ŞAMAXIDA “AZƏRBAYCAN I BEYNƏLXALQ BİZNES KONFRANSI” KEÇİRİLƏCƏKDİR
Mayın 27-də Şamaxıda “Azərbaycan I Beynəlxalq Biznes Konfransı” keçiriləcəkdir.
AZƏRTAC xəbər verir ki, artıq bütün hazırlıq işləri başa çatmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü, İqtisadi İnkişaf Nazirliyinin dəstəyi və “Evsen” şirkətlər qrupunun təşkilatçılığı ilə keçiriləcək konfransda dünyanın 30-a qədər ölkəsindən 450-dən çox sahibkarın iştirakı nəzərdə tutulmuşdur.
“Evsen” şirkətlər qrupundan verilən məlumata görə, tədbirin Şamaxıda keçirilməsindən məqsəd diqqəti Azərbaycanın regionlarının iqtisadi inkişafına yönəltməkdir.
Konfransda geniş əhatəyə malik xarici ticarət şirkətlərinin təqdimatları dinləniləcək, şirkət və müəssisələr arasında biznes müzakirələri aparılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:23]
Kömür qiymətləri son 2,5 ilin maksimumuna yüksəlib
- 09.06.2026 [17:20]
“Fitch Ratings” qlobal iqtisadi sektor üzrə proqnozunu dəyişib
- 09.06.2026 [17:00]
Azərbaycandan Fransaya məhsul ixracının dəyəri 17 dəfədən çox artıb
- 09.06.2026 [16:36]
® “Lexus RZ” – Elektrikli lüksün yeni erası VİDEO
- 09.06.2026 [16:21]