcalar kəndində və Saatlı şəhərində yeni məktəb binalarının tikintisi davam edir. Mircəlalkənd tam orta məktəbində və Saatlı şəhər 1 nömrəli uşaq bağçası və körpələr evində əsaslı təmir işləri aparılır.

Yığıncaqda bu ilin doqquz ayında rayonda sosial-iqtisadi inkişaf sahəsində qazanılmış uğurlardan danışılmış, qarşıda duran vəzifələrlə bağlı təkliflər bildirilmişdir.

Şura iclasında müzakirə edilən məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilmişdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan ilə Mərakeş arasında viza tələbi ləğv edilib

“Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında ümumvətəndaş pasportlarının sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında Sazişə dəyişikliklərin edilməsi haqqında Əlavə Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Sağlam məhəllə” layihəsinin həyata keçirilməsi üçün vəsait ayrılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Bakıda “15 Temmuz Şəhidlərini Anma, Demokratiya və Milli Birlik Günü” konfransı keçirilib

O.İ.Abbasovun Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Qarabağ Yem Fabriki”nə Ağdam Sənaye Parkının rezidenti statusu verilib

Kamboca və Perudan quşçuluq məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyulub

Argentina millisinin üzvü Amerika Kubokunun ən yaxşı qapıçısı seçilib

Azərbaycan klubundan ayrılan voleybolçu Qazaxıstan çempionatında çıxış edəcək

Saniyə Şahverənova: Yay aylarında mövsümi meyvə-tərəvəzlərin qəbuluna üstünlük verilməlidir

İşğaldan azad edilmiş ərazilərə geri qayıdan əhaliyə dəstək məqsədilə “Qaynar xətt” yaradılıb

Azərbaycan millisinin basketbolçusu: Ermənistan üzərində qələbə bizi çempionluğa ruhlandırdı

Hulusi Kılıç: USAID rəhbərinin İrəvanda verdiyi bəyanat Cənubi Qafqazda sülhə xidmət etmir

Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq - Proqnoz

Telman Nüsrətoğlu: FETÖ ilə mübarizənin ən yaxşı yolu təhsildir

Mustafa Çakır: FETÖ təhlükəsi digər ölkələrdə də qalmaqdadır

Keniyalı futbolçu “Səbail”i tərk edib

Prezident İlham Əliyev Bakıda əsaslı şəkildə yenidən qurulan Nərimanov parkının açılışında iştirak edib YENİLƏNİB

Fuad Muradov: Azərbaycanla Qazaxıstan arasında olan qardaşlıq bütün səviyyələrdə nümunə təşkil edir

Bağça müəllimləri üçün “Diaqnostik qiymətləndirmə çərçivə sənədi” hazırlanıb

Avstraliyalı mütəxəssislər quş qripi təhlükəsi barədə xəbərdarlıq edirlər

Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri yanğın təhlükəsizliyi məsələləri ilə bağlı birgə müraciət yayıb

FHN: Ötən sutka ərzində 6 nəfər xilas edilib

Qazaxıstanda fəaliyyət göstərən diaspor nümayəndələri Azərbaycanda səfərdədir

“ADA Universitetinin yeni Şəki kampusunun strateji dizaynı” üzrə təlim proqramı Milanda davam edib

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində ilin birinci yarısının yekunlarına dair müşavirə keçirilib

® “Uşaq Qaynar Xətti”nə son altı ayda 851 müraciət daxil olub

Gənc bilyardçılar arasında ölkə birinciliyinin qalibi məlum olub

Neft-qaz sektorunda çalışanların sayı cüzi artıb

Rəsədxana: Günəşin fəallığı artıb

Azərbaycan gimnastları beynəlxalq turnirdə daha iki medal qazanıblar

Hərbi pilotlarımız “Birləşdik – 2024” təlimində yüksək peşəkarlıq nümayiş etdirirlər VİDEO

Qastroenteroloq: Yay aylarında yetərincə maye qəbul etməliyik və orqanizmi istilənməkdən qorumalıyıq

Azərbaycan Yazıçılar Birliyinin 90 illiyinə həsr olunan ədəbi-bədii gecə təşkil edilib

Baş konsul Asip Kaya: Dövlət çevrilişi cəhdinin qarşısı hakimiyyət-xalq birliyi sayəsində alındı

Sənaye məhsulunun 65 faizi mədənçıxarma sektorunda istehsal edilib

Avro-2024: Rekordlarla zəngin olan final oyunu

QHT-lər üçün “COP29-la bağlı beynəlxalq təşəbbüslər” qrant müsabiqəsi elan olunub

