Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

Sahib Ələkbərov: İnanırıq ki, “Tokio 2020”yə yollanacaq Olimpiya yığmamızın tərkibində Azərbaycan velosipedçiləri də olacaqlar

Bakı, 31 oktyabr, AZƏRTAC

Ekoloji cəhətdən ən təmiz nəqliyyat növü olan velosipedə ölkəmizdə həm idman növü, həm də nəqliyyat vasitəsi kimi maraq son illər xeyli artıb. Azərbaycanda idmanın bu növünün təbliği istiqamətində son illər mühüm tədbir, yarış və layihələr həyata keçirilir. Bu istiqamətdə ən mühüm tədbir bu ilin iyununda Bakıda BMX velosipedi üzrə dünya çempionatının keçirilməsi oldu.

Azərbaycan Velosiped İdmanı Federasiyasının birinci vitse-prezidenti, Avropa Velosipedçilər Birliyi rəhbər komitəsinin üzvü Sahib Ələkbərov ölkəmizdə velosiped idmanının inkişafı sahəsində görülən işlər, yüksək səviyyədə təşkil olunan nüfuzlu yarışlar, yeniyetmə və gənclər arasında bu idman növünün geniş təbliği istiqamətində həyata keçirilən tədbirlərlə bağlı AZƏRTAC-ın müxbirinin suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.

- Sahib müəllim, Azərbaycanda velosiped idmanının inkişafı, bu sahəyə marağın artırılması istiqamətində hansı işlər görülür?

- Velosiped idmanının inkişafı, onun kütləviləşməsi insanların sağlamlığı baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, təkcə idman növü kimi deyil, həm də nəqliyyat vasitəsi olaraq önəm kəsb edən velosipeddən istifadə edənlərin sayının artması böyük şəhərlərdə tıxac probleminin həlli və ekoloji durumun yaxşılaşdırılması baxımından çox vacibdir. Hesab edirəm ki, həm federasiyamız, həm də bir sıra digər qurumlar tərəfindən təşkil edilən maarifləndirici tədbirlər və layihələr təkcə yeniyetmə və gənclərdə deyil, eyni zamanda, daha yuxarı yaş qrupuna aid olan insanlar arasında da velosipedə marağı getdikcə artırır. Cəmi 5-6 il bundan əvvəl şəhər və rayonlarımızın küçələrində azyaşlı uşaqlar istisna olunmaqla, velosipedçilər, demək olar ki, gözə dəymirdi. Son bir neçə il ərzində bu sahədə kifayət qədər çoxsaylı tədbirlərin, veloyürüşlərin keçirilməsi nəticəsində insanların velosipedə marağının artmasını görmək olduqca xoşdur. Bir neçə gün bundan əvvəl 18 oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə Respublika Velotrekində həvəskarlar arasında keçirdiyimiz açıq Azərbaycan çempionatında 300 nəfərdən artıq velosipedçinin iştirakı bunu bir daha sübut edir. 

- Velosiped idmanı üzrə yerli və beynəlxalq yarışların təşkili artıq ənənə halını alıb. Veloyürüşlərin idmanın bu növünün inkişafında rolunu necə qiymətləndirirsiniz?

- Xüsusi vurğulanmalı məqamdır ki, şose velosiped idmanı hər bir ölkənin təbliği baxımından mühüm əhəmiyyətə malikdir. Çünki bu idman növü üzrə yarışlar hansısa qapalı məkanda deyil, açıq havada, təbiətin qoynunda, yollarda, küçə və parklarda təşkil olunur. “Tour d’Azerbaidjan” kimi beynəlxalq səviyyəli veloturların təşkili dünyanın Azərbaycanı daha yaxından tanımasına imkan yaradır. Planetin müxtəlif ölkələrindən gələn insanlar respublikanın iqtisadiyyatı, mədəniyyəti, adət-ənənələri, təbiəti ilə tanış olur və bu baxımdan ölkəmizdə keçirilən velosiped yarışları Azərbaycanın xaricdə tanıdılması baxımından yaxşı perspektivlər vəd edir. Azərbaycan Velosiped İdmanı Federasiyası olaraq, biz ölkəmizdə bu sahənin inkişafından, velosipeddən bir nəqliyyat vasitəsi kimi istifadə edənlərin sayının son bir neçə il ərzində on dəfələrlə artmasından, bu məsələlərdə bizim də müəyyən əməyimizin olmasından məmnunluq hiss keçiririk və velosiped sürməyi insanların həyat tərzinə çevirmək istəyirik. Təbiidir ki, velosiped sürənlərin sayı nə qədər çox olarsa, idman bölmələrinə üz tutanların sayı da artacaq. Məşqçilərimizin yeniyetmə və gənclər arasında seçim imkanının daha çox olması idman nəticələrimizin yüksəlməsinə də birbaşa təsir edəcək.

