SAATLIDA YENİ MƏKTƏB BİNASININ TİKİNTİSİ DAVAM EDİR
Bu ilin sentyabrında Saatlının Qarayevkənd kəndində 240, Məmmədabad kəndində isə 300 yerlik iki məktəb binası istifadəyə veriləcəkdir. Məktəblərin inşasına 420 min manat dövlət vəsaiti ayrılmışdır. İndiyədək iki obyektlərdə üst-üstə 250 min manatlıqdan çox tikinti-quraşdırma işləri görülmüşdür.
Rayon təhsil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, 4 min nəfərdən artıq əhalisi olan bu kəndlərdəki məktəblər günün tələblərinə cavab vermir. Yeni korpuslarda təhsil birnövbəli olacaqdır. Məktəblərdə müasir tipli fənn və kompyuter kabinetləri, kitabxanalar olacaqdır.
2007-ci ildə Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” Proqramı çərçivəsində rayonun Kamallı kəndində 200, dövlət vəsaiti hesabına Cəfərxan kəndində 360, Bəylər kəndində isə 192 yerlik yeni məktəb binalarının inşasına başlanması da nəzərdə tutulur.