Samsun sahillərində batan gəminin itkin düşən heyət üzvlərinin axtarışına helikopterlər cəlb olunub
Ankara, 8 yanvar, AZƏRTAC
Türkiyənin Samsun şəhəri sahillərində batan “Volgabalt 214” gəmisinin itkin düşən heyət üzvlərinin axtarışına helikopterlər cəlb olunub.
Yanvarın 8-də Türkiyə vaxtı ilə saat 8.30-dan başlayaraq helikopterlər və gəmilər əlaqəli şəkildə axtarış-xilasetmə işlərini davam etdirməyə başlayıblar. Heyət üzvlərindən 4-nün taleyi məlum deyil. Onlardan biri də Azərbaycan vətəndaşı - gəmi kapitanı İsmayılov Turbat Kamil oğludur.
Azərbaycanın Türkiyədəki səfirliyinin konsulu Şöhrət Mustafayev AZƏRTAC-a bildirib ki, hadisə ilə bağlı diplomatik nümayəndəliyimizdə yaradılan “qaynar xətt” fəaliyyətini davam etdirir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [21:14]
Sabunçuda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB
- 09.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 09.06.2026 [18:50]