- Azərbaycan velosiped idmanının BMX növü üzrə dünya çempionatına ev sahibliyi etdi. Bu nüfuzlu yarışın ölkəmizdə təşkili ilə bağlı nə deyə bilərsiniz?

- Bu ilin iyununda Azərbaycan velosiped idmanının BMX növü üzrə (Olimpiya idman növü) dünya çempionatına ev sahibliyi etdi. İlin əvvəlində çempionatın keçirilməsi ilə bağlı bəzi çətinliklər ortaya çıxsa da, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığından sonra bütün çətinliklər aradan qaldırıldı və bu yarış da həmişə olduğu kimi ən yüksək səviyyədə baş tutdu. Dünyanın müxtəlif ölkələrindən 1500-dən artıq idmançının iştirak etdiyi dünya çempionatının təşkilatçılıq səviyyəsi Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) tərəfindən olduqca yüksək qiymətləndirildi, Azərbaycan öz təşkilatçılıq bacarığını bir daha bütün dünyaya nümayiş etdirdi. Yarış 50-dən çox ölkədə canlı yayımlandı. Turniri izləmək üçün ölkəmizə gələn UCI prezidenti David Lappartien Prezident İlham Əliyev ilə görüşündə Azərbaycanda bütün beynəlxalq idman tədbirlərinin uğurla keçirildiyini, BMX üzrə dünya çempionatının da ən yüksək standartlar səviyyəsində təşkil edildiyini söylədi. Beynəlxalq Velosipedçilər İttifaqının sentyabrın 28-də keçirilən konqresində həm hesabat məruzəsində, həm də UCI prezidentinin çıxışında Bakıda keçirilmiş dünya çempionatı haqqında çox yüksək fikirlər səsləndirildi. Dünyanın 194 ölkəsindən nümayəndələrin iştirak etdikləri konqresdə ölkəmizdə velosiped idmanının inkişafına yüksək qiymət verilməsi təbii ki, olduqca xoşdur. Onu da qeyd etmək lazımdır ki, BMX üzrə bu nüfuzlu yarış Azərbaycan tarixində ölkəmizdə keçirilmiş sayca dördüncü dünya çempionatı olub.

- Olimpiya növü olan BMX-nin ölkəmizdə inkişafı və maddi-texniki bazasının yaradılması sahəsində hansı işlər görülüb?

- Son illər ərzində kifayət qədər populyarlıq qazanan və Azərbaycanın idman sahəsində vizit kartına çevrilən, hər il nüfuzlu “Eurosport” telekanalı ilə canlı və ya icmal şəklində yayımlanan “Tour d’Azerbaudjan” veloturu şose velosipedini ölkəmizdə necə sevdiribsə, BMX növü üzrə dünya çempionatından sonra da eyni marağı hiss edirik. Avropanın açıq səma altında ən böyük və ən gözəl idman qurğularından biri olan BMX Veloparkında artıq bu idman növü ilə məşğul olan yeniyetmə və gənclərimizin sayı gündən-günə artır. Məlumat üçün bildirmək istərdim ki, bu idman qurğusu olduqca gözəl ərazidə yerləşir - bir tərəfi dəniz, digər tərəfi isə dağlıq və 40 hektara yaxın sahəni əhatə edən meşəlik. Bu meşə zolağı 1970-ci illərin əvvəllərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və şəxsən iştirakı ilə salınıb və Ulu Öndərimizin şəxsən əkdiyi ağaclar bu gün də Velopark ərazisində qalır. Təəssüf ki, ötən əsrin 90-cı illərində bu ərazi ayrı-ayrı şəxslər tərəfindən zəbt olunmuş və orada qanunsuz tikintilər aparılmışdı. Yalnız 2005-ci ildə dövlətimizin başçısı İlham Əliyevin göstərişindən sonra bu qanunsuzluqlara son qoyuldu.

2013-cü ildə ərazi idman bazası kimi Azərbaycan Velosiped İdmanı Federasiyasına təhkim edildikdən sonra burada geniş abadlıq və quruculuq işləri aparıldı, yüz mindən çox ağac və kol əkildi, velosipedçilər üçün 5 velosiped marşrutu yaradıldı. 2015-ci il ilk Avropa Oyunları ərəfəsində isə burada dünya standartlarına cavab verən yeni BMX stadionu inşa edildi. Bu ərazi həm idman, həm də insanların dincələ biləcəyi avtomobilsiz istirahət ərazisinə çevrilib. Hər bir şəxs istədiyi zaman buraya gəlib təmiz hava ala, istirahət edə və idmanla məşğul ola bilər. Onu da qeyd etmək yerinə düşər ki, şəhərin mərkəzində - metronun “20 Yanvar” stansiyasının yaxınlığındakı Respublika Velotrekində də bu idman növü ilə məşğul olmaq üçün hər cür şərait yaradılıb.

