Azərbaycan Dövlət İnformasiya Agentliyi

ŞƏRH

Sahib Məmmədov: Ötən il həyata keçirilən antiterror tədbirləri Qarabağ dastanının qızıl səhifəsidir ŞƏRH

Sahib Məmmədov: Ötən il həyata keçirilən antiterror tədbirləri Qarabağ dastanının qızıl səhifəsidir  ŞƏRH

Bakı, 18 sentyabr, AZƏRTAC

“Hazırda xalqımız tarixinin ən mühüm və qürurlu səhifələrindən birinin - ötən il 19-20 sentyabr tarixində Qarabağda həyata keçirilən antiterror tədbirləri nəticəsində qazanılan əzəmətli Qələbənin ildönümünü sevinc və coşqu ilə qeyd edir. Bu əməliyyat qızıl hərflərlə Azərbaycanın qəhrəmanlıq salnaməsinə həkk olunmuş böyük Zəfər yolunun Xankəndi zirvəsidir. Həmin o əzəmətli zirvədən dönüb keçmişə, 21 il öncəyə baxdıqda Azərbaycan adlı dövləti amansız təlatümlərdən, xain xislətlərdən qoruyan, dərin siyasi-iqtisadi böhrandan xilas edərək yenidən quran Ulu Öndər Heydər Əliyevin xalqına o məşhur müraciəti yada düşür: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək”. Ulu Öndərimiz, sözsüz ki, xalqının və dövlətinin taleyi ilə bağlı hər bir məsələyə məsuliyyətlə yanaşırdı. Bu müraciətdə də böyük bir məsuliyyət və dərin inam var idi”.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov deyib.

Onun sözlərinə görə, Ümummilli Liderimiz əmin idi ki, yüksək intellektli, praqmatik düşüncəli, beynəlxalq siyasəti və dünya iqtisadiyyatını dərindən bilən İlham Əliyev cənabları qarşıda duran bütün vəzifələri vaxtında və dəqiq yerinə yetirəcək: “Çünki o, Heydər Əliyev məktəbinin ən işıqlı məzunudur, dahi Liderimizdən dərs alıb və ondan qətiyyəti, iradəni, xalqına dərin məhəbbəti və Vətənə sədaqəti əxz edib. Təbii ki, Ulu Öndərimizin nəzərdə tutduğu taleyüklü məsələlər sırasında işğala məruz qalmış torpaqlarımızın azad edilməsi birinci gəlirdi. Heç də təsadüfi deyildir ki, Şuşa düşmənlərdən tam təmizlənən gün Ali Baş Komandan İlham Əliyev Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edərək “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik!” demişdi. İlham Əliyevin Prezident kimi fəaliyyətinin ilk günündən xalqımız artıq qələbə qoxusunu duymuşdu. Dövlətimizin başçısının məqsədyönlü və genişmiqyaslı fəaliyyəti nəticəsində ölkəmizin müstəqilliyi daha da möhkəmləndi, iqtisadiyyat dönməz inkişaf yolu tutdu, Azərbaycan kosmos ailəsinin üzvünə çevrildi, həmçinin Vətənə məhəbbət ruhunda yeni gənclik formalaşdı, güclü və yenilməz ordu quruldu. Bir sözlə, bütün yollar, atılan addımlar Qarabağa istiqamətlənmişdi. 2016-cı ildə Aprel döyüşləri və 2018-ci ildə Günnüt zəfəri böyük Qələbənin müjdələri oldu. 2020-ci ildə isə düşmənə Tovuz döyüşlərində ağır zərbə vuruldu və bundan ayılmamış “Dəmir yumruq” başlarına endi. Cəmi 44 günə işğalçı ordu məhv edildi, sağ qalanlar isə yalnız fərarilər idi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin misilsiz sərkərdəlik məharəti, yenilməz Ordumuzun rəşadəti və yüksək döyüş ruhu, həmçinin xalqımızın sarsılmaz birliyi sayəsində möhtəşəm və bənzərsiz Qələbə ilə işğala son qoyuldu”.

