SAMUX RAYONUNDA YENİ QUŞÇULUQ FABRİKİ TİKİLİR
AZƏRTAC xəbər verir ki, Samux rayonunda yeni quşçuluq fabrikinin tikintisinə başlanılmışdır.
İllik istehsal gücü 200 min baş olacaq yeni fabrik üçün 2 hektar torpaq sahəsi ayrılmışdır. Burada müxtəlif yaş qrupu üçün bölmələr, o cümlədən inkubator, yem sexi və sair nəzərdə tutulmuşdur. Bu tədbirlər gələcəkdə fabrikin istehsal gücünün artırılmasına imkan verəcəkdir. Fabrik işə salındıqdan sonra ilk mərhələdə burada 300 nəfər işlə təmin olunacaqdır. Sex və sahələr genişləndirildikdən sonra işçilərin də sayı artırılacaqdır.