- 2018-ci ilin son aylarını yaşayırıq. Velosipedçilərimizin beynəlxalq yarışlarda çıxışlarını qənaətbəxş saymaq olarmı?

- Bu il Azərbaycanın şose velosipedi üzrə yeniyetmə və gənclərdən ibarət yığma komandalarının üzvləri dünya və Avropa çempionatları ilə yanaşı, bir sıra beynəlxalq turnirlərdə də iştirak ediblər. May ayında Türkiyənin Ordu şəhərində təşkil olunmuş açıq çempionatda yeniyetmə qızların kriterium yarışlarında idmançımız Viktoriya Sidorenko fərqlənərək fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Heyəti Nəcəf Bağırov, Xankişi İsgəndərov, Qadir Mustafayev, Şahin Eyvazov, Əli Qurbanov və Mahmud Məmmədovdan ibarət olan gənclər yığmamız isə qrup və kriterium ötüşmələrinin yekununda komanda hesabında bürünc medala layiq görülüb.

İyulda qardaş Türkiyənin Kastamonu şəhərində keçirilmiş beynəlxalq turnir də idmançılarımızın uğurlu çıxışı ilə yadda qalıb. Yarışın gənclər kateqoriyasında fəxri kürsünün hər üç pilləsində Azərbaycan velosipedçiləri qərarlaşıb. Yüz kilometrlik marşrutu Mahmud Məmmədov hamıdan tez qət edərək finiş xəttini birinci keçib. Yığmamızın digər üzvləri İvan Orlov və Xankişi İsgəndərov isə müvafiq olaraq, 2-3-cü yerləri tutublar. Əli Qurbanov 5-ci nəticə göstərib. Yığmamız komanda hesabında da qalib olub.

Heyətində Elit və U23 yığma komandaların yer aldığı “Synergy Baku Cycling Project” kontinental komandasının üzvləri də il ərzində beynəlxalq turnirlərdə uğurla çıxış ediblər. Kiril Pozdnyakov Türkiyədə birgünlük Alanya Qran-Prisinin, Mersin Turunun 1-ci mərhələsinin, Rusiyada “Moskvanın 5 halqası” yarışının 4-cü mərhələsinin, Belçikada birgünlük “Dentergem” yarışının qalibi olub. Digər nüfuzlu yarışlarda Samir Cəbrayılov, eləcə də Kiril Pozdnyakov mükafata layiq yerlər tutublar. Velosipedçilərimizin əldə etdikləri uğurlar ildən-ilə artır.

- Gələn il “Tokio-2020”yə lisenziya yarışları baxımından Olimpiya idman növləri üçün ciddi sınaq ili olacaq. Velosiped yığmamızın bu sahədə perspektivləri varmı?

- Yığma komandamız yaxşı formadadır. Velosipedçilərimiz çoxlu yarışlarda iştirak edib, zəngin təcrübə toplayıblar. Gələn il üçün əsas prioritet istiqamətlərdən biri də “Tokio 2020”yə lisenziya xallarının toplanması olacaq. Belə ki, artıq həm şose, həm də trek velosipedində dördilliyin zirvə yarışına lisenziya xalları verən yarışlar silsiləsi start götürüb və proses gələn ilin sonunadək davam edəcək. İnanırıq ki, təmsilçilərimiz bu vəzifənin öhdəsindən gələcəklər və “Tokio 2020” Yay Olimpiya Oyunlarına yollanacaq geniş heyətli Olimpiya yığmamızın tərkibində Azərbaycan velosipedçiləri də olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çempionlar Liqası: "Qarabağ" ilk oyunda "Linkoln"u məğlub edib YENİLƏNİB-4

ABŞ Məxfi Xidmətinin direktoru Trampa qarşı sui-qəsdə görə istefa verib

"Panatinaikos" Ergin Atamanla müqavilə müddətini uzadıb

Avropa çempionatı: Azərbaycan basketbol millisi Albaniyanı məğlub edib

Azərbaycanlı tələbə 5 Avropa ölkəsinin mətbuatında Qarabağa dair çıxışlar edib

Federasiya rəhbəri: COP29-a ev sahibliyi Azərbaycanın xoş niyyətinin ifadəsidir

Paytaxtın Binəqədi rayonunda baş verən insidentlə əlaqədar araşdırma aparılır

Şirvanda seçki mübahisələrinin məhkəmə qaydasında həlli mövzusunda seminar-müşavirə keçirilib