“Müharibədən sonra Azərbaycan dəfələrlə Ermənistana sülh əlini uzatsa da, qarşı tərəf müxtəlif bəhanələrlə bundan yayınır, hətta hərbi təxribatlara əl atır, məhv edilmiş ordusunun tör-töküntülərini üzərinə götürdüyü öhdəliklərə baxmayaraq, ərazilərimizdən çıxarmırdı. Bununla yanaşı, kəşfiyyat fəaliyyətlərini genişləndirir, təmizlənmiş əraziləri yenidən minalayır, məqsədyönlü və planlı terror siyasəti həyata keçirirdi. Qarabağdakı separatizmin tullantıları isə “müstəqillik” oyununu yenidən davam etdirir, nə qədər gülünc olsa da, “prezident”lər seçir, qondarma “parlament”ləri bəyanatlar səsləndirirdi. 2023-cü il sentyabrın 19-da isə terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslərin və Daxili Qoşunların hərbi qulluqçularının şəhid olması, ordumuzun bölmələrinin atəşə tutulması və iki hərbi qulluqçunun yaralanması, həmçinin elə həmin gün Ağdam və Şuşada iki mülki şəxsin erməni terrorunun qurbanı olması səbir kasasını dolduran son damla oldu. Bütün bunlar göstərirdi ki, antiterror tədbirləri qaçılmazdır. Odur ki, yenilməz və qəhrəman ordumuz üçtərəfli bəyanatın müddəalarının təmin olunması, erməni silahlılarının zərərsizləşdirilərək torpaqlarımızdan çıxarılması, azərbaycanlı mülki işçilər və hərbçilərin təhlükəsizliyinin təmin edilməsi, eləcə də Azərbaycanın konstitusiya quruluşunun bərpa olunması məqsədilə Qarabağda lokal xarakterli antiterror tədbirlərinə başladı. Rəşadətli və təcrübəli əsgər və zabitlərimizə bu əməliyyatı da uğurla yekunlaşdırmaq üçün elə də çox vaxt lazım olmadı, cəmi 24 saatdan az müddətdə düşmənin dizini yerə qoydu və təslim olmağa məcbur etdi. Separatizmin başında duranlar, vaxtı ilə Azərbaycana hədə gələnlər saxlanılaraq əli qandalı Bakıya gətirildilər. Bu əməliyyat da Ali Baş Komandan İlham Əliyevin ali sərkərdəlik keyfiyyətlərini, Azərbaycan Ordusunun gücünü, peşəkar səviyyəsini, qələbə əzmini bütün dünyaya göstərdi. Xalqımız həmişə olduğu kimi, bu dəfə də həmrəylik nümayiş etdirərək öz rəhbərinin ətrafında dəmir yumruğa döndü. Məhz bu vəhdət bizi növbəti parlaq Qələbəyə qovuşdurdu. Bu gün azad Xankəndidə, Şuşada, Xocalıda, Füzulidə, Laçında və digər işğaldan azad edilmiş ərazilərdə həyat yenidən qaynayır, geniş və sistemli abadlıq-quruculuq işləri aparılır. Yerli sakinlər xoşbəxt və böyük fərəh içərisində öz yurd-yuvalarına dönürlər. Gözəl Şuşamız əvvəlki kimi yenə də qonaqlı-qaralıdır, beynəlxalq və yerli tədbirlərə, konfranslara, musiqi festivallarına layiqli şəkildə ev sahibliyi edir. Bu il uzun illərdən sonra Şuşada və Xocalıda ilk zəng çalındı, şəhərə köçürülən ailələrin övladları yeni tədris ilinə başladılar. Eləcə də Xankəndidəki Qarabağ Universiteti qapılarını tələbələrin üzünə açır. Bu mənzərəni seyr etdikcə yenə də Ulu Öndər Heydər Əliyevin uzaqgörənliklə 2003-cü ildə xalqına etdiyi müraciəti xatırlayırıq və taleyüklü məsələni cənab İlham Əliyevin yüksək peşəkarlıqla necə həll etdiyini görürük”, - AHİK sədri bildirib.

