Sankt-Peterburq Universitetində Şamaxı Astrofizika Rəsədxanasında görülən işlər maraqla qarşılanıb
Bakı, 13 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının baş elmi işçisi, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun beşinci “Mobillik qrantı” müsabiqəsinin qalibi, professor N.İsmayılov Rusiya Federasiyasının Sankt- Peterburq Dövlət Universiteti Astronomiya İnstitutunda ezamiyyətdə olub.
Rəsədxanadan AZƏRTAC-a bildiriblər ki, səfərin məqsədi “Kosmik obyektlərin səthi fotometriyası metodunun mənimsənilməsi” layihəsini həyata keçirmək idi.
Səfər çərçivəsində Linux sistemi qurulub, MİDAS proqramı və onunla birgə işlədilən DS9 işçi proqramı yazılıb. Əməliyyat sistemi və həmin proqramların işi öyrənilib. Bir neçə qalaktikanın təsvirləri üçün izofotlar qurulub, qalaktikaların diametral kəsiklərinin fotometrik təsviri alınıb, orientasiya parametrləri təyin olunub.
N.İsmayılov Sankt-Peterburq Universiteti Astronomiya İnstitutunun astrofizika kafedrasının elmi seminarında və Rusiya Elmlər Akademiyasının Baş Astronomiya Rəsədxanasında elmi məruzə ilə çıxış edib.
Məruzələrdə Şamaxı Astrofizika Rəsədxanasında görülən işlər haqqında geniş məlumat verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]