SAMARADA “AZƏRBAYCAN-RUSİYA: DÜNƏN, BU GÜN, SABAH” FİLMİNİN TƏQDİMATI OLMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, mayın 27-də “Samara Azərbaycanlıları Birliyi” ictimai təşkilatının təşkil etdiyi dəyirmi masada tanınmış telejurnalist Faiq Hüsüyevin “Azərbaycan-Rusiya: dünən, bu gün, sabah” filminin təqdimatı olmuşdur.
Təqdimat mərasimində Samara Azərbaycanlıları Birliyinin sədri Şirvan Kərimov, milli birliklər və dini konfessiyalarla iş üzrə şöbənin rəisi Yuri Akutin, Samara vilayəti koreyalılar assosiasiyasının sədri Aleksandr Kan, “Nadejda” Regional alman mədəniyyəti mərkəzi” ictimai təşkilatının sədri İrma Belenina və başqaları çıxış edərək bildirmişlər ki, filmdə müsbət məqamlar işıqlandırımış, Rusiya-Azərbaycan dostluğu qabardılmışdır.
Azərbaycan tarixinin XVI əsrdən tutmuş XXI əsrin əvvəlinədək olan dövrünü əhatə edən film iki ölkənin gələcək münasibətləri barədə nikbin əhval-ruhiyyə ilə bitir.
Azərbaycanlılar Birliyinin sədri Ş.Kərimov demişdir ki, sonradan nəticələrlə məşğul olmaqdansa, əvvəlcədən bütün qüvvələri münasibətlərin yaxşılaşdırılmasına yönəltmək yaxşıdır. Bu məqsədlə Samara vilayəti qubernatoruna və Samara Quberniyası Dumasına Azərbaycanlılar Birliyi adından münasibətləri necə inkişaf etdirmək barədə təkliflər göndəriləcəkdir.
Filmin təqdimatından sonra aşıq Nurməmməd Ələsgərovun ifasında saz musiqisi səslənmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [21:50]
Zərnaz İmanzadə: Kitabın rus dilində variantı öz nəşrini gözləyir
- 09.06.2026 [21:37]
“HÜDUD”: forma və qavrayış sərhədində incəsənət
- 09.06.2026 [21:34]
“İslamın müqəddəs mərkəzi – şəhərsalma və memarlıq” kitabının təqdimatı olub
- 09.06.2026 [17:43]
Rejissor Leonid Klyots: Cırtdan çox maraqlı personajdır
- 09.06.2026 [17:10]
Məti Osmanoğlu: Səməd Vurğun “böyük zaman” yolçusudur
- 09.06.2026 [15:53]
Fidan Hacıyeva: Rəşid Behbudovun repertuarı gənc ifaçılar üçün əsas mənbədir
- 09.06.2026 [15:52]