Samir Şərifov: Bu ilin yanvar-aprel aylarında dövlət büdcəsinin gəlirləri 1 milyard manatdan çox artıb

Bakı, 7 iyun, AZƏRTAC
2024-cü ilin yanvar-aprel aylarında ölkədə 38,2 milyard manatlıq, o cümlədən qeyri-neft-qaz sektorunda 24,2 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ÜDM real ifadədə 4,3 faiz, qeyri-neft sektoru üzrə isə 7,7 faiz artıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri maliyyə naziri Samir Şərifov parlamentin iyunun 7-də keçirilən plenar iclasında deyib.
Bildirilib ki, 2024-cü ilin yanvar-aprel aylarında dövlət büdcəsinin gəlirləri 12 milyard 144 milyon manat proqnoza qarşı 13 milyard 259 milyon manat olub. Bu da nəzərdə tutulduğundan 1 milyard 115 milyon manat, 9,2 faiz çoxdur. Proqnozla müqayisədə artımın 67,9 faizini, yaxud 750 milyon manatını qeyri-neft-qaz sektoru, 32,1 faizini və ya 358 milyon manatını isə neft-qaz sektoru üzrə əlavə gəlirlər təşkil edib. Beləliklə, cari ilin yanvar-aprel ayları üzrə dövlət büdcəsinin gəlirlərinin 6 milyard 867 milyon manatı qeyri-neft sektorunun payına düşüb ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 434 milyon manat və ya 6,8 faiz çoxdur. Ötən dövr ərzində dövlət büdcəsinin gəlirlərinin tərkibində qeyri-neft sektoru üzrə daxilolmaların xüsusi çəkisi 51,8 faiz təşkil etməklə proqnozu 1,5 üstələyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.04.2025 [17:11]
“Uşaq malları” standartlaşdırılması üzrə yeni Texniki Komitə yaradılıb
- 21.04.2025 [16:46]
Balaxanı Sənaye Parkının ərazisi genişləndirilir SƏRƏNCAM
- 21.04.2025 [15:03]
Milli Depozit Mərkəzinin “Elektron müraciət sistemi” istifadəyə verilib
- 21.04.2025 [13:26]