Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şairə Leyli Salayeva: Fikirlərimi poetik formada ifadə etmək mənim üçün daha asandır MÜSAHİBƏ

Bakı, 14 fevral, Anara Axundova, AZƏRTAC

Qarşımızda şux görünüşü ciddi sadə üslubla heyrətamiz şəkildə birləşdirən, mübhəm düşüncəli xanım dayanıb. Bu gün o, üzərində Puşkinin portreti həkk olunmuş cemper geyinib, sağ əlinin çeçələ barmağında isə həmişə taxdığı üzük var. Ona deyirəm: “Üzüyünüz mənə çox maraqlı gəldi”. Cavab verir: “Anam bağışlayıb, həm də yaradıcılıq fəaliyyətimə başladığım vaxtda”.

Həmsöhbətimiz şairə, esse müəllifi, qiraətçi, eksperimental rəssam, Azərbaycan Yazıçılar Birliyinin, Böyük Britaniya Poeziya Cəmiyyətinin və Azərbaycan Animasiya Assosiasiyasının üzvü Leyli Salayevadır. O, özünün incəsənət layihələri, yeni kitabı, süni intellektlə qarşılıqlı fəaliyyəti, narahat şair ruhunun dolaşdığı mövzular haqqında mülahizələrini AZƏRTAC-ın müxbiri ilə bölüşüb.

- Leyli, oxucunuz kimlərdir?

- Əslində, bu, çox çətin sualdır. Kitablarım tez-tez xaricə “səyahət etdiyi” üçün oxucularımı tanımıram. Azərbaycanda onların kimlər olduğunu bilirəm. Əsasən, 20-dən 40-50 yaşa qədər qadınlardan iooibarət auditoriyadır. Şeiri konkret auditoriyaya xitab etmək naminə yazmırsınız. Əgər bu, bir layihə deyilsə. Müvafiq olaraq, onun kimlərdə rezonans doğurduğunu yalnız sonradan biləcəksiniz.

- Leyli Salayeva, sizcə o, necə şairdir? Ümumiyyətlə, sizə ancaq şair demək düzgündürmü? Çünki siz həm sənətkar, həm də ifaçısınız. Özünüzü yaradıcı insan kimi hansı yöndən tanıyırsınız?

- Burada dövrdən asılı olan dəyişikliyi qeyd etmək yerinə düşərdi. İndi özümü şair, esse müəllifi və eksperimental rəssam kimi görürəm, çünki mən bədii işlə məşğul olmuşam. Bəzən bədii tərcümələrlə də məşğul oluram, çox olmasa da. Üslub məsələsinə gəlincə... Mən bu yaxınlarda ChatGPT-dən (danışıq rejimində işləyə bilən generativ süni intellektə malik chatbot – müəllif) poeziyamın hansı üslubda olduğunu soruşdum. Sualıma belə cavab verdi ki, məndə “intellektual səmimiyyət” var. Xoşuma gəldi, düşündüm ki, bu, əladır, yeni istiqamətdir. Həqiqətən, mənim üslubumu səmimi, eyni zamanda, intellektual, şəxsi və çoxlarına xitab edən tərzdə təsvir etmək olar. Ötən əsrin 90-cı illərindən sonra Rusiyada “yeni səmimiyyət” hərəkatı yarandı və məndə isə “intellektual səmimiyyət” var.

- Süni intellektlə tez-tez ünsiyyətdə olursunuz?

- Son vaxtlar bunu tez-tez edirəm. Düşünürəm ki, onunla ünsiyyətdə olmaq faydalıdır, çünki bu təmaslar nə qədər çox olursa, ondan bir o qədər az qorxursan və insanın dəyərini daha çox başa düşürsən. Necə ki, qədim dövrlərdə insanlar ildırıma və oda sitayiş edirdilər. Onlar öz qüdrətlərini dərk edə bilmirdi, bu hadisələrdən xəbərsiz idilər və qorxudan ibadət edirdilər. Sonra bu hadisələrin mahiyyətini başa düşdükdə, ibadət etməyi dayandırır və həmin fenomenlə eyni səviyyədə olur, hətta ondan yuxarı səviyyəyə qalxırsınız. Beləliklə, mən qarşılıqlı əlaqə qururam, onun nə etdiyini izləməkdə maraqlıyam.