Azərbaycanda elektrik enerjisinin istehsalı 15 faiz artıb

Cari ildə sərnişindaşımada artım qeydə alınıb

Tatarıstanın ruhani nümayəndə heyəti Şimal Hərbi Dairə zonasında atəşə tutulub

Lerikdə fəaliyyət göstərən kafedə istehlaka yararsız məhsullar aşkarlanıb

Ermənistanda baş verən zəlzələ Ordubadda hiss olunub

Estoniyanın Baş naziri istefa verib

Yanvar-may aylarında ölkədə 17 mindən çox nikah qeydə alınıb

Paytaxt üzrə 3320 nəfər məktəbi fərqlənmə attestatı ilə bitirib

Benzin və dizel yanacağı satışından əldə olunan gəlirlər 6 faizədək artıb

BANM tələbələri “Yaşıl dünya üçün innovasiyalar” müsabiqəsində qalib gəliblər

Xankəndidə Hərbi Prokurorluğun əməkdaşları Ulu Öndərin xatirəsini anıblar

Bu ilin 6 ayında yük və sərnişin daşımalarda artım müşahidə olunub

Avro-2024: “Qızıl buts” mükafatı 6 futbolçuya veriləcək

İlin ilk beş ayında Azərbaycanda 42 minə yaxın körpə doğulub

DOST RİM Böyük Britaniyada keçirilən müsabiqədə mükafata layiq görülüb

Ağcabədidə istehlaka yararsız ətin satışının qarşısı alınıb

Azərbaycanın neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi artıb

Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa edib

“Kəpəz” kapitanı ilə müqaviləni yeniləyib

Həftəsonu 36 kiloqrama yaxın narkotik aşkarlanıb

“Yaşıl gələcək naminə” yaşıllaşdırma aksiyası Oğuz və Qəbələ rayonlarında davam etdirilib

Azərbaycanda əhalinin sayı 10 milyon 197 min 146 nəfərə çatıb

Bakı-Tbilisi-Ərzurum kəməri ilə 11 milyard kubmetrdən çox təbii qaz ötürülüb

Panamalı futbolçu “Turan Tovuz”u Avstraliya klubuna dəyişir

Neft-qaz sektorunda ÜDM 0,6 faiz artıb

Novorossiysk yaxınlığında meşə yanğınının yayılmasının qarşısı alınıb

Anxel Di Mariya Argentina millisindəki karyerasını başa vurub

Türkiyə xalqının qəhrəmanlıq abidəsi -“15 Temmuz xatirə” muzey-kompleksindən REPORTAJ VİDEO

® Bakıda “Hexagon: Yeni Texnologiyalar və Rəqəmsallaşma” adlı konfrans keçirildi

“YAŞAT” Fondu şəhid övladları üçün Londonda yay məktəbi təşkil edib

Türkiyə 15 iyul qəhrəmanlarının xatirəsini anır

DİN: Şənbə və bazar günləri təhvil götürülən silahların sayı açıqlanıb

Bakı–Tbilisi–Ceyhan kəməri ilə daşınan neftin həcmi açıqlanıb

MSK seçki hüququ ilə bağlı müraciətlərə baxılmasına həsr olunan seminarlara başlayıb VİDEO

Bir-birindən maraqlı obrazlar qalereyası yaratmış sənətkar

Prezident İlham Əliyev: Əminəm ki, Azərbaycan-Türkiyə əlaqələrini genişləndirmək naminə birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik

Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana

Alimlər: Baltik dənizi qlobal okeandan iki dəfə daha sürətlə istiləşir

® “Azpetrol” 27 yaşını qeyd edir!

Argentinada 520 min nəfərdə denge qızdırması qeydə alınıb

MSK sədrinin müavini: Seçkilərdə iştirak etmək üçün 401 vətəndaş sənədlərini seçki komissiyalarına təqdim edib VİDEO

DİN: Son iki gündə 77 cinayətin üstü açılıb

Ömrünü milli mədəniyyətimizin inkişafına həsr etmiş bəstəkar

Rövzət Qasımov: Ekspert qrupları vətəndaşların seçki hüququna dair müraciətlərinin araşdırılmasına məsuldur

Bu gün Xalq rəssamı Cəlal Qaryağdının doğum günüdür

“Yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət etməyə çağırırıq” – Birgə müraciət

Dünya birjalarında neft bahalaşıb

® Əfsanəvi Prado Gürcüstanda təqdim olundu!

Balakəndə evində avtomat gizlədən şəxs saxlanılıb

Argentina millisi ardıcıl ikinci dəfə Amerika Kubokunun qalibi olub

Karbon qazından süni yağ sintez edilib

KİV: Baydenin seçki qərargahı yeni taktika üzərində işləyir

Çin bu il əlavə 339 giqavat bərpaolunan enerji istehsal etməyi planlaşdırır

Orta əsrlərə aid artefaktlar Fransaya qaytarılıb

Pakistanda 5,0 maqnitudalı zəlzələ baş verib

Somalidə avtomobilin partladılması nəticəsində 5 nəfər həlak olub YENİLƏNİB

Xəzərdə batan uşaq axtarılır

İrlandiyada ilanların yoxluğunun səbəbi məlum olub

"Kəpəz"də iki ayrılıq reallaşıb

İspaniya millisi tarixində dördüncü dəfə Avropa çempionu olub  YENİLƏNİB - 6