REGİONLAR
SAMUX RAYONUNUN TAXILÇILARI YÜKSƏK MƏHSULDARLIQ ƏLDƏ EDİRLƏR
Bu il Samux rayonunun fermerləri taxıl istehsalını xeyli artırmışlar. Məhsuldar sortların əkilməsi və sahələrə vaxtında aqrotexniki qulluq edilməsi nəticəsində hələlik hər hektardan 20-25 sentner məhsul götürən taxılçılar bu rəqəmi biçinin sonunadək artırmaq əzmindədirlər.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə demişlər ki, hazırda taxıl zəmilərində 30 kombayn işləyir və onların saz vəziyyətdə olmasına ciddi nəzarət edilir. İndiyədək 876 hektar sahənin məhsulu biçilmişdir ki, bunun da 653 hektarı arpa, 223 hektarı buğdadır.
Taxıl biçinı uğurla davam edir.