- Həqiqətənmi süni intellektdən qorxmalıyıq və o, yaradıcı insanları “səhnədən” sıxışdırıb çıxara biləcəkmi?

- İnanclarımda sadəlövh ola bilərəm, amma bunun mümkün olmadığını düşünürəm. Süni intellekt yeni fikirlər yarada bilməz. O, mövcud olanları emal edə, təkmilləşdirə bilər. Amma yeni ideyalar meydana gətirmək iqtidarında deyil. Bunun üçün yəqin ki, ona ən azı vücud lazımdır. Onun bədəni yoxdur. Biz bədən vasitəsilə çox şey qəbul edirik. Çünki beyin də bədənin bir hissəsidir, elə deyilmi? Amma süni intellekt məsələsində biz yalnız bir orqanı təcrid edirik və onun ən güclü olduğunu deyirik. Ancaq bədənimiz tamdır. Beyin isə ürəklə və digər orqanlarla bağlıdır. Buna görə də cismani olmayan cisminizi məğlub edə bilməz. Düşünürəm ki, bu apriori qeyri-mümkündür.

- Təkcə intellektə deyil, həm də bədənə sahib olan şairəyə qayıdaq. Bu yaxınlarda təqdimatınız olub. Yeni kitabınız nədən bəhs edir?

- (Gülür.) “Boğulmamaq” haqqında kitab... COVID dövründə, 2020-ci il üçün çoxlu sayda mətn toplamışam. Mənim üçün yaratdığım hər bir mətn övlad deməkdir. Mən həmişə onlara görə narahatam. Çünki bir söz səndən doğulubsa, artıq ona görə cavabdehsən və onunla bir şey etməlisən. Çox uzun müddət narahat idim. Nə edəcəyimi bilmirdim. Formatlar axtarırdım. Anladım ki, nə vaxtsa mətn məni boğacaq, yəni, o mənada ki, məsuliyyət mənim nəfəsimi kəsəcək. Özümüzü bundan xilas etməliyik. Ona görə də bütün mətnləri bir kitabda toplamaq qərarına gəldim. Həm də bütün mətnləri bir araya gətirəndə, bunun nə haqqında olduğunu başa düşdüm.

- Nə haqqında idi?

- Məsələ burasındadır ki, mən sufi ədəbiyyatı üzrə mütəxəssis Fatimə xanım Dursunovanın məruzəsində iştirak etmişəm. O, sufilikdə dörd mərhələdən, qapılardan - şəriət, təriqət, mərifət və həqiqətdən danışdı. Hətta o vaxtlar kitabım çapa hazırlanmışdı və onun konsepsiyasını bu prinsiplərə uyğun olaraq intuitiv şəkildə qurduğumu başa düşəndə təəccübləndim. Kitabı gözdən keçirən oxucu axırda özünə gəlir, amma təbii ki, ilk növbədə, onun qaranlıq tərəfini tanımalıdır.

Nə yaxşı ki, Fatimə xanım dəvətimi qəbul etdi və kitabın təqdimatında iştirak etdi. Hətta bir az çarpaz söhbətimiz oldu ki, bu da axşamı daha da xüsusi etdi.

“Gecə şairi” sərlövhəsi, təbii ki, mənim adıma işarədir (“Leyli” adı ərəbcə “leylə” sözündən gəlir və “gecə” deməkdir – red.). Bu kitabla mən rəsmi poetik fəaliyyətimin 10 illiyini qeyd etmək istədim, baxmayaraq ki, yubiley artıq keçən il olmuşdu. Bu dəfə kitaba şeirlərlə yanaşı, hekayələr də daxil edilib. Lakin şeirlər COVID zamanı yazıldığı üçün kitab “Nəfəsalma” bölməsi ilə açılır. Məhz karantin zamanı dünya hər bir nəfəsin nə qədər vacib olduğunu anladı, əvvəllər təbii görünən şeylər ən qiymətli və zəruri oldu.