“Hadisələrin sonrakı gedişi göstərdi ki, Şərqi Zəngəzurun və Qarabağın işğaldan azad edilməsi dövlətimizin başçısı cənab İlham Əliyevin dəmir iradəsi və sarsılmaz qətiyyəti sayəsində başa gəlib. Əsasən münaqişədən sonra bir sıra dövlətlər, beynəlxalq təşkilatlar yenə də ikili standartlardan çıxış edərək sərsəmləməyə başladılar, mənasız, böhtan xarakterli bəyanatlar qəbul etdilər. Elə sandılar ki, guya Azərbaycanı ləkələyə, haqq işinə kölgə sala biləcək və tutduğu yoldan döndərəcəklər. Bu işdə daha çox dəridən-qabıqdan çıxan isə dünyada ədalətsiz mövqeyi və yanaşmaları ilə tanınan Fransa idi və bu gün də həmin ampluasındadır. Fransa Prezidenti Emmanuel Makron utanmadan bərbad vəziyyətdə olan daxili siyasətlərini bir kənara tullayaraq Azərbaycanın daxili işinə əl uzatmağa cəhdlər edir. Müstəmləkəçi siyasətini davam etdirən, insan haqlarını ayaqlar altına atan, koloniyalarının sərvətlərini talayan bir ölkənin boyundan hündürə tullanması, təbii ki, yersizdir və iflasa uğrayacaq. Azərbaycan müstəqil dövlətdir, dönməz yol tutub və onun siyasətinə təsir etməyə Fransa kimi dövlətlərin gücü çatmaz. Sözsüz ki, bunu illərin təcrübəsi də sübut edir”, - Konfederasiya sədri Sahib Məmmədov fikrini tamamlayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yeni Kaledoniyada 6 min nəfər iş yerini itirib

Avropada səhralar əmələ gələ bilər

"Şəki" klubu Azərbaycan millisinin basketbolçusunu transfer edib

Moskvada MDB dövlət və hökumət başçılarının qeyri-rəsmi naharı olub

NATO əməliyyatları çərçivəsində 1200 İsveç əsgəri Latviyaya göndərilə bilər

Uşakov: Qərb Azərbaycan və Ermənistan arasında sülh sazişi üzərində işə müdaxilə etməyə çalışır

Ukraynalı uşaqlar Qəbələ Dövlət Tarix-Bədii Qoruğu ilə tanış olublar

Müşfiq Ələsgərli: ABŞ və digər Qərb dövlətləri son vaxtlar öz siyasətlərində açıq zorakı metodlara keçiblər VİDEO

Beyləqanda avtomobil və motosiklet toqquşub, xəsarət alanlar var VİDEO

Qazaxıstanda irimiqyaslı çöl yanğını ilə mübarizə: yanğınsöndürən həlak olub

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2024-cü ilin oktyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Ruben Vardanyanla bağlı Qərbin PR maşını yenidən işə düşüb VİDEO

Azərbaycan ilə Özbəkistan arasında hərbi aviasiya və hava hücumundan müdafiə sahəsində təcrübə mübadiləsi inkişaf etdirilir VİDEO

“Neftçi” Roman Qriqorçukla vidalaşıb

Gürcü politoloq: Bəzi qüvvələr “Makkeyn İnstitutu”nun ssenarisi üzrə ölkədə çevriliş etmək istəyirlər

Tural Gəncəliyev: ABŞ-dan, ümumiyyətlə, Qərbdən sırf müdafiə və təhlükəsizlik kontekstində heç bir asılılığımız yoxdur VİDEO

Vato Şakarişvili: Qərb və ABŞ administrasiyası Gürcüstanda sabitliyi pozmağa çalışır

Enerjinin saxlanması və çevrilməsi üçün materiallar üzrə VIII beynəlxalq simpozium keçirilir

Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib YENİLƏNİB

Türkiyə və Rusiya prezidentləri Kazanda ikitərəfli görüş keçirəcəklər

Naxçıvanda “Maarifçi” proqramında uğur qazanmış namizədlərlə görüş olub

Ufuk Turqaner: Türk Dövlətlərinin Kardioloji Cəmiyyətinin yaradılması çox önəmlidir

