Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sağlamlıq imkanları məhdud olan uşaqların tibbi və sosial reabilitasiyası istiqamətində mühüm addımlar atılır VİDEO

Bakı, 10 fevral, Raisə Abbasova, AZƏRTAC 

Ölkədə sağlamlıq imkanları məhdud olan uşaqların tibbi və sosial reabilitasiyasının gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Bu da Azərbaycanda əhalinin rifahının yaxşılaşdırılmasının dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrildiyini aydın nümayiş etdirir. Dövlətin iqtisadi siyasətinin sosialyönümlü olması, Prezident İlham Əliyevin ölkə vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsinə göstərdiyi diqqət insan amilinə verilən yüksək dəyərin nümunəsidir. Dövlət sağlamlıq imkanları məhdud uşaqları çoxsaylı sosial proqramlara, o cümlədən reabilitasiya, pulsuz istirahət və texniki-bərpa təminat proqramlarına cəlb olunmasını həyata keçirir.

Bunu Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Uşaq Bərpa Mərkəzinin baş həkimi Şahin Tağıyev AZƏRTAC-a müsahibəsində deyib. Ş.Tağıyev bildirib ki, 2003-cü ildən fəaliyyət göstərən Mərkəzin binasında 2015-ci ildə əsaslı təmir və yenidənqurma işləri aparılıb. Stasionar və ambulator bölmələrdən ibarət 42 çarpayılıq mərkəzdə üç şöbə - informasiya-məsləhət və tədris, tibbi-sosial reabilitasiya və funksional diaqnostika şöbələri fəaliyyət göstərir. Mərkəzin yaradılmasında məqsəd tibbi, sosial, tədris-peşə reabilitasiya tədbirlərinin aparılması yolu ilə sağlamlıq imkanları məhdud uşaqların sosial statusunun bərpa edilməsini və onların cəmiyyətə inteqrasiyasını təmin etməkdir. Bu cür uşaqların tibbi, psixoloji, tədris-peşə diaqnostikasını, onların reabilitasiya potensialını təyin etmək, tibbi, sosial, tədris-peşə reabilitasiyasını, həmçinin kompleks psixoloji, pedaqoji tədbirlərin həyata keçirilməsi mərkəzin əsas vəzifə və funksiyalarına daxildir. Mərkəz ən müasir cihaz və avadanlıqla təchiz edilib. Burada müasir tibb və diaqnostik cihazlar, reabilitasiya avadanlığı quraşdırılıb. Bu cihaz və avadanlıqdan təcrübəli mütəxəssislər öz fəaliyyətlərində geniş istifadə edərək, sağlamlıq imkanları məhdud uşaqlara ən yüksək səviyyədə tibbi və bərpa xidməti göstərirlər.

Мərkəzdəki məşğələ və həkim müayinə otaqları sağlamlıq imkanları məhdud uşaqların çəkdiyi rəsmlərlə bəzədilib. Baş həkim qeyd edib ki, bu mərkəz yarandığı vaxtdan respublikanın bütün bölgələrindən olan sağlamlıq imkanları məhdud uşaqların müayinə və müalicəsini yüksək peşəkarlıqla həyata keçirir. Mərkəzə qəbul tibbi-sosial ekspertiza komissiyaları, müalicə-profilaktika müəssisələri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göndərişləri əsasında həyata keçirilir. Xəstələrin reabilitasiyası stasionar və ambulator olaraq aparılır. Uşaq Bərpa Mərkəzində 95 nəfər işçi fəaliyyət göstərir.

Mərkəzin funksional diaqnostika şöbəsinin müdiri Zöhrə Qarayeva AZƏRTAC-a bildirib ki, Uşaq Bərpa Mərkəzində reabilitasiya planına uyğun olaraq xəstələrin kompleks şəkildə müalicəsi aparılır. Buraya müalicəvi bədən tərbiyəsi, fizioterapiya, masaj, hovuz müalicəsi, psixoterapiya, loqoped işi, əmək terapiyası, musiqi terapiyası və əl əməyi işi aiddir. Tədris-peşə reabilitasiyası mərkəzin fəaliyyətində xüsusi əhəmiyyət daşıyır. Burada müəyyən tədris metodikaları həyata keçirilir, musiqi terapiyası aparılır, həmçinin əmək terapiyası əsasında sağlamlıq imkanları məhdud uşaqlara xüsusi vərdişlər aşılanır. Bu kateqoriyadan uşaqlar müxtəlif əl işləri ilə məşğul olaraq xüsusi bacarıq nümayiş etdirirlər.

Uşaq Bərpa Mərkəzi mütəmadi olaraq Uşaq Nevroloji Xəstəxanası, Uşaq Klinik Xəstəxanası, Uşaq Ruhi-Əsəb Dispanseri, Protez və Ortopediya Mərkəzi, Əlillərin Bərpa Mərkəzi, həmçinin rayon və şəhər uşaq tibb müəssisələri ilə sıx əlaqə saxlayır. Mərkəz uşaq əlilliyi reabilitasiyası sahəsində qabaqcıl təcrübələrin öyrənilməsi əsasında yeni reabilitasiya metodları hazırlayır və təcrübədə müvəffəqiyyətlə həyata keçirir. Bundan başqa, mərkəzin həkim və tibb personalı vaxtaşırı xarici ölkələrdə təkmilləşmə kursuna cəlb olunur, bilik və bacarıqlarını artırırlar. Uşaq Bərpa Mərkəzində yenidənqurmadan sonra yaradılan şərait sağlamlıq imkanları məhdud insanların dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu bir daha nümayiş etdirir.

Mərkəzdə 2008-ci ildən müalicə alan Jalə Nərimanova uşaq serebral iflic xəstəliyindən əziyyət çəkir. Onun anası Səkinə Nərimanova bildirib ki, qızı ilə birlikdə iki aydan bir 10 günlük müalicə kursu üçün Saatlıdan buraya, Mərkəzə gəlir. Jalə hərəki funksiyaların bərpa və inkişafında müalicə bədən tərbiyəsi, masaj, isti vannalar kimi vacib prosedurlar alır. Xüsusi aparat vasitəsilə müvafiq proqram üzrə iflic olan əzələlərə elektroimpulslar verilir. Uşaq nevropatoloqu və ortopedi də Jalə ilə məşğul olurlar.

Tovuz rayonunun sakini 4 yaşlı Sara Salamzadə 1 yaşından Mərkəzin pasiyentidir. Uşaq serebral iflici diaqnozu ilə balaca Sara əlilliyə doğru gedirdi, lakin Mərkəzdə aldığı müalicənin nəticəsində ilk addımlarını atır. Göz yaşları, ağrı ilə atdığı addımlarına sevinən anası Lalə Salamzadə Mərkəzdəki intensiv müalicədən, həkim personalın qayğıkeş münasibətindən razı olduğunu bildirib.

Maarif Əzizov nənəsi Bəsti Əzizova ilə birlikdə Xaçmaz rayonundan bir neçə ildir Mərkəzdə mütəmadi müalicə alırlar. Sevincək nənəsi müalicədən razı olduğunu və nəvəsinin demək olar ki, tam sağalmasını bildirib.

Mərkəzin funksional diaqnostika şöbəsinin müdiri Z.Qarayeva qeyd edib ki, Mərkəzdə uşaq serebral iflici diaqnozu ilə olan uşaqlara fiziki terapiya vasitəsilə yerimək, oturmaq, tarazlığı saxlamaq, əmək terapiyası vasitəsilə geyinmək, soyunmaq, qidalanmaq, yazmaq və s. öyrədilir. “Uşaq serebral iflici, adətən erkən uşaq yaşlarında başlayan və hərəki pozğunluqlarla - iflic, əzələ zəifliyi, hərəkət koordinasiyasının pozulması və qeyri-iradi hərəkətlərlə təzahür olan, baş-beynin zədələnməsinin dərəcəsindən asılı olaraq çox yüngül hallardan tutmuş ta əlilliyə qədər gətirib çıxaran bir xəstəlikdir. Bəzən uşaq serebral iflic epileptik tutmalar, psixi inkişafın ləngiməsi qavrama və öyrənmə çətinlikləri ilə müşayiət ola bilər. Uşaq serebral iflici zamanı görmə, eşitmə, nitq, zəka da pozulmuş ola bilər. Bu cür uşaqlar çox vaxt ağıldankəm təsəvvürü yaratsalar da, bu, həmişə belə olmur. Bu xəstəlik adətən uşağın ana bətnində, doğuş zamanı və ya bilavasitə doğuşdan sonra baş-beynin travması və ya zədələnməsi nəticəsində yaranır. Baş-beynin zədələnməsi hamiləlik dövründə infeksiyalar, uşaq ana arasında rezus konflikt, vaxtından qabaq doğuş və uşağın asfiksiyası nəticəsində ola bilər. Doğuşdan sonra isə uşağın keçirtdiyi travma və infeksiyalar uşaq serebral iflicinə gətirib çıxara bilər. Uşaq serebral iflicin müalicəsi erkən dövrdə başlamalı və ömür boyu davam etməlidir. Uşaq həkimi, uşaq nevropatoloqu, müalicəvi idman həkimi və fizioterapevt, loqoped, psixoloq, ortoped və başqa mütəxəssislər birgə çalışaraq, belə xəstələri sözün əsl mənasında ayağa qaldırmalıdırlar. Əsas müalicə fiziki və psixi funksiyaların məşqi yolu ilə nevroloji qüsurun azalmasına yönəlir. Məqsəd müalicəvi idman, fizioterapiya, masaj vasitəsilə uşağın hərəkəti aktivliyini onun imkanları daxilində maksimal dərəcəyə çatdırmaqdır. Körpənin beyni çox plastikdir və gərgin, davamlı reabilitasiya apardıqda hətta ağır formalı serebral iflici olan uşaqlar belə gözəl nəticələr göstərə bilər. Bütün bu fəaliyyətlərdə valideynlərin dəstəyinə ehtiyac duyulur. Bir valideyn kimi övladınıza qarşı sevgili olun, səbirli və təmkinli olun. Övladınızın yaxşılaşmasına ümid bəsləməkdə davam edin. Hər bir uşaq kimi sizin də övladınızın qarşısında öyrənmək və inkişaf etmək üçün tam bir ömür müddəti vardır”, - deyə Z.Qarayeva əlavə edib.

Onun sözlərinə görə, Mərkəzdə müalicə almış gənclər könüllü qismində buradakı xəstə uşaqlara dəstək olurlar. Onlardan biri 19 yaşlı Sürəyya Dadaşova hazırda Rəssamlar Akademiyasının tələbəsidir. Körpə yaşında Sürəyya serebral iflici diaqnozu ilə Mərkəzdə müalicə alıb.

Sürəyya bildirib ki, Mərkəzdəki həkimlərin səyi nəticəsində o, indi özünü sərbəst idarə edə bilir. Mərkəzdəki personalın pozitiv enerjisindən doya bilməyən və buradakı xəstə uşaqlara dəstək üçün günün boş vaxtını məhz Mərkəzdə keçirir. O, xəstə uşaqlarda rəssamlığa maraq oyadır, onlara rəngli dünyanı sevdirir.

Sağlamlıq imkanları məhdud olan uşaqların tibbi və sosial reabilitasiyası istiqamətində mühüm addımlar atılır VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Roma Papasının xəstəxanadan evə buraxılacağı bildirilib

Qazaxıstanda fləşmob: 500 qadın qədim ipəyirmə sənətini nümayiş etdirdi

Alimlər mikrobların əsaslı hüceyrələrlə əlaqəsini aşkarlayıblar

Türkiyə XİN rəhbərinin müavini: Novruz türk xalqlarının mədəni zənginliyinin və dəyərlərinin ortaq göstəricisidir

Beynin sözləri yadda saxlamaq üçün lazım olan hissələri məlum olub - TƏDQİQAT

Ersin Tatar: ŞKTC və Azərbaycan enerji və turizm sahələrində fəal əməkdaşlıq edə bilərlər

Gürcüstan “Yer saatı” qlobal kampaniyaya qoşulub

Türkiyədə 343 qanunsuz aksiya iştirakçısı saxlanılıb

Fernandu Santuş: Bir neçə qol vəziyyəti yaratsaq da, yararlana bilmədik

Mahir Emreli: Qol vursaydıq, bəlkə də fərqli oyun görə bilərdik

Almaniya Cənubi Sudandakı səfirliyini bağlayır

Azərbaycan cüdoçusu Almaniyadakı turnirdə qızıl medal qazanıb

Azərbaycan millisi Haitiyə məğlub olub

Qazaxıstanda sərnişin qatarında yanğın baş verib

Azərbaycanın U-21 millisi Moldovaya qalib gəlib

Keniyaya məxsus təyyarə Somali yaxınlığında qəzaya uğrayıb

“Brexit” Britaniya biznesinə illik 37 milyard funt sterlinqə başa gəlir

ABŞ-da atışma nəticəsində 3 nəfər ölüb, 14 nəfər yaralanıb

Sabah Şərur rayonunun bir sıra kəndlərinə qaz təchizatı dayandırılacaq

Filippində itkin düşən alman turistlər tapılıb

Fransada irqçilik və faşizmə qarşı nümayişlər başlayıb

Cənubi Koreyada meşə yanğınında 2 yanğınsöndürən həlak olub

Berlində neonasistlərin aksiyasında 20-dək iştirakçı saxlanılıb

Strasburqda Novruz bayramı muğam konserti ilə qeyd olunub

ABŞ “Qızıl Qübbə” müdafiə sistemi hazırlayır

Putin Vuçiçlə mayın 9-da Moskvada danışıqlar aparacaq

Nigerdə məscidə hücum nəticəsində 44 nəfər öldürülüb

Bəzi yerlərdə yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA

Papa Fransisk 38 gün sonra ictimaiyyət qarşısına çıxacaq

İmişlidə 82 yaşlı qadın kanalda boğularaq ölüb VİDEO

Naxçıvanda dönərxanada kütləvi qida zəhərlənməsi baş verib

İki kiloqram quzu əti qiymətinə satılan quzuqarnı - Şabrandan REPORTAJ VİDEO

Mingəçevir teatrı Novruz bayramında uşaqları yeni səhnə əsəri ilə sevindirib

“Novruz 2025” düşərgəsindən 700-ə yaxın təhsil işçisi və tələbə faydalanacaq

Tbilisinin mərkəzində Novruz şənliyi təşkil olunub

Xalq yazıçısı Süleyman Rəhimovun anadan olmasının 125 illiyi münasibətilə virtual kitab sərgisi hazırlanıb

ADY-də çirkli suların təkrar istifadəyə verilməsi necə həyata keçirilir?

Bu kənddə at yarışları el bayramına çevrilir

"Roma" almaniyalı müdafiəçi ilə müqaviləni uzatmayacaq

İngiltərə millisinin futbolçusu tarixə düşüb

Naxçıvanda Novruz bayramı ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib VİDEO

AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib

Hitrou hava limanı fəaliyyətini tam bərpa edib

Baş Dövlət Yol Polisi İdarəsi: İki gün ərzində 12 yol-nəqliyyat hadisəsi qeydə alınıb

ADSEA Naxçıvanda tədbir keçirib

Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq-PROQNOZ

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri bu gün ikinci dəfə ifadə verib

Londonda yaşayan azərbaycanlı cərrah: Yaxşı həkim olmaq üçün bilik kifayət deyil - MÜSAHİBƏ

Əfsanəvi boksçu 76 yaşında dünyasını dəyişib

Milli Qəhrəman Vəzir Orucovun xatirəsi anılıb

“Cultural Dinner” tədbirində Azərbaycan mətbəxi və mədəniyyəti təşviq olunub

Azərbaycan mətbəxi Vyetnamın ilk barbekü festivalında təqdim olunur VİDEO

Yanvar-fevral aylarında sosial sahə ilə bağlı 4,6 milyon müraciət edilib

Bakıda lombarda basqın edərək işçiləri ölümlə hədələyən maskalı şəxs saxlanılıb VİDEO

Türkmənistan prezidenti Azərbaycan stendi ilə tanış olub

Qar uçqununda həlak olan hərbi qulluqçu Rüstəm Həmidov Bərdədə torpağa tapşırılıb VİDEO

Gədəbəydə qar uçqununda həlak olan əsgər Əli İmanov Sabirabadda dəfn edilib VİDEO

NBA: “Finiks Sanz” qalib gəlib, "Denver Naqqets" məğlub olub

Lvovda daun sindromlu uşaqlara bayram sovqatı paylanılıb

Almaniyada Əyalət Nümayəndələri Şurası 500 milyard avroluq maliyyə paketini təsdiqləyib

