Şagird davranışı və valideyn-məktəb münasibətlərinin tənzimlənməsi ilə bağlı yeni qaydalar müzakirə olunub

Bakı, 5 noyabr, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) “Şagird davranışı və valideyn-məktəb münasibətlərinin tənzimlənməsi qaydaları” ilə bağlı müzakirə keçirilib.
Bu barədə AZƏRTAC-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, görüşdə BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov “Şagird davranışı və valideyn-məktəb münasibətlərinin tənzimlənməsi qaydaları”nın şagirdlərin bir sıra hüquq və vəzifələrini təmin etmək məqsədilə ümumi təhsil müəssisəsində nizam-intizamın tənzimlənməsini müəyyən etdiyini, həmçinin məktəb nüfuzunun artırılması işinə dəstək məqsədilə hazırlandığını söyləyib. Hüseyn Əsgərov məktəb idarəçiliyində, şagird-müəllim, məktəb-valideyn münasibətlərində sistemlilik yaratmaq üçün vahid qaydaların tətbiqinin zəruri olduğunu diqqətə çatdırıb.
Görüşdə valideynlər, məktəb heyəti və şagirdlər tərəfindən yolverilməz və hüquqi məsuliyyət yarada bilən davranış nümunələri, həmçinin şagird-müəllim, məktəb-valideyn münasibətlərini tənzimləməkdə vahid qaydaların tətbiqi və digər bu kimi suallara aydınlıq gətirilib.
Sonda müvafiq mövzularla bağlı təklif və tövsiyələr səsləndirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.05.2025 [21:33]
DİM: “Təqdimat bacarıqlarının inkişafı” mövzusunda təlim təşkil edilib
- 16.05.2025 [21:02]
Azərbaycan məktəbliləri ABŞ-da keçirilən müsabiqədə bürünc medal qazanıb
- 16.05.2025 [19:15]
bp-nin sponsorluğu ilə BDU-da geologiya muzeyi istifadəyə verilib
- 16.05.2025 [18:28]
Nəvai Dövlət Universitetinin müəllimləri ADPU-da təcrübə keçiblər
- 16.05.2025 [17:53]