SABUNÇU RAYONUNDA QƏTL HADİSƏSİ BAŞ VERMİŞDİR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Sabunçu rayonunun 1-ci Zabrat qəsəbəsindəki Maşınqayırma zavodunun yataqxanasında, orada yaşayanlardan Zəngilan rayon sakini Elşad Adıgözəlov münaqişə zəminində qonşusu Rəhim Mikayılova xəsarət yetirmişdir. Xəstəxanaya yerləşdirilmiş R.Mikayılovun həyatını xilas etmək mümkün olmamışdır.
Faktla bağlı cinayət işi açılmışdır, araşdırma aparılır.
Sumqayıt şəhərində Füzuli rayon sakini Rahib Zeynalov münaqişə zəminində 13-cü mikrorayonda yaşayan Elnur Şirinova bıçaqla xəsarət yetirmişdir.
R.Zeynalov Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində tutulmuşdur.
Yeni Suraxanı qəsəbəsində İbrahim Qəniyevə məxsus evdə üzərində zorakılıq əlamətləri görünməyən 30-35 yaşlı kişi meyiti tapılmışdır.
Kriminalistik Tədqiqatlar İdarəsi əməkdaşları tərəfindən aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, həmin şəxs Bakı şəhər sakini Ceyhun Əliyevdir.
İ.Qəniyevin evinə baxış zamanı 101,126 qram heroin aşkarlanmışdır.
Hadisə ilə əlaqədar cinayət işi başlanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]