- COVID-dən söz açdınız. Mən də soruşmaq istədim: hamı evdə oturmuşdu, o cümlədən yaradıcı insanlar. Yaradıcı insan üçün evdən çıxmaq nə dərəcədə vacibdir?

- Məsələn, mənim üçün karantinin başlanğıcı çox rahat vaxt idi. Bu, evdə oturub düşüncələrə dalmaq fürsəti idi. Həmin müddət ərzində çoxlu mətnlər yaratdım. Ola bilsin ki, bu, hətta həyatımın çiçəklənmə dövrü olub.

…Pəncərəmdən qarşıdakı binanı görürəm və orada bir pəncərə var ki, məni çoxlu mətnlər yazmağa ruhlandırıb. Orada kimin yaşadığını bilmirəm. Bəlkə bir gün onların qapısını döyüb deyəcəyəm, sağ olun, uşaqlar, pəncərənizə baxaraq nə qədər mətn yaratdığımı bilmirsiniz. Ona görə də düşünürəm ki, yaradıcı insan ümumiyyətlə evdən çıxmağa ehtiyac duymur.

Amma buna baxmayaraq, yaradıcı insan hər yerdə - küçədə, ictimai nəqliyyatda, müxtəlif dairələrdə olmalıdır. Çoxyönlü olmaq, həyatı görmək, hiss etmək istəyirsə, evinə qapanmamalıdır. O, xalq arasında olmalıdır.

- Yaradıcılığınızın zirvəsinin COVID dövrünə rast gəldiyini söylədiniz. Bəs günəşin doğuşu hansı dövrdə baş verdi?

- Məktəb illərində. İlk şeirimi 10 yaşımda Bakıya yağan güclü qardan təsirlənərək yazmışdım. Paradoks ondadır ki, mən təbiət haqqında tez-tez yazmıram. Amma birinci şeirim təbiət hadisəsi haqqında idi. Bundan sonra şeir yazmağa başladım. Fikirlərimi birbaşa nitqlə ifadə etmək mənim üçün həmişə çox çətin olub, poeziya isə nitqi qurur. İndi fikirlərimi poetik formada ifadə etmək mənim üçün daha asandır.

- Yaxşı! Sonra kiçik bir təcrübə aparacağıq. Amma hələlik üç dildə - Azərbaycan, rus və ingilis dillərində yazan nadir şair olduğunuz barədə danışaq. Müxtəlif dillərdə əsərləriniz bir-birindən fərqlənirmi? Yoxsa hər yerdə Leyli Salayeva olaraq qalırsınız.

- Azərbaycan dilində yazanda mənim şeirlərim azərbaycandilli şairlərin, yəni sırf bu dildə yaradanların əsərlərinə oxşamır. Yenə də mənə elə gəlir ki, fərqli ədəbi mühitdə böyümüşəm. Mən Azərbaycan poeziyasını çox oxuyuram. Azərbaycan poeziyasında metaforalardan çox az istifadə edilir. Mən isə insanlara nəyisə yeni rakursdan göstərməyi sevən şairəm. Bunu azərbaycanca edəndə isə, bir az süni görünür...

Şeirlərim ingilis dilində, rus dilində olduğundan daha cəsarətli səslənir. Çünki dil cəsarətli olmağa imkan verir. Rus dili mənə inadcıl olmağa imkan vermir. Çünki rusca cəsarətlə yazsan, kobud səslənəcək. Beləliklə, dil müəyyən dərəcədə sizin fəaliyyətinizin təyinatını diktə edir.

Mən rus dilində yazanda, bəlkə də daha çox olduğum kimi görünürəm.

- Siz Azərbaycan Yazıçılar Birliyinin üzvüsünüz. Həm də Böyük Britaniya Poeziya Cəmiyyətinin üzvü oldunuz. Azərbaycan Yazıçılar Birliyi ilə hər şey aydındır, bəs Böyük Britaniya ilə işlər necə alındı?