MSK-nın Şəkidə keçirdiyi regional seminar-müşavirədə seçki mübahisələrinin həllinə dair məsələlər müzakirə olunub VİDEO

George Haci Rumıniya millisinin baş məşqçisi ola bilər

Çempionlar Liqası: "Linkoln" və "Qarabağ"ın start heyəti bəlli olub

Naxçıvan şəhərində çörək sexinin fəaliyyəti məhdudlaşdırılıb

Gəncədə seçki mübahisələrinin məhkəmə qaydasında həllinə həsr olunan seminar-müşavirə keçirilib VİDEO

Müsadirə olunmuş 248 kiloqram narkotik vasitə məhv edilib

Dayanıqlı inkişaf və iqlim dəyişikliyi ilə mübarizə sahəsində iqtisadi məsələlərə dair fikir mübadiləsi aparılıb

® ABB Sumqayıtda 3-cü filialını açıb!

ADAU-nun tələbə və məzunları AQTİ-nin iş şəraiti ilə tanış olublar

Çin dövlət sirri haqqında qanunun tətbiqi qaydalarını müəyyənləşdirib

Voleybol üzrə Azərbaycan yığmalarının Avropa çempionatı üçün heyəti açıqlanıb

Heykəllərin cilalanması ilə bağlı reallaşdırılan layihə çərçivəsində tədbir təşkil olunub VİDEO

Saray qəsəbəsində evdən seyf oğurlayanlar yaxalanıblar

UNEC məzunu: Dörd ildə 2 diplom əldə etməyim böyük zəhmətin sonu və uğura aparan yolun başlanğıcı oldu

Müxtəlif qurumların serverlərinə kiberhücumlar edən şəxs saxlanılıb

Naxçıvanda MSK tərəfindən seminar-müşavirə keçirilib

Bu ilin 6 ayı ərzində 154 aptekdə həyata keçirilən yoxlamanın nəticələri açıqlanıb

“Reuters”: Makronun siyasi avantürası Paris Olimpiadasına xələl gətirir

Moskvada Azərbaycan Mədəniyyəti Günü keçirilib

Ən böyük gənclər festivalı “Yay Fest”in 2-ci düşərgəsi başlayıb

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

İndiyədək Rumıniyaya 9 milyondan çox ukraynalı qaçqın daxil olub

Bioloji preparatların yerli şəraitdə istehsalı texnologiyası üzrə ölkəmizdəki qabaqcıl təcrübənin öyrənilməsi müzakirə edilib

Britaniya hökumətinin Ruandaya deportasiya planı 700 milyon funt sterlinqə başa gəlib

Balballar: Tarixin daş mühafizəçiləri

Emil Əfrasiyab Şuşa sakinləri ilə maraqlı görüş keçirib

“Paris-2024”: Oyunlar öncəsi medal proqnozları açıqlanıb

Etnadakı aktivliyə görə Kataniya aeroportunda uçuşlar dayandırılıb

Azərbaycanın BƏT-lə əməkdaşlığı rəğbətlə qarşılanır

Birinci yarımildə İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 350 mindən çox müraciət daxil olub

® “Birbank Biznes”dən daha bir yenilik: sərəncam ödənişləri ölkədə ilk dəfə mobil tətbiqdə

Balaxanı Əməliyyat Şirkəti Milli Mətbuat Günü münasibətilə tədbir keçirib

Şuşa Forumunda Qərbi Azərbaycan reallığı

Hərbi Prokurorluq hərbçilərlə birlikdə Yevlaxda tədbir keçirib

Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında şahmat saatı keçirilib

Politoloq: Aİ-nin son addımı Ermənistanda demoqrafik böhranı daha da dərinləşdirəcək

DIRNA layihəsi çərçivəsində Gəncə Dövlət Universitetində yay məktəbi keçiriləcək

“Linkoln”un futbolçusu: “Qarabağ”la oyunda bütün gücümüzü göstərməyə hazırıq

Maksim Medvedev: “Qarabağ”ın favorit hesab olunması futbolçuları arxayınlaşdırmır

BMU-da yeni açılan fizika ixtisası son texnologiyalar əsasında tədris ediləcək

Vyetnam Sosialist Respublikasının Prezidenti Zati-aliləri cənab To Lama

“Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1198-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

M.M.Abbaszadənin Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Texnologiya Universiteti ilə Qranada Universiteti arasında memorandum imzalanıb