Trend Aleksandr-Arnold "Liverpul"un yeni müqavilə təklifindən imtina edib

Alatavada fərdi ev yanıb, bir nəfər xəsarət alıb

Bu gün Xalq artisti Lütfəli Abdullayevin doğum günüdür

Narkotik vasitənin təsiri altında motosiklet idarə edən daha bir sürücü həbs edilib

Vüsal Qasımlı Taylandda qlobal beyin mərkəzləri tədbirində çıxış edib

Leyla Əliyevanın təşəbbüsü ilə Xızı rayonunda uşaqlar üçün Novruz şənliyi keçirilib

Polis ötən gün 18 avtomat, 3 tapança və 5 tüfəng aşkar edərək götürüb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb

Azərbaycanın U-21 millisi bu gün Moldova ilə qarşılaşacaq

Naxçıvan şəhərinin bir sıra ərazilərində içməli suyun verilişi dayandırılıb

Salyanda yol qəzası olub, piyada ölüb

Dünya çempionatının seçmə mərhələsində Avropa zonası üzrə ilk oyunlar keçirilib

Azərbaycan Prezidentinin tapşırığına əsasən FHN Qırğızıstana maddi-texniki yardım göndərib VİDEO

Azərbaycan Prezidentinin tapşırığına əsasən FHN Qırğızıstana maddi-texniki yardım göndərib VİDEO

Azərbaycan millisi bu gün Haiti ilə yoldaşlıq oyunu keçirəcək

DİN kibertalama cinayətləri ilə bağlı növbəti dəfə vətəndaşlara müraciət edib VİDEO

DİN kibertalama cinayətləri ilə bağlı növbəti dəfə vətəndaşlara müraciət edib VİDEO

Yağıntılı hava şəraiti davam edir- FAKTİKİ HAVA

Astronomlar ən uzaq qalaktikada oksigen aşkarlayıblar

Dünyanın ən qədim insan üzünün fraqmenti tapılıb

Britaniya hərbi bazasına hücum planlaşdıran şəxs 37 il müddətinə həbs edilib

İsveçdə vətəndaşlığın alınması qaydaları sərtləşdirilir

Böyük Britaniya Ukraynada mümkün sülhməramlı qüvvə planlarını sürətləndirəcək

Astanada genişmiqyaslı Novruz şənlikləri keçirilib

İraqın İstanbuldakı Baş konsulluğuna silahlı hücum olub

Üzeyir Hacıbəylinin 140 illik yubileyi: “Arşın mal alan” operettası Vyanada yenidən səhnəyə qoyulacaq

Qazaxıstanda Xəzər dənizinin dibindən optik lifli rabitə xəttinin inşası müzakirə edilib

Böyük Britaniya günəş panellərinə 260 milyon dollar sərmayə qoyacaq

Türkiyə Müdafiə Nazirliyi: Müttəfiqlər bir-birinə qarşı sanksiya tətbiq etməməlidir

Hitrou hava limanı fəaliyyətini qismən bərpa edib

Səudiyyə Ərəbistanı, BƏƏ, Oman və Küveyt neft hasilatını azaldacaqlar

BMT komissiyasında Azərbaycanın təşəbbüsü ilə qətnamə qəbul edilib

İstanbulun Bahçeşehir Universitetində Novruz bayramı qeyd edilib

Misir ildə 2 milyard kilovatsaat enerji istehsal edəcək Külək Elektrik Stansiyasını işə salır

Xaçmazda qaz xətti zədələnib, 13 kəndin mavi yanacaqla təminatında fasilə yaranıb

Görmə məhdudiyyətli uşaqlar üçün Novruz şənliyi təşkil edilib

Türkiyə millisinin heyətində dəyişiklik edilib

Türkiyənin ən böyük neft yatağında hasilat həcmi sutkada 80 min barrelə çatır

Hələbdə 3 milyon psixotrop “Captagon” həbi müsadirə edilib

İsveçin “Diplomatic World Sweden” internet nəşrində Novruz bayramı ilə bağlı məqalə dərc olunub

ADSEA: Xırdalan şəhərinin su təchizatı dayandırılıb

Gürcüstanın Baş naziri: Ölkələrimiz arasındakı əlaqələr xalqlarımızın ənənəvi səmimi və mehriban qonşuluq münasibətlərinin təzahürüdür