Sabirabadda qadını öldürərək Kür çayına atan gəncə cinayət işi açılıb VİDEO

Bakı, 20 may, AZƏRTAC
Kür çayının Sabirabad rayonu ərazisindən keçən hissəsində qadıncinsli şəxsin meyitinin aşkarlanması barədə rayon prokurorluğuna məlumat daxil olub.
AZƏRTAC Baş Prokurorluğun yaydığı məlumata istinadən xəbər verir ki, ilkin araşdırmalarla 2004-cü il təvəllüdlü Seyidrəsul Talıbzadənin mayın 18-də rayonun Güdəcühür kəndi yaxınlığında yerləşən meşəlik ərazisində aralarında yaranmış mübahisə zamanı tanışı 2009-cu il təvəllüdlü Nuranə Ələkbərovanı qəsdən öldürməsi və meyitini suya atmasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin üzrə 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Seyidrəsul Talıbzadə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Hazırda istintaq davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.06.2025 [12:48]
ABŞ şirkətinə məxsus təyyarə Bakıya məcburi eniş edib
- 23.06.2025 [11:31]
Azərbaycan Dəmir Yolları - 145 illik inkişaf yolu
- 23.06.2025 [10:46]
ABA: Bankların aktivləri 80 faiz artıb VİDEO
- 23.06.2025 [10:43]
AZAL Özbəkistanın Ürgənc şəhərinə uçuşları bərpa edir
- 23.06.2025 [10:41]