Dövlət İmtahan Mərkəzinin Müşahidə Şurasının tərkibi təsdiq edilib – SƏRƏNCAM

UNOPS onkoloji xidmətlərin modernləşdirilməsində Özbəkistana yardım edir

İqtisadiyyat nazirinin müavini Oğuzda vətəndaşlarla görüşəcək

Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Dövlət İmtahan Mərkəzinin Müşahidə Şurası yaradılır – FƏRMAN

ABŞ demokrat seçicilərinin 80 faizindən çoxu Baydenin prezidentlik yarışından imtina etməsini bəyənir

Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Mərkəzi Bank: Bugünkü hərracda tələb 82 milyon dollar təşkil edib

Azərbaycan Respublikasının 2002-ci il 29 mart tarixli 283-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

AMADA Paris Olimpiadası ərəfəsində innovativ yanaşmalar tətbiq edir

İran Hərbi Dəniz Qüvvələri batmış “Səhənd” esminesinin təmirinə başlayır

Qərbi Azərbaycanın maddi-mədəni abidələri ilə bağlı film hazırlanır

“Tesla” gələn il insanabənzər robotlardan istifadə etməyə başlayacaq

Cahangir Cahangirov adına Xor Gürcüstanda festivalda birinci yerə layiq görülüb

Qazaxıstan və Azərbaycan hərbi kəşfiyyat sahəsində əməkdaşlıq etmək niyyətindədir

Estoniyada yeni hökumətin andiçmə mərasimi keçirilib

Avropa İttifaqı böyük problemlərini kiçik Ermənistan vasitəsilə həll edə bilməyəcək - RƏY

Azərbaycan caz sənətinin əfsanəsi Vaqif Mustafazadənin yeni lent yazısı tapılıb

Altıqat Fransa çempionu üçüncü diviziona düşürülüb

Qoşqar Təhməzli: Azərbaycan Rusiyaya meyvə-tərəvəz ixracını artırmaqda maraqlıdır

Milli Məclisə seçkilərlə əlaqədar “Polis əməkdaşları üçün yaddaş kitabçası” hazırlanıb

UEFA Ukrayna klubunu Konfrans Liqasından kənarlaşdırıb

“Avrasiyada biomüxtəliflik - SEAB 2024” VII beynəlxalq simpoziumu keçiriləcək

Xaçmazda qaz sızmasından partlayış olub, yaralılar var VİDEO

Vidadi Rzayev: “Qarabağ” yenidən Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq

FHN Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşları üçün növbəti təlim keçirib VİDEO

Ekspert: Abituriyentlər qəbul olduqdan sonra imtina edəcəkləri ixtisasları seçməkdən çəkinməlidirlər

Bu ilin birinci yarımilində çıxarış verilən daşınmaz əmlakların 74 faizi bölgələrdə yerləşir

İsrail ordusu Qəzza sektorunu müvəqqəti tərk edə bilər

Hacıqabulda pnevmoniyaya yoluxan körpə ölüb

142 - Çağrı Mərkəzi IVR xidmətinin təkmilləşdirilməsi ilə daha çox vətəndaşa xidmət göstərir

“YAŞAT” ikinci yay məktəbinin ikinci həftəsi davam edir

Paris Olimpiadası sabah futbol və reqbi oyunları ilə start götürəcək

Xırdalanda qəsdən adam öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutulub

Bakıda Azərbaycan və Çinin hərbi təhsil üzrə ekspertlərinin görüşü keçirilib

Gəncə və Göygöldə dövlət dəstəyilə 15 qonaq evi yaradılıb

Musiqi sənəti istiqamətinə aid nəzəriyyə fənləri üzrə imtahan verəcək abituriyentlərin nəzərinə

Sabah bəzi yerlərdə arabir yağış yağacaq

Mərkəzi Çağırış Komissiyasının iclasında iyul çağırışının yekunları müzakirə olunub

UNESCO: Qadınların və qızların idmanda iştirakı qənaətbəxş səviyyədə deyil

Pediatr: Qayğı və sevgi ilə dolu mehriban bir ailədə böyümək uşaq üçün olduqca əhəmiyyətlidir

Mətbuat tariximizdən: “Sovet Ermənistanı” qəzetinin azərbaycanlı redaktorları - Araşdırma

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 12 fevral tarixli 83 nömrəli Qərarı ilə təsdiq edilmiş “Valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması zamanı onların hərəkətinin dayandırılmasına dair Qaydalar”da dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Moldova portalı Şuşada keçirilən Qlobal Media Forumu barədə geniş məqalə dərc edib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1043-VIQ nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 27 dekabr tarixli 2431 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI