SAATLIDA YENİ ASFALT ZAVODU İSTİFADƏYƏ VERİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Saatlıda sutkada 48 ton asfalt istehsal edən yeni zavod işə salınmışdır.
Əsas texnoloji avadanlığının Çin Xalq Respublikasından gətirildiyi müəssisədə 60 nəfər daimi işlə təmin olunacaqdır. İstehsal sahəsinin xidmətindən qonşu İmişli və Sabirabad rayonlarının yol tikintisi və təmiri müəssisələri də faydalanacaqlar.