- Bu mədəniyyət mənə yaxındır və ilk kolleksiyam ingilis dilində nəşr olunduğundan, onlarla bir növ əlaqə yaratmaq istədim. Onların saytında ərizə verdim və məni qəbul etdilər. O zaman Cəmiyyətin Azərbaycandan ilk üzvü mən idim. Amma onlarla o qədər də aktiv fəaliyyətim yoxdur. Onu inkişaf etdirmək istəyirdim, amma hələlik başqa layihələr ön plana çıxıb...

- Həqiqətən də çox maraqlı layihələriniz var. Xüsusilə tamaşalar. Fəaliyyətinizin bu istiqaməti necə başladı? Axı hər şair və ya yazıçı ifaçı ola bilməz.

- Mən istəyirdim ki, söz yaşasın, nəinki kağız üzərində və ya qiraətlə, həm də fəzada başqa cür təcəssüm etsin. Poeziyanın digər sənət növləri ilə inteqrasiyası ideyası belə yarandı və mən rəssamlar, fotoqraflar, rejissorlarla əməkdaşlıq üçün yeni ideyalar yaratmağa başladım. Ənənəvi şeir qavrayışını aşan birgə bədii əsərlər yaratmağa başladıq. Bu art-layihələrin bir hissəsi olaraq, həm yerli, həm də beynəlxalq rəssamlarla birlikdə sənət təşəbbüslərində iştirak edirəm. Birgə işlərimiz və şeirlərimiz Moskvadakı “Triumf” qalereyasında, Bakıda YAY qalereyasında, digər əhəmiyyətli məkanlarda, Tbilisi İncəsənət Sərgisində (TAF), Venesiya Beynəlxalq Festivalında təqdim olunub...

Mən “UpDown Poetry” istiqamətini düşünüb tapdım. İdeya ondan ibarət idi ki, klassik qiraətdən uzaqlaşaraq yerdə uzanıb şeir oxuduğum bir sıra videolar çəkim. Yaxınlıqda bu şeirlə bağlı bəzi atributlar qoyulmuşdu. Yerdə uzanaraq tamaşaçılarla unikal əlaqə yaratmağı, onları şeiri daha dərindən yaşamağa dəvət etməyi qarşıma məqsəd qoymuşdum. Bu layihə internet mədəniyyətinin və videoqrafiyanın smartfonlara müasir təsirini ehtiva edir. Burada qeyri-ənənəvi bucaqlar və perspektivlər alqışlanır. Bədənin üfüqi mövqeyi rəqəmsal dövrdə şeirin axıcı olmasını və uyğunlaşma qabiliyyətini əks etdirən bir simvolizm qatı əlavə edir. Daha sonra YARAT-da bu istiqamətdə tamaşa ilə çıxış etdim.

Sonra “57 portret” layihəsi var idi. Müasirlərimizin 57 şifahi poetik portretini gələcək nəsillərə xatirə olaraq yaratdım. Layihənin nəticəsi eyniadlı kitab oldu, onun bir nüsxəsi hazırda “Qaraj” Müasir İncəsənət Muzeyinin kitabxanasında saxlanılır. Çox maraqlı haldır; anladım ki, biz güzgüyə baxanda belə, çox vaxt öz əksimizi qəbul etmirik, çünki beynimizdə bir növ özümüzün yaratdığı obraz var. Həmin şifahi portretlərdə də eyni şey var idi. Daha sonra kimsə özü haqqında oxudu və dedi ki, bu, mən deyiləm! Maraqlı bir anlayış idi ki, biz özümüzü təkcə əksimizdə deyil, həm də fərd kimi fərqli şəkildə dərk edirik. Məncə, təkrarən bədənə qayıtdıq. Amma burada həm psixika, həm də mənəvi cəhətə toxunulur.

- Qadın şairlər haqqında maarifləndirmə sizin fəaliyyətinizin vacib hissəsidirmi? Bu barədə bizə ətraflı məlumat verə bilərsiniz?

