“Samsung” ilk 5G smartfonunu satışa çıxarıb
Bakı, 5 aprel, AZƏRTAC
Cənubi Koreyanın iri texnologiya şirkəti “Samsung Electronics” ilk 5-ci nəsil mobil şəbəkə (5G) smartfonunun satışına başlayıb.
AZƏRTAC şirkətin açıqlamasına istinadla xəbər verir ki, Cənubi Koreyanın 3 mobil rabitə operatoru ilə əldə edilən razılığa əsasən, 512 GB yaddaşa malik “Galaxy S10” smartfonu müştərilərə 1,55 milyon Koreya vonuna (1320 ABŞ dolları) təklif olunur. Daha aşağı yaddaşlı (256 GB) model isə 1,39 milyon vona satılır.
Yeni model smartfonların satışa çıxarılması həm də dünyada ilk dəfə Cənubi Koreyada 5G şəbəkəsinin kommersiya məqsədli istifadəsinin başlanğıcıdır. “Galaxy S10” smartfonlarının sahibləri 5G şəbəkəsindən istifadə etmək üçün aylıq 45-95 dollar ödəməli olacaqlar. Ölkənin mobil rabitə bazarının lideri olan “SK Telecom” şirkətinin açıqlamasında deyilir ki, alıcıların təklifləri və tələbat nəzərə alınaraq gələcək aylarda qiymətlər dəyişdirilə bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [13:12]
Belçika plastik qablaşdırma tullantılarının təkrar emalında artım əldə edib
- 09.06.2026 [13:05]
Nəsli kəsildiyi düşünülən albatroslar Yaponiyada yenidən çoxalır
- 09.06.2026 [12:52]
Fransa AASM bombalarının istehsalını 6 dəfə artırır
- 09.06.2026 [12:42]
Çin XİN: Yaxın Şərqdə problemlərin həlli hərbi yolla mümkün deyil
- 09.06.2026 [12:41]
Polşa və Almaniya gəncləri qatarlarda ödənişsiz səyahət edə biləcəklər
- 09.06.2026 [12:35]
Qətərə aid sayca 5-ci LNG tankeri Hörmüz boğazından keçib
- 09.06.2026 [12:33]
Futbol üzrə DÇ ABŞ şəhərləri üçün vəd olunan iqtisadi buma çevriləcəkmi?
- 09.06.2026 [12:31]