Azərbaycan Ticarət Forumu keçirilib

Bu il yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 17 milyard manatı ötüb

Paytaxt yollarında tunel, körpü və keçidlərin təmizlənməsi işləri aparılıb VİDEO

Dünya Akademik Sammiti çərçivəsində BDU-ya həsr olunmuş sessiya təşkil edilib

Doqquz ayda 4116 layihənin maliyyələşdirilməsinə 167,6 milyon manat güzəştli kredit verilib

® Azercell “iPhone 16”nı təqdim edir

Gülnaz Dadaşova: Şuşada türk dövlətləri arasında imzalanacaq memorandumlar dostluğumuza töhfə verəcək

Xarici media nümayəndələri üçün COP29-la bağlı brifinq keçirilib

75-ci Beynəlxalq Astronavtika Konqresində Azərbaycanı 50-dən çox gənc təmsil edəcək

Azərbaycan Şimali Kiprdə keçirilən beynəlxalq festivalda təmsil olunub

Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Səlim Babullaoğlu oxucularla görüşüb

DİM: 700-dən çox namizəd dövlət qulluğuna qəbul imtahanında uğur qazanıb

Azərbaycan COP29-un təşkilində daha yüksək standartlar formalaşdıracaq - RƏY

Fransisk: Beynəlxalq ictimaiyyətin və güclü ölkələrin müharibələrə son qoya bilməməsi utancvericidir

Bəhram Bağırzadə: Sərgiyə gələn uşaqlar gələcəkdə böyük nailiyyətlərə imza ata biləcəklər VİDEO

Azərbaycanın kamandan oxatma millisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Kəpəz” yayda transfer etdiyi futbolçu ilə yollarını ayırıb

Çinli alimlər Fizika İnstitutunda aparılan tədqiqatlar barədə məlumatlandırılıb

Yeddinci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı başa çatıb

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi müddətdən artıq həqiqi hərbi xidmətə qəbul elan edir

Keniyalı nümayəndə: Azərbaycan düzgün istiqamətdə irəliləyir

Nigeriya Prezidentinin sabiq sözçüsü: Azərbaycan uzun illərdir ki, ətraf mühitə investisiya yatırır

AİB ilə COP29 çərçivəsində əməkdaşlıq müzakirə olunub

Naxçıvanlı bədii gimnast qızıl medala layiq görülüb

BDU-da elmi seminar: “Kvant aləmində Furye çevirmələri”

Aslan Kərimov Misli Premyer Liqasında ilk dövrənin nəticələrini dəyərləndirib

DVX ADA Universiteti ilə əməkdaşlıq çərçivəsində rəhbər heyətin liderlik bacarıqlarının inkişafı proqramını davam etdirir

Milli Dram Teatrı bu ay maraqlı tamaşalarla çıxış edəcək

Türkiyə ticarət donanmasının böyüklüyünə görə dünyada 11-ci yerə çıxıb

Unudulmaz həmkarımız Elman Cəfərli haqqında xatirələr

Türk Dövlətlərinin Kardioloji Cəmiyyəti yaradılacaq

Türk dövlətlərinin səhiyyə nazirləri Ümummilli Liderin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

® “Azərsun Holdinq” Cəbrayıla köçən ailələrə sovqat hədiyyə edib

İndiyədək Rumıniyaya 10 milyondan çox ukraynalı qaçqın daxil olub

ÜMT: Son 30 ildə bütün dünyada çaylar ən yüksək sürətlə quruyur

“Bakı Sığorta”nın İcbari Sığorta Bürosunda iştirakına xitam verilib

“Ağrısını bilib susanlar, dərdini bilməyənlər var” - 35 ilin tibb bacısı danışır

Ədəbiyyat İnstitutunda Azərbaycan-Çin ədəbi əlaqələri müzakirə edilib

Gecikdirilmiş vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib

Bakıda görkəmli qazax aliminin “Daşa yazılan tarix” kitabının təqdimatı olub

Türkiyədə 9 ay ərzində Ermənistandan qeyri-qanuni bukmeyker xidmətləri göstərən 32 min sayt bloklanıb

