ELM VƏ TƏHSİL
Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşı mükafata layiq görülüb
Bakı, 4 sentyabr, AZƏRTAC
Xəzər Universiteti və Rusiyanın Tomsk Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçirilmiş “Kompüter elmləri və qravitasiya” mövzusunda beynəlxalq konfransda Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşı Şahnaz Tağıyeva iştirak edib.
Rəsədxanadan AZƏRTAC-a bildirilib ki, konfransda Ş.Tağıyeva “AdS/KXD-nin sərt divar modelində nuklonun N+ γ* → N* keçidləri üçün elektromaqnit formfaktorları” mövzusunda məruzə ilə çıxış edib. Təqdim olunan işdə AdS/KXD-nin sərt divar modelində spinor sahə üçün profil funksiyası, keçidləri üçün elektromaqnit formfaktorları müəyyən edilib.
Konfrans təşkilatçılarının qərarına əsasən Şahnaz Tağıyeva “The Journal Symmetry” tərəfindən “Ən yaxşı gənc tədqiqatçı çıxışı” mükafatına layiq görülüb.