- Bəli, bu mənim fəaliyyətimin vacib hissəsidir. Mən qadın şairlər haqqında maarifləndirmə işində fəal iştirak edirəm, çünki bir çox hallarda onların yaradıcılığının qiymətləndirilmədiyi və unudulduğuna inanıram. Həyata keçirdiyim layihələrdən biri - Niyə o qadın?” adlı qısa videolar silsiləsi ilə məşhur şairələrin yaradıcılığına qısa və bənzərsiz şəkildə nəzər salıram. Mən də öz mühazirə və çıxışlarımda bu məsələni gündəmə gətirir, qadın müəlliflərin şeirlərini oxumağın dəyərini, onların ədəbiyyata verdiyi töhfələri vurğulayıram. Düşünürəm ki, dünya poeziyasının daha dolğun və ədalətli təqdimatını yaratmaq üçün səslərin müxtəlifliyini nümayiş etdirmək vacibdir.

- Leyli, siz artıq bu barədə bir az danışdınız, amma ayrıca soruşmaq istərdim. Fəaliyyətinizdə konkret bir missiya görürsünüzmü?

- Özüm üçün müəyyən etmişəm ki, mənim missiyam bu dünyada insanlığı qorumaqdır. Çünki mənim üçün insanlar hər şeydən önəmlidir. Mənim üçün vacibdir ki, insan olmağın nə olduğunu unutmayaq. İnsan olmaq isə fərqli olmaqdır. Bu, sadəcə, yaxşı olmaq demək deyil. Bütün bu “fərq” özü bir insan deməkdir.

- Yeri gəlmişkən, süni intellekti müzakirə edəndə, biz söhbətimizin əvvəlinə qayıtdıq... Amma eksperimentlə bağlı söz vermişdim. Dediyiniz kimi, şeirlə düşüncələrinizi ifadə etmək sizin üçün daha asandır. Mənim bir sualım var, istərdim ki, hansısa poetik formada, bədahətən cavab verəsiniz. Ancaq bu sualı sizdən götürdüm: “Şairlər gecələr nədən yazır? Və onların narahat ruhu haraya gedir? (Leyli Salayevanın şeirindən bir sətir – müəllif).

- Bu şeiri sevirəm, mənim üçün özəldir! …Narahat şair ruhu haraya gedir? Çətindir, əlbəttə. Mən fristayler deyiləm. Sərbəst misraları sınaya bilərsiniz. Sadəcə, görəsən özümün narahat olan düşüncələrim haralarda dolaşır? Yəqin ki, məchul qapıları açır, qəlbə nəzər salır və hər sübh çağı, şəfəq doğarkən yaşamaq eşqi bəxş edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Dövlət Departamenti: Rusiya və Ukrayna atəşkəsə həmişəkindən daha yaxındır

NATO müttəfiqlərinin silah ehtiyatlarını 30% artırmağı planlaşdırır

Yuxu real təcrübələrin yadda saxlanmasına necə təsir edir? - ARAŞDIRMA

Yeni araşdırma körpəlik xatirələri haqqında yenilikləri təqdim edir

Şimali Koreya yeni hava hücumundan müdafiə raketini sınaqdan keçirib

Donald Tramp Təhsil Departamentinin ləğvi ilə bağlı sərəncam imzalayıb

Moldovada İkinci Dünya müharibəsinə aid kütləvi partlayıcı sursat zərərsizləşdirilib

Londonda Novruz bayramı qeyd olunub

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Tramp: ABŞ və Ukrayna tezliklə faydalı resurslarla bağlı saziş imzalayacaq

Tutuquşuların danışma qabiliyyəti insan beynindəki nitq mexanizmləri ilə oxşardır - ARAŞDIRMA

Aİ-nin aparıcı ölkələri Parisdə Ukrayna ilə bağlı yeni sammit keçirəcək

İsrail ordusu Qəzza zolağının cənubunda əməliyyatlara başlayıb

Gürcüstan Millətlər Liqasında Ermənistanı darmadağın edib

Gürcüstan və Ermənistanın hökumət başçıları regiondakı vəziyyəti müzakirə ediblər