Azərbaycan çempionu: Son zamanlar ölkəmizdə bilyarda maraq artıb

Dünya çempionatı: Azərbaycan minifutbol millisi Serbiyaya məğlub olub

“Yağış göbələyinin macərası” yenidən Musiqili Teatrın səhnəsində

NBA tarixində ilk: Ata və oğul eyni anda parketə çıxıb

Rus Dram Teatrı Həştərxanda “Kapitan qızı” tamaşasını təqdim edib

“Vətənim Qərbi Azərbaycan” rəsm müsabiqəsinin yekun sərgisi keçiriləcək

Nuray Hacıyeva: Əsas hədəfim Prezident təqaüdçüsü olmaq idi və buna nail oldum

AzMİU tələbələri Bakının urbanistik dizaynı üzrə vörkşopu tamamlayıblar

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyaya səfərə gəlib VİDEO

Cəbrayılın azad olunması müharibənin sonrakı gedişinə müsbət təsir göstərmişdi - ŞƏRH

MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası Qazaxıstanda keçiriləcək VİDEO

Yevlaxda vətəndaşların əmək hüquqlarını pozan hüquqi şəxs məsuliyyətə cəlb edilib

Turistlər üçün yeni kampaniyaya start verilib

Azərbaycan açıq Asiya Cüdo Kubokunda iştirak edəcək

Dövlət texniki baxışı zamanı yanacaq sistemi nasaz olan nəqliyyat vasitələri aşkarlanıb

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

BMT-nin GlobE şəbəkəsinin növbəti illik tədbirinə ev sahibliyi Azərbaycana həvalə olunub

FHN Nizami rayonunda qazanxanada baş vermiş partlayışla bağlı məlumat yayıb

Yeni Günəşli qəsəbəsində torpağın zəbt edilməsinin qarşısı alınıb

® “Araz” supermarketlər şəbəkəsi ilin ilk yarısı 96 fermerdən 40 min tondan çox məhsul alıb

Bilyardın dinamik piramida növü üzrə Azərbaycan çempionu müəyyənləşib

İstanbul və Burqas arasında katamaranlarla ilk dəniz sərnişin xidmətinin başlaması planlaşdırılır

Azərbaycanın futzal millisi yoldaşlıq oyunları keçirəcək

Medianın İnkişafı Agentliyi “X” sosial şəbəkəsində dərc edilmiş saxta məlumatla bağlı açıqlama yayıb

Bakıda qazanxanada baş vermiş partlayışla bağlı araşdırma aparılır

Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Məhdimqulu Fəraqinin şeirlər kitabı təqdim olunub

Estoniya - Azərbaycan oyununu stadionda izləyəcək tamaşaçı sayı bəlli olub

Aktotı Raimkulova: Qarabağdakı abidələrin bərpası təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının ortaq məsələsidir

Üçüncü rübdə Energetika Nazirliyi tərəfindən 44 icazə verilib

Evində narkotik vasitə və odlu silah saxlayan şəxs barədə cinayət işi başlanılıb VİDEO

Türk Dövlətləri Birinci Kardioonkoloji Konqresinin açılış mərasimi keçirilib YENİLƏNİB VİDEO

Beynəlxalq forumda türk xalqları ədəbiyyatının tədqiqi barədə məlumat verilib

BDU-nun şəhid məzunu Vüqar Məmmədovun məzarı ziyarət olunub

Gürcüstan Prezidenti ilə bağlı yenidən impiçment başlanılıb

GDU-da “Ulu Öndər Heydər Əliyev milli-mənəvi dəyərlərimizin qorunması, inkişaf etdirilməsi və təbliği” mövzusunda konfrans keçirilib

Son bir həftədə 250-dən çox şəxs üçün kiçik təsərrüfatlar yaradılıb

Murad Sücəddinov: Heykəltaraşlıq zəhmət, öyrənmək və özünəinamı nəzərdə tutur və sıçrayışı qəbul etmir