Samir Şərifov: Qarabağın və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatına reinteqrasiyası qarşıdakı illərdə də prioritetlərdən biri kimi qalacaq

Bakı, 13 noyabr, AZƏRTAC
Qarabağın və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatına reinteqrasiyası qarşıdakı illərdə də əsas milli fəaliyyət prioritetlərindən biri kimi qalacaq.
AZƏRTAC xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin noyabrın 13-də keçirilən plenar iclasında deyib.
Nazir bildirib ki, 2024-cü ilin büdcə sənədi və sonrakı 3 il üzrə büdcə xərcləri çərçivəsi də, ilk növbədə, azad edilmiş ərazilərdə quruculuğunun sürətləndirilməsi və insanların öz normal yurdlarına qayıdışının daha tez başa çatdırılması üçün əhəmiyyətli maliyyə təminatının yaradılmasını nəzərdə tutur. Bununla yanaşı, beynəlxalq hüququn normaları və ədalət əsasında Cənubi Qafqaz regionunda Azərbaycanın yaratdığı yeni reallıqlar şəraitində dövlətimizin haqlı mövqeyinin və maraqlarının müdafiəsi, ərazi bütövlüyümüzün və sərhədlərimizin toxunulmazlığının təmin olunması baxımından ölkənin müdafiə qabiliyyətinin, milli təhlükəsizliyin daha da möhkəmləndirilməsi, xərclərinin yüksək səviyyədə saxlanılması növbəti il üçün də əsas prioritet kimi qəbul edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.06.2025 [19:47]
AYNA: 46 mindən çox taksi sürücüsü təlimlərə cəlb edilib
- 17.06.2025 [19:41]
Qarsda Türkiyə-Azərbaycan Regional İqtisadi Forumu keçirilib
- 17.06.2025 [19:35]
İqtisadiyyat naziri OPEC Beynəlxalq İnkişaf Fondunun Forumunda iştirak edib
- 17.06.2025 [18:54]
İqtisadi fəal əhalinin sayı açıqlanıb
- 17.06.2025 [18:35]
Binəqədidə nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq
- 17.06.2025 [16:39]
Bu il sənaye məhsulu istehsalının həcmi açıqlanıb
Müstəqil siyasətin təzahürü
- [17:32]
Komitə: Əhalinin gəlirləri artıb
- [16:08]
İctimai iaşə dövriyyəsi artıb
- [15:39]