SABAHA İNAMLA VƏ İLHAMLA
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Bəhruz Kəngərli adına sərgi salonunda yeniyetmə rəssamın müxtəlif janrlarda çəkdiyi 80-ə qədər əsər nümayiş etdirilir.
Mövzu müxtəlifliyi, yüksək sənətkarlıq xüsusiyyətləri ilə seçilən bu tablolar təsviri sənətimizdə zəngin yaradıcılıq təxəyülünə malik istedadlı bir gəncin ilk uğurlu addımlarından xəbər verir.
Sərginin açılış mərasimində çıxış edənlər bu yaxınlarda müəllifin Brüsseldə fərdi sərgisinin də uğurla keçdiyini vurğuladılar, ona yeni yaradııcılıq nailiyyətləri arzuladılar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisin sədri Vasif Talıbov bu sərginin Naxçıvanda nümayiş etdirilməsinin təşəbbüskarlarına təşəkkürünü bildirdi, gənc rəssamı təsviri sənətdə əldə etdiyi uğurlara görə təbrik etdi.
Fərhad Fərzəliyevin Naxçıvanda yaradıcılıq sərgisi iki həftə davam edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:43]
Rejissor Leonid Klyots: Cırtdan çox maraqlı personajdır
- 09.06.2026 [17:10]
Məti Osmanoğlu: Səməd Vurğun “böyük zaman” yolçusudur
- 09.06.2026 [15:53]
Fidan Hacıyeva: Rəşid Behbudovun repertuarı gənc ifaçılar üçün əsas mənbədir
- 09.06.2026 [15:52]
Uşaq Filarmoniyasında “Nağıl aləminə səyahət” adlı konsert təşkil edilib
- 09.06.2026 [11:54]