Xocalıda Novruz konserti keçirilib VİDEO

“Böyük Dəbilqə”: Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib

Millətlər Liqası: Türkiyə millisi doğma meydanda Macarıstanı məğlub edib

Könüllülərin iştirakı ilə Novruz bayramına həsr olunmuş “Xonça Fest” keçirilib

“Portu”nun futbolçusu Türkiyə millisində debüt edib

Naxçıvanda hava şəraiti ilə əlaqədar sarı xəbərdarlıq edilib

Bəzi bölgələrdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

“Uşaqların dünyaya alternativ baxışı” devizi altında “Alter Eco” sərgisinin açılışı olub

Novruz bayramı günündə Abşeron rayonunda şəhidlərimizin məzarları və ailələri ziyarət edilib

Volodimir Zelenski Rusiyaya qarşı sanksiyaların yumşaldılması şərtlərini açıqlayıb

Azərbaycanlı rəssamın əsəri UNESCO-nun sertifikatına layiq görülüb

Qərbi Afrika QHT-ləri Fransanın “Bollore” qrupunun oğurladığı vəsaitləri qaytarmasını tələb edir

Fernandu Santuş Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

“Məcməüş-şüəra ədəbi məclisi və XIX əsrin ikinci yarısı -XX əsrin əvvəllərində Bakı ədəbi mühiti” – yeni monoqrafiya

Azərbaycan Ordusunun mövqeləri Gorus və Basarkeşər istiqamətlərindən atəşə tutulub

Almaniyalı klavesin və orqan ifaçısı Leonard Şik ilk dəfə Azərbaycanda çıxış edəcək

Ukraynanın Krivoy-Roq şəhərində Novruz bayramı qeyd edilib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

ADY rayonlararası istiqamətlərdə 3800-ə yaxın sərnişinin rahat və təhlükəsiz səfərini təşkil edib

Baş Dövlət Yol Polisi İdarəsindən xəbərdarlıq: Yollarda görünüş məhdudlaşacaq!

Bakıda və Abşeron yarımadasında küləyin sürəti saniyədə 18 metrədək güclənib - FAKTİKİ HAVA

Böyük Britaniyada hər beş yetkin insandan biri hələ də iş axtarmır

Fransa Bankı: 2024-cü ildə xalis zərər 7,7 milyard avro olub

Gəncədə Novruz bayramı münasibətilə ümumşəhər tədbiri keçirilib

Respublika Gənclər Kitabxanasında akademik Fəraməz Maqsudovun 95 illiyi münasibətilə vəsait hazırlanıb

Brüsseldə Azərbaycan Mədəniyyəti Günü keçirilib

Naxçıvanda “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu” yaradılıb

Qax Dövlət Kukla Teatrı bayram günlərində uşaqları yeni tamaşa ilə sevindirir

Novruz bayramı ərəfəsində Lənkəranda yerli turistlər üstünlük təşkil edir - REPORTAJ

Sabah magistral yollarda görmə məsafəsi 300-800 metrədək məhdudlaşacaq

Azərbaycan Ordusunda Novruz bayramı münasibətilə silsilə tədbirlər keçirilib

Şamaxıda avtomobil dərəyə yuvarlanıb, xəsarət alanlar var VİDEO

Ayxan Abbasov Antalyada Emre Belezoğlu ilə görüşüb

Sağlamlıq imkanları məhdud 50-dək uşaq oftalmoloji müayinədən keçib

MDB dəmir yolu administrasiyaları arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Aktau şəhərində Azərbaycan guşəsi açılıb

Şalva Papuaşvili: “Fransa səfirinin biganəliyinin nəticəsidə İctimai Yayım Xidmətinin jurnalisti nifrət hədəfinə çevrilib”

Novruz bayramı ərəfəsində şəhid ailələri ziyarət edilib

Ordubadda ağır yol qəzası olub, 4 nəfər xəsarət alıb

Şimali Makedoniyadakı faciəli yanğında xəsarət alanlardan 4 nəfəri İtaliyaya gətirilib

BMT-nin Baş katibi: Paris iqlim Sazişinin məqsədləri hələ də əlçatandır

Müdafiə Nazirliyinin rəhbər heyəti Baş Klinik Hospitalı ziyarət edib VİDEO

Vətən müharibəsi şəhidi Ələddin Səidovun ailəsini ziyarət edilib

Papa Fransisk tənəffüs dəstəyi olmadan nəfəs almağa başlayıb

BSU-nun rəhbərliyi Qubada məktəblilərlə görüşüb

Şagird: Naxçıvan Dövlət Universitetində IELTS mərkəzinin olması böyük fürsətdir

“Deutsche Bank” 2 min iş yerini ixtisar edəcək

Polşada Novruz bayramı qeyd olunub

Gürcüstan parlamenti narkotik cinayətlərinə görə cəzanı sərtləşdirir

Azərbaycanlı tələbə: Məqsədim ölkəmizin kosmos və innovasiya sahəsində güclü mövqe qazanmasına töhfə verməkdir

Britaniya yüksək rütbəli hərbi liderlərin qapalı görüşünə ev sahibliyi edir

Laçında kreativ Novruz suvenirləri hazırlanıb VİDEO

Cəbrayılda Novruz ilə bağlı bayram konserti təşkil olunub VİDEO

Bayramla əlaqədar bütün avtovağzal və avtostansiyalar martın 19-dan gücləndirilmiş iş rejimində çalışır

Cəlilabadda polis 9 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlayıb

Azərbaycana yaz fəsli qədəm qoydu

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ilə Türkiyənin Cağaloğlu Anadolu Liseyi qardaşlaşıb

SOCAR-ın prezidenti “ExxonMobil” Korporasiyasının vitse-prezidenti ilə görüşüb

Qəbələdə şəhid ailələri və müharibə əlilləri üçün iftar süfrəsi açılıb

NBA: Daha 11 oyun keçirilib

Xırdalanada yaşayış binasında yanğın baş verib

“Bir sual, bir cavab”: Novruz xatirələri – Məbud Məhərrəmov VİDEO

İğdırda Azərbaycan-Türkiyə Novruz tədbiri keçirilib

Babək rayonunda minik avtomobili yanıb

İlk dəfə bütün ölkəni əhatə edəcək “Azərbaycan Şahmat Turu” layihəsi keçiriləcək

YAP Gəncə şəhər təşkilatı bayram sovqatı paylayıb

Argentina millisində növbəti itki yaşanıb

Su təchizatına qoşulma sahəsində çalışan əməkdaşlara təlimlər keçirilib

“Bir sual, bir cavab”: Novruz xatirələri – Çingiz Abdullayev VİDEO

Niderland millisinin aparıcı üzvü sıradan çıxıb

İstanbul Böyükşəhər Bələdiyyəsi üzvlərinin terror təşkilatları ilə əlaqələri müəyyən edilib

Azərbaycan teatrının əfsanəvi Məcnunu

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb

Millətlər Liqası: Türkiyə Macarıstanı, Xorvatiya Fransanı qəbul edəcək

“Bir sual, bir cavab”: Novruz xatirələri – Salman Qəmbərov VİDEO

FHN Novruz bayramı ilə əlaqədar əhaliyə təkrar müraciət edib VİDEO

Bayram günlərində şəhər və rayonlara səfər edən hərəkət iştirakçılarına müraciət olunub VİDEO

“Bir sual, bir cavab”: Novruz xatirələri – Mənsum İbrahimov VİDEO

Vatikan uşaqlar üçün video oyun hazırlayıb

Azərbaycan Ordusunun mövqeləri Keşişkənd istiqamətindən atəşə tutulub

Birinci Vitse-prezident Mehriban Əliyeva Novruz bayramı münasibətilə paylaşım edib

Novruz bayramı və yaz fəsli: fərqlər və eyniliklər – alimin mülahizələri

Azərbaycanlı tələbələrin Türkiyədə aerokosmik innovasiyalar üzrə təcrübə mübadiləsi başa çatıb

Britaniyada şəxsi silah satışları ilə bağlı qaydalar sərtləşdiriləcək

Azərbaycanda Novruz bayramıdır