SİYASƏT
“SAFARİ” BEYNƏLXALQ OVÇULAR KLUBUNUN PREZİDENTİ DENİS ANDERSON ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN MƏZARINI ZİYARƏT ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, ölkəmizdə səfərdə olan “Safari” beynəlxalq ovçular klubunun prezidenti Denis Anderson oktyabrın 23-də Fəxri xiyabana gəlmişdir. Burada qonağı Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov qarşılamışdır.
Denis Anderson görkəmli dövlət xadimi Heydər Əliyevin xatirəsini ehtiramla anmış, məzarı önünə əklil qoymuşdur.
Qonaq görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üstünə gül düzmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.12.2023 [15:42]
BMT-nin forumunda Ermənistanın etnik təmizləmə siyasətindən danışılıb
- 02.12.2023 [13:52]
İtaliyalı nazir müavini: Prezident İlham Əliyev çox praqmatik insandır
- 02.12